Month: December 2020

  • “YAŞAT” Fonduna bir gündə 1,5 milyon manat vəsait ianə edilib

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 1 gün ərzində 1,5 milyon manat vəsait ianə edilib.

    Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyindən məlumat verilib.

    Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

    “YAŞAT” Fondunun bank rekvizitləri:

    MİLLİ VALYUTADA KÖÇÜRMƏLƏR ÜÇÜN

    Hesabın adı: YAŞAT FONDU

    VÖEN: 1701393691

    Manat hesabı: AZ76IBAZ38090019447968925204

    Bankın adı: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filial

    Swift kodu: IBAZAZ2X

    Müxbir hesab: AZ03NABZ01350100000000002944

    Bankın kodu: 805722

    Bankın VÖEN-i: 9900001881

    Bankın ünvanı: Bakı şəhəri, Z.Tağıyev küç. 3

    Tel: (+99412) 937

    FOR INTERNATIONAL TRANSFERS – TRY

    Beneficiary bank: The International Bank of Azerbaijan

    Bank address: Baku, Z. Tagiyev str., 3

    Tel: (+994 12) 4989125, (+994 12) 4938487, (+99412) 937

    SWIFT/BIC Code: IBAZAZ2XXXX

    Beneficiary: YASHAT FONDU

    Beneficiary account: AZ98IBAZ38190019497968925204

    Additional Correspondent bank:Turkiye Is Bankasi

    SWIFT/BIC: ISBKTRIS

    TR260006400000101790006744

    FOR INTERNATIONAL TRANSFERS – USD

    Correspondent bank: Citibank NA, New York

    SWIFT/BIC Code: CITIUS33

    Beneficiary bank: The International Bank of Azerbaijan

    Bank address: Baku, Z. Tagiyev str., 3

    Tel: (+994 12) 4989125, (+994 12) 4938487, (+99412) 937

    SWIFT/BIC: IBAZAZ2XXXX

    Beneficiary: YASHAT FONDU

    Beneficiary account: AZ66IBAZ38190018407968925204

    ADDITIONAL CORRESPONDENT BANKS:

    Deutsche Bank Trust Company Americas, New York

    SWIFT/BIC: BKTRUS33XXX

    JP Morgan Chase Bank, New York

    SWIFT/BIC: CHASUS33XXX

    Citibank NA, New York

    SWIFT/BIC: CITIUS33XXX

    The Bank of New York Mellon, New York

    SWIFT/BIC: IRVTUS3NXXX

    FOR INTERNATIONAL TRANSFERS – EUR

    Beneficiary bank : The International Bank of Azerbaijan

    Bank address: Baku, Z. Tagiyev str., 3

    Tel: (+994 12) 4989125, (+994 12) 4938487, (+99412) 937

    SWIFT/BIC: IBAZAZ2XXXX

    Beneficiary: YASHAT FONDU

    Beneficiary account: AZ46IBAZ38190019787968925204

    ADDITIONAL CORRESPONDENT BANKS:

    Commerzbank AG, Frankfurt am Main, SWIFT/BIC: COBADEFFXXX

    400 88 66030 01 EUR

    Deutsche Bank AG, Frankfurt am Main, SWIFT/BIC: DEUTDEFFXXX

    DE33500700100949949200

    FOR INTERNATIONAL TRANSFERS – RUR

    CORRESPONDENT BANK: The International Bank of Azerbaijan

    MOSCOW Correspondent Account RUR: 30101810000000000502 в ОПЕРУ Московского

    ГТУ Банка России БИК 044525502, ИНН 7744001828,

    КПП 774401001, ОКПО 58222359, ОКВЭД 65.12

    Beneficiary bank: The International Bank of Azerbaijan

    Bank address: Baku, Z. Tagiyev str., 3

    Tel: (+994 12) 4989125, (+994 12) 4938487,

    CORRESPONDENT ACCOUNT: 30111810500000000001

    BENEFICIARY: YASHAT FONDU

    BENEFICIARY ACCOUNT: AZ83IBAZ38190018107968925204

    FOR INTERNATIONAL TRANSFERS – GBP

    Beneficiary bank:The International Bank of Azerbaijan

    Bank address: Baku, Z. Tagiyev str, 3

    Tel: (+994 12) 4989125, (+994 12) 4938487, (+994 12) 937

    SWIFT/BIC: IBAZAZ2XXXX

    Beneficiary: YASHAT FONDU

    Beneficiary account: AZ61IBAZ38190018267968925204

    ADDITIONALCORRESPONDENT BANKS:

    Deutsche Bank AG,London

    SWIFT/BIC: DEUTGB2L

    840032645700006

    JPMorgan Bank N.A Chaseside, Bournemouth

    SWIFT/BIC:CHASGB2L

    67101712

  • İtaliyanın dövlət katibi Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşüb – FOTO

    İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını özünün “Facebook” səhifəsində paylaşıb.

    AZƏRTAC xəbər verir ki, dövlət katibi vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. O, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.

    Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.

    Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb.

  • DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

    Bildirilib ki, xidmətin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüblər.

  • Ekspert: “Rüşvətxor məmurlar cəzanın ən sərt üzünü görməlidirlər”

    “Biz Vətən müharibəsindən qalib çıxmış ölkəyik. Hələ də məmurların rüşvət alması məsələsi ilə bağlı məlumatların yayılmasına təəssüflənirəm”.

    Bu barədə Oxu.Az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

    Onun sözlərinə görə, qanun hər kəs üçün eynidir:

    “Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində istintaq işlər aparılır. Qanun bütün gücü ilə işləməlidir. Hüquq-mühafizə orqanları müvafiq araşdırmalarını davam etdirir. Kim hansı əməli törədibsə, məsuliyyətə cəlb edilib, cəzasını da almalıdır.

    Məmurlar tərəfindən rüşvət alması dövlətin qanunlarına hörmətsizlikdir. Prezident İlham Əliyevin apardığı siyasətin məzmununu qavramamağın nəticəsidir”.

    “Korrupsiya hallarına yol verən məmurun aşkarlanması və məsuliyyətə cəlb edilməsi alqışlanmalıdır. Onlar bilməlidir ki, cəzadan kənarda qala bilməzlər. Kimliyindən asılı olmayaraq qanun hər kəs üçündür.

    Bu həm də digər yüksək rütbəli məmurlar üçün xəbərdarlıq olmalıdır. Bundan lazım olan nəticəni çıxarsınlar. Əgər hansısa məmur köhnə alətlərindən, yəni rüşvət almaqdan əl çəkmirsə, onları bağışlamaq olmaz. İstənilən baş vermiş əməllər ciddi araşdırılmalıdır. Cəzanın ən sərt üzünü görməlidirlər”, – deyə o bildirib.

  • Prezident: “İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb”

    “Biz yenidənqurma işləri ilə bağlı ilk addımları atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir”.

    Bu sözləri Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Qarabağın kənd və şəhərlərinin ermənilər tərəfindən vəhşicəsinə darmadağın edildiyini diqqətə çatdıran zaman deyib.

    Prezident ümidvar olduğunu bildirib ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq:

    “Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk”.

  • Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz

    Gizir Səmədov Mais Şadıbəy oğlu 5 oktyabr 2020-ci il tarixdə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, şəhid gizirimiz evli idi, 2 övladı var.

  • 145 milyon manat həcmində biznes kreditinin ayrılması barədə qərar qəbul edilib

    Elektron Kredit Platforması sahibkarların kreditlərə çıxış imkanlarını genişləndirir.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, biznesin dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün Nazirlik tərəfindən yaradılan Elektron Kredit Platforması sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib.

    İndiyədək Elektron Kredit Platforması üzərindən 907 milyon manat həcmində yeni biznes kreditinin sifarişi üzrə 3 200-dən çox müraciət daxil olub. Artıq 471 müraciət üzrə ümumi həcmi 145 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.

    Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat verilir.

    Qeyd edilib ki, kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin üç kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

  • Ильхам Алиев принял делегацию Министерства иностранных дел и международного сотрудничества Италии – ФОТО

    9 декабря Президент Азербайджана Ильхам Алиев принял делегацию во главе с госсекретарем Министерства иностранных дел и международного сотрудничества Италии, сопредседателем Совместной межправительственной комиссии по экономическому сотрудничеству между странами Манлио Ди Стефано, сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Разведчик Ханы: Солдат, которому миной оторвало ногу, 600 метров тащил своего командира – ВИДЕО

    Саяф Ахмедов, легендарный разведчик по прозвищу “Ханы”, поделился своими воспоминаниями о первой Карабахской войне, передает Qafqazinfo.

    “Наши солдаты сражались геройски, многие из них были добровольцами.

    30 декабря 1993 года солдату из нашего отряда от разрыва мины оторвало часть ноги. Товарищи затянули рану жгутом и оставили бойца в винограднике. Очнувшись, он увидел неподалеку тело своего командира. Он 600 метров тащил убитого. Такое мог совершить только азербайджанский солдат”, – рассказывает Ханы.

    Он отметил, что многие из его боевых товарищей стали шехидами в той войне, а также рассказал о том, как его самого спас солдат.

    “Шамиль тащил меня, раненого, взвалив себе на плечи. Я настаивал, чтобы он оставил меня. Пройдя метров 400-500, после долгих уговоров, Шамиль опустил меня на землю. В этот момент рядом с нами упал снаряд, и Шамиль заслонил меня своим телом. Потом, когда нам пришли на помощь, он кричал каждому из них: “Отведите Ханы к врачу!”- вспоминает он.

    “Для тех, кому довелось своими глазами увидеть, как наши солдаты бросались в бой, проливали свою кровь, погибали, спасая товарищей, они стали самыми близкими людьми, дороже родных. Их невозможно забыть!

    Нет ничего на свете превыше Родины! Я всегда говорю об этом нашей молодежи”, – подчеркнул ветеран.