Month: December 2020

  • Kəşfiyyatçı “Xanı”: “Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü” – VİDEO

    “Əsgər minaya düşərək, ayağının birini itirmişdi, bir ayağı olmadığı halda komandirini 600 metr sürümüşdü”.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, bunu əslən Ağdam rayonundan olan məşhur kəşfiyyatçı, “Xanı” ləqəbli Səyyaf Əhmədov Birinci Qarabağ Müharibəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.

    O bildirib ki, yaxşı dostlarından bir neçəsi şəhid olub:

    “1993-cü il dekabrın 30-da döyüşdə əsgərin ayağını mina aparmışdı, döyüş yoldaşları onun ayağına “jqut” bağlayıb üzümlüyə qoymuşdu. Əsgər ayılanda görmüşdü ki, komandirinin cəsədi yanındadır.

    Həmin əsgər bir ayağı olmadığı halda komandirini 600-700 metr daşıyaraq gətirmişdi. Bunu hər əsgər edə bilməzdi, Azərbaycan əsgəri edə bilərdi”.

    “Xanı” döyüş yoldaşı Şamilin onu necə xilas etməsindən də danışıb:

    “Şamil məni yaralı halda daşıdı. 400-500 metr getdi, mən çox deyəndən sonra yerə qoydu. Bu vaxt yanımıza mərmi düşdü, Şamil özünü mərminin üstünə atdı. Sonra ətrafdakı adamlar bizə köməyə gələndə Şamil hər kəsə qışqırırdı ki, “Xanı”nı aparın həkimə”.

  • Azərbaycanı gözləyən üçüncü texniki nəticə

    UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Villarreal”ı ilə görüşməli olan Azərbaycan çempionu “Qarabağ”ı səfər matçına getmədiyi üçün texniki məğlubiyyət gözləyir.

    Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok matçlarındakı 3-cü texniki nəticə olacaq.

    UEFA koronavirus pandemiyasına görə oyuna yollanmayacaq Ağdam təmsilçisinə 0:3 hesablı yenilgi versə, ölkə çempionu meydana çıxmadan məğlubiyyət alan ilk komandamız kimi tarixə düşəcək. Çünki əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra reallaşıb.

    2004/05 mövsümündə “Xəzər Universiteti” (indiki “Keşlə”) Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzub. Lakin meydan sahiblərinin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana girib. Bu üzdən İntertoto kubokunun görüşündə bakılılara texniki qələbə verilib – +:- (3:0).

    Əgər ilk texniki nəticə xeyrimizə olubsa, 2010/11 mövsümündə bunun üzüntüsü yaşanıb. “Bakı” Avropa Liqasının “Buduçnost”la görüşündə cəzalı Joel Epalın xidmətindən yararlanıb. 2:0 hesablı qələbəsi ləğv edilən paytaxt təmsilçisi Monteneqro klubu ilə görüşdə texniki məğlubiyyətlə barışıb – -:+ (0:3).

  • Генпрокуратура предупредила инфицированных коронавирусом

    В Азербайджане принимаются широкомасштабные комплексные меры по предотвращению распространения коронавирусной инфекции и устранению ее последствий.

    Как сообщили в пресс-службе Генпрокуратуры, в стране фиксируются случаи нарушения особого карантинного режима.

    Надзорное ведомство, учитывая важность вопроса, предупреждает, что инфицированные коронавирусом, нарушившие требования карантина, будут привлекаться к административной или уголовной ответственности.

  • Baş Prokurorluqdan karantini pozanlara ciddi XƏBƏRDARLIQ

    Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    “Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.

    Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”, – Mətbuat Xidmətindən bildirilib.

  • Bakıda 63 yaşlı kişi özünü binadan ataraq intihar etdi

    Bakıda 63 yaşlı kişi intihar edib.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

    1957-ci il təvəllüdlü Abbasov Ramiz Abbas oğlu yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin başvermə səbəbi araşdırılır.

  • Азербайджанская нефть продолжает дешеветь

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 0,24%, или 0,12 доллара за баррель – до 49,33 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008 года (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti düşdü

    Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir bareli 0,24 faiz və ya 0,12 ABŞ dolları qədər ucuzlaşıb.

    Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 49,33 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

  • Глава МИД Азербайджана отправился с визитом в Иран

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов отправился с официальным визитом в Иран, сообщает пресс-служба внешнеполитического ведомства АР.

    В рамках поездки запланированы его встречи с иранскими официальными лицами.

  • Azərbaycanın XİN rəhbəri Tehrana getdi

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfərlə yola düşüb.

    Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində yüksək səviyyəli İran rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

  • Azərbaycanın 2021-ci ildə neft hasilatı ilə bağlı proqnoz açıqlandı

    Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnozu yenilənib.

    Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, dekabr ayının cari proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcmi orta hesabla 720 min barel olacağı proqnozlaşdırılır.

    Noyabr ayının proqnozuna əsasən, neft və kondensat hasilatının proqnozu 730 min barel olub. Yeni proqnozda göstərici 10 min barel azaldılıb.

    Agentliyinin hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda gündəlik neft və kondensat istehsalatı orta hesabla 700 min barel olacaq. Bununla da Azərbaycanın 2021-ci ildə hasilatı artıracağı gözlənilir.