Month: December 2020

  • İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər

    Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər.

    “Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Ceyhun Bayramov Məhəmməd Cavad Zərif ilə görüşüb

    Dekabrın 9-da İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

    Azərbaycan Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.

    C.Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi ilə bağlı ətraflı məlumat verib.

    M.C.Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.

    Tərəflər mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • ZDF kanalında işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb – FOTO

    Almaniyanın “ZDF” telekanalında Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb.

    Kanalın Qarabağ bölgəsinə ezam olunmuş müxbiri Yörq Braze Azərbaycanın 1990-cı illərdə itirdiyi əraziləri bu yaxınlarda geri qaytardığını qeyd edir. Ağdam və Füzuli rayonlarında yerli sakinlərlə söhbət edən müxbir bildirir ki, getdikcə daha çox azərbaycanlı bu regiona qayıdır. Həmin sakinlərdən biri, hələ Birinci Qarabağ müharibəsində iştirak etmiş Hamlet İbrahimov ermənilərin bu ərazilərdə törətdiyi vəhşiliklərdən və Vətən müharibəsinin gedişindən bəhs edir. “Bu dəfə biz qələbə qazana bildik”, – deyən Hamlet qənimət götürülmüş iki erməni tankını fəxrlə göstərir. İyirmi səkkiz il bundan əvvəl Qarabağda ermənilərə qarşı döyüşən və həmin müharibəni uğursuzluqla başa vuran Hamletin indiki məmnuniyyəti göz qabağındadır. O deyir: “Baxın, mərmilər də içəridədir, biz tankları bütün sursatı ilə birgə ələ keçirmişik. Ermənilər nələri var idisə, atıb qaçıblar”.

    Reportajda Ağdam şəhərinin dağıntıları da göstərilir. Jurnalist qeyd edir ki, razılaşmaya əsasən Azərbaycanın döyüşsüz nəzarətə götürdüyü üç rayondan biri olan Ağdamın şəhər mərkəzi “ruhlar şəhəri” təəssüratını yaradır. Bura 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, yerli əhalisi tərk etdikdən sonra talan olunmuş və indiyədək kimsənin yaşamadığı bir ərazidir. Bu şəhəri, həmçinin “Qafqazın Xirosiması” adlandırırlar.

    Reportajda vurğulanır ki, 27 ildən sonra geri qayıdan şəhər sakini Məryəm İsmayılova da qürurludur. O, məscidin minbərindən öz yaşadığı məhəlləsini göstərir və evlərinin tamamilə dağıdıldığını söyləyir. Bildirir ki, şəhərdə yeganə salamat qalan tikili məsciddir. M.İsmayılova göz yaşları içində deyir ki, vaxtilə Ağdam çox gözəl şəhər olub, lakin indi həmin gözəllikdən əsər-əlamət qalmayıb. O qeyd edir ki, ermənilər şəhərə hücum edəndə evlərindən heç nə götürə bilməyib, bütün əşyalarını orada qoyaraq canlarını xilas etməyə çalışıblar. Qardaşı və həyat yoldaşı həmin vaxt yaralanaraq itkin düşüblər, onlardan indiyədək heç bir xəbər yoxdur. Onlar minlərlə itkin düşəndən yalnız ikisidir: “O vaxt bizi niyə öldürürdülər, mənim həyat yoldaşımın günahı nə idi? Oğlum mənə ermənilərin əsirləri qətlə yetirdikləri videoları göstərir. Haradan bilim, bəlkə mənim də həyat yoldaşımı o cür işgəncələrə məruz qoyub və qətlə yetiriblər?”.

    Reportajda deyilir ki, 1990-cı illərə aid digər bir “ruhlar şəhəri” olan Füzulidə Hamlet dağıdılmış məscidin xarabalığı arasında gəzişir. O, alman jurnalistə vaxtilə Ağdam məscidi böyüklükdə olan Füzuli məscidinin yerini və həmin məsciddən qalan minarənin qalığını göstərir: “Bu, məscidin minarəsi də Ağdam məscidinin minarəsi kimi hündür olub. Lakin ermənilər onu məhv ediblər. Füzuli məscidi böyük olub, lakin ona qarşı edilənlərin nəticəsi budur, daş-daş üstündə qalmayıb”.

    Hamlet onu da bildirdi ki, Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər bizimlə bizim ölkəmizdə bizim dövlətin vətəndaşı kimi bizim bayrağımızın altında və bizim pasportla yaşaya bilərlər.

    Sonda müxbir hələ müharibənin acısının təzə olduğunu və ətrafda dağıntıların çox olduğunu qeyd edir.

  • Referini vuran futbolçu 10 il müddətinə diskvalifikasiya olundu

    Özbəkistan Pro-liqasının XX turunun “Neftçi” – “Turan” oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

    “Report” Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.

    Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub.

    Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

    Qeyd edək ki, “Neftçi”nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.

  • Минобороны перечислило средства в Фонд YAŞAT

    Руководство Министерства обороны перечислило средства в размере 50% от месячного денежного довольствия в Фонд YAŞAT, созданный в соответствии с указом Президента Азербайджана от 8 декабря 2020 года “О создании Фонда поддержки семей шехидов и получивших ранения в ходе защиты территориальной целостности АР”.

    Об этом сообщает пресс-служба оборонного ведомства.

  • Türkiyə Rusiyanın koronavirus peyvəndindən imtina etdi

    Türkiyə zəruri laboratoriya praktikasına cavab vermədiyi üçün koronavirusa qarşı Rusiyanın istehsal etdiyi peyvəndi almayacaq.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

    “Problem burasındadır ki, Rusiyanın peyvəndi lazımi laboratoriya praktikasına cavab vermir, bu səbəbdən də maraq dairəmizdən çıxarılıb”, – deyə türkiyəli nazir bildirib.

  • BNA 7 mln manatlıq tenderə yekun vurub

    Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “Bakubus” MMC “İveco” və “Neoplan” markalı avtobusların istehsal reqlamentinə uyğun ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Az-Tex-Import” MMC-dir.

    Qalib şirkətə 6 869,2 min manat ödəniləcək

  • Cəlilabadda şəhid gizir dəfn edilib

    Cəlilabad rayonunda şəhid gizir, 1991-ci il təvəllüdlü Həsənov Namiq Rasim oğlu dəfn edilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, şəhidlə əvvəlcə doğulduğu evdə vida mərasimi keçirilib.

    Daha sonra şəhid doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.

    Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı yaxınlarına təqdim edilib.

    Dəfn mərasimində rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak ediblər.

    Allah rəhmət eləsin!




  • Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb

    Müdafiə Nazirliyinin rəhbərliyi “YAŞAT” Fonduna bir aylıq pul təminatının 50 %-i həcmində vəsait köçürüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub

    Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda “dəmir yumruq” əməliyyatına başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdi. Ermənistanın işğal altındakı torpaqlarımızda illər ərzində qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemləri darmadağın edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi ilə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan idi.

    AZƏRTAC xəbər verir ki, müharibənin ilk günlərindən Azərbaycan Ordusu bütün dünyaya əsl qəhrəmanlığın, Vətən uğrunda necə mübarizə aparmağın nümunələrini göstərdi. Vətən müharibəsində möhtəşəm qələbəyə həsr olunan Zəfər paradı ərəfəsində unudulmaz şəhid oğullarımızın xatirəsi hörmətlə yad edilir, onların ailələrinə baş çəkilir, qazilərimiz ziyarət olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamlarla Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən Müharibəsi Qəhrəmanı”, “Zəfər” və “Qarabağ” ordenləri, üç hərbçimizin isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adları ilə təltif olunması Vətənimizin qəhrəman övladlarının fədakarlığının və rəşadətinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən qəhrəman Vətən övladlarından biri də Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor Polad Həşimovdur.

    Şəhid generalımız Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi ilə əlaqədar igid hərbçimizin dostu, Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, Vətən müharibəsinin iştirakçısı Abdulla Qurbani Sumqayıt şəhərinə gedərək şəhid general-mayorun anası Səmayə xanım ilə görüşüb. Söhbət zamanı qeyd olunub ki, Vətən müharibəsinə gedən yol məhz Polad Həşimov kimi oğulların şəhidliyindən keçirdi. Qəhrəman döyüşçülərimiz kəndləri, şəhərləri, qəsəbələri bir-birinin ardınca azad etdikcə, düşmənləri məhv etdikcə, şəhidlərimizin intiqamını qat-qat artıqlaması ilə aldıqca qələbəyə daha da yaxınlaşırdılar.

    Hətta döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikanın üzərinə Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov adları ilə yanaşı, general Polad Həşimovun da adını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi.

    Şəhid generalın anası oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib.

    Polkovnik Abdulla Qurbani üzərində Ali Baş Komandan İlham Əliyevin Polad Həşimovla birlikdə portreti olan və digər fotoxalçaları şəhidin anasına hədiyyə edib.