Month: December 2020

  • Karantindən sonra İranda koronavirusa yoluxmanın azalması müşahidə edilir

    Koronavirusla əlaqədar olaraq İranda tətbiq edilən sərt karantin rejimi müsbət nəticə verib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. O bildirib ki, əgər karantindən əvvəl sutka ərzində 13 min yoluxma və 500-ə yaxın ölüm faktı qeydə alınırdısa, hazırda yoluxma halı 9 min səviyyəsinə enib.

    Noyabrın 11-nə olan məlumata əsasən son sutkada İranda 9 min 594 nəfər koronavirusa yoluxub, 232 nəfər isə həyatını itirib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 92 min 617-yə, ölənlərin sayı isə 51 min 728-ə çatıb.

    Xüsusi xəstəxanalarda müalicə alan 5 min 760 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 787 min 853 nəfər sağalaraq evə buraxılıb.

  • Ermənilər Azərbaycan bayrağını tanklarına taxırdılar ki… – ŞOK FAKTLAR + VİDEO

    Vətən müharibəsi qazisi Pərviz Əliyev Baku TV-nin əməkdaşına döyüş zamanı yaşadıqlarını danışıb.

    O bildirib ki, ermənilər onları aldatmaq üçün tanklarına Azərbaycan bayrağı taxıblar. Onlar hətta hərbçilərimizi Azərbaycan dilində səsləyiblər.

    Qeyd edək ki, Qazimiz bir neçə il öncə 630 balla universitetə daxil olub. O, müharibə başlayanda cəbhəyə könüllü yollanıb.

    Həmin reportajı təqdim edirik:

  • Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

    Dekabrın 11-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

    Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentini Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması münasibətilə səmimi qəlbdən təbrik edib, qardaş ölkənin dost xalqına sülh və firavanlıq arzulayıb. Dövlət başçıları bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

    Söhbət zamanı Özbəkistan-Azərbaycan çoxplanlı münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

    Dərin məmnuniyyət hissi ilə qeyd edilib ki, pandemiya ilə bağlı mürəkkəb dövrdə göstərilən qarşılıqlı dəstək iki dövlət arasında çoxəsrlik dostluğu və əməkdaşlığın strateji xarakter daşımasını bir daha nümayiş etdirib.

    Dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılmasına, sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm və digər sektorlarda aparıcı müəssisələrin kooperasiyasının genişlənməsinə yönəlmiş birgə proqramların və layihələrin fəal surətdə həyata keçirilməsinin vacibliyini ayrıca qeyd ediblər. Tərəflər regionlararası və mədəni-humanitar mübadilələri intensiv şəkildə davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

    Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev qlobal və regional strukturlar çərçivəsində sıx dialoq saxlamaq barədə razılaşıb, yüksək səviyyədə gələcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.

  • Армяне совершили теракт в Карабахе, есть раненый

    В Гадруте армяне совершили вооруженную провокацию против азербайджанских военнослужащих. Ранен один солдат, передает Median.Az.

    Отметим, что несколько дней ранее армяне совершили нападение на работников оператора сотовой связи Azercell, которые занимались установкой оборудования.//day.az

  • Qarabağda İtaliya şirkəti ilə birgə həyata keçiriləcək layihələr açıqlandı – FOTO

    İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin təmsil etdiyi nümayəndə heyəti ilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin görüşü olub.

    “Azərenerji” ASC-dən verilən məlumata əsasən, görüşdə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari də iştirak edib.

    “Azərenerji” ASC-nin bir sıra beynəlxalq nəhəng şirkətlərlə işbirliyinin olduğunu diqqətə çatdıran Baba Rzayev, bu görüşün əsas məqsədinin həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasından ibarət olduğunu bildirib. Baba Rzayev sıx əməkdaşlıq üçün öncə şirkətlər arasında işçi qrupunun və Bakı şəhərində “Ansaldo Energia” şirkətinin ofisinin yaradılması da daxil olmaqla aşağıdakı layihələr üzrə əməkdaşlıq imkanlarını qonaqların diqqətinə çatdırıb.

    İşğaldan azad olunan ərazilərdə yeni generasiya güclərinin yaradılması üçün Kəlbəcər, Laçın bölgələrində yeni tikiləcək kiçik su elektrik stansiyaları layihələrinin birgə həyata keçirilməsi;

    İşğaldan azad olunan ərazilərdə yüksək gərginlikli yarımstansiyaların tikintisində və avadanlıqlar ilə təchizatında “Ansaldo Energia” şirkətinin iştirakı;

    Tezliyin tənzimatı üçün (Bakı şəhəri yaxınlığında Səngəçal ərazisində) BOT formatında tikintisi planlaşdırılan 390 MVt gücündə yeni elektrik stansiyası layihəsində “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq;

    “Azərenerji” ASC-nin ötürmə sistem operatorunun idarəetməsinin təkmilləşdirilməsi üçün proqram təminatının və yeni texnologiyanın tətbiqi;

    “Azərenerji” ASC-nin baş idarəetmə, elm-tədris və laboratoriya kompleksində “Ansaldo Energia” şirkətinin istehsal etdiyi avadanlıqlardan ibarət trenajor mərkəzinin yaradılması məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

    “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe “Azərenerji”nin sifarişi əsasında yenidən qurulacaq stansiyaların təchizatını təmin etmək üçün ökəsinin yüksək texnoloji avadanlıqların istehsalında ön sıralarda olduğunu deyərək, “Ansaldo Energia” şirkətinin Bakıda ofisinin yaradılması təklifini yüksək qiymətləndirib.

  • Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb – FOTO

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən mütəxəssis qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihəsi üzrə işlərə başlayıb.

    Avstriyanın “Atelier Erich Pummer GesmbH” şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.

    Xatırladaq ki, Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılılıb.

  • Ermənilər Qarabağda terror aktları törədib, yaralanan var

    Hadrutda ermənilər Azərbaycan hərbi personalına qarşı silahlı təxribat həyata keçiriblər.

    Trend-in məlumatına görə, təxribat nəticəsində bir əsgər yaralanıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl ermənilər avadanlıq quraşdıran “Azercell” mobil operatorunun işçilərinə də hücum etmişdi.

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib – FOTO

    Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub.

    “Report”un məlumatına görə, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən vəfat edib.

    Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.

    Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.

  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir – FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Fərmanla “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:

    – Preambulanın ikinci abzasından “və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması” sözləri çıxarılır.

    – 6.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 6.6-cı bənd ləğv edilir.

  • Prezident tapşırıq verdi: Bakıya 320 yeni avtobus alınır – RƏSMİ

    “Son beş ildə paytaxtın avtobus parkının 40 faizi yenilənib. Cənab Prezidentin tapşırığı ilə ötən müddətdə 603 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu il üçün isə daha 115 ədəd avtobus alınıb ki, artıq onlarında 80 ədədi Bakıdadır. Doqquz metrlik 35 ədədi yaxın vaxtlarda gətiriləcək”.

    Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.

    Qeyd edilib ki, köhnə və istismar müddətini başa vuran avtobuslar xətlərdən çıxarılaraq yeni, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla əvəz edilir:

    “Tədricən şəhərin mərkəzi ilə yanaşı ətraf kənd və qəsəbələr üzrə də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətləri göstərilir. Gündəlik təxminən 360 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.

    Dövlət başçısının müasir avtobusların alınması ilə bağlı tapşırığına uyğun olaraq, daha 320 ədəd orta və iritutumlu avtobus alınacaq. Bununla bağlı dekabrın 10-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə qardaş ölkənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında müqavilə imzalanıb.

    170 ədədi doqquz, 150-ədədi isə 12 metrlik olacaq bu avtobuslar sərnişindaşıma tələblərinə tam cavab verir. Yeni müasir və rahat doqquz metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verəcək.

    Avtobus parkının yenilənməsi pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını da təmin edib. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından əhəmiyyətlidir”.