Month: December 2020

  • Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? – AÇIQLAMA

    “Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”.

    Bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, qanunvericiliyə əsasən, ölkənin müdafiəsi zamanı həlak olmuş və xəsarət alması nəticəsində sonradan vəfat etmiş hərbi qulluqçuların ailələrinə də pensiya təyin edilir.

    Nazirlik, eyni zamanda, son döyüşlərdə könüllü, yaxud ehtiyatdan çağırılaraq, xidmət edən hərbçilərə aylıq maaşın verilməsi məsələsinə də aydınlıq gətirib:

    “Vətən Müharibəsində könüllü, yaxud ehtiyatdan çağırılaraq iştirak etmiş hərbiçilərin iş yeri və əməkhaqqı saxlanılır. Hərbi xidmətlə əlaqədar əməkhaqqının ödənilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil”.

    Əlilliyi olan şəxslərə əlillik müavinətindən başqa hansısa əlavə aylıq ödənişlərin edilməsi məsələsinə gəlincə, ümumilikdə, əlilliyə görə iş stajına uyğun olaraq aylıq pensiya və ya müavinət verilir:

    “Müharibə əlillərinə isə həmin pensiya və ya müavinət, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin olunaraq ödənilir”, – deyə sorğunun cavabında vurğulanıb.

    Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

    100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

  • Bakıda gənc əlbəyaxa dava zamanı bıçaqlandı

    Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

    1991-ci il təvəllüdlü Məhəmmədli Mehran Hüseyn oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Şuşadakı baba evini tapan hərbçimiz – VİDEO

    İşğaldan azad edilmiş Şuşa şəhərində xidmət başında olan hərbçilərimizdən biri öz baba evini tapıb.

    Sosial şəbəkələrdə yayılmış videoda hərbçimizin doğma evinə girərkən necə sevindiyi, dostlarına həmin ev haqqında danışması əks olunub.

    Sözügedən videonu təqdim edirik:

  • Zaqatalada minik avtomobili yanıb

    Zaqatala rayonunun İkinci Tala kəndində “Mitsubishi“” markalı minik avtomobilinin salonu yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Baş nazirdən İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR

    Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə qərar imzalayıb.

    Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

    Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.

    Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.

  • Bakı metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq – RƏSMİ

    Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı qərar verib.

    “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”, – deyə qərarda qeyd edilib.

  • Olimpiadada medal sayı azaldıldı

    Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü il Paris Yay Olimpiya Oyunlarında veriləcək medalların sayını azaldıb.

    “Report”un məlumatına görə, bu barədə qurumun prezidenti Tomas Bax mətbuat konfransında bildirib.

    O deyib ki, olimpiya proqramı ilə bağlı təklifləri nəzərdən keçirən IOC İcraiyyə Komitəsi 41 yenilikdən (Oyunlar və ya proqrama daxil edilməsi nəzərdə tutulan idman növləri) heç birini qəbul etməyib: “Əksinə, medalların sayı 339-dan 329-a endirilib. Beynəlxalq Olimpiya Komitəsi həmçinin bütün idman növləri nəzərə alınmaqla iştirakçıların sayını 10 500 nəfərədək məhdudlaşdırıb. Bu, Tokio olimpiadasında gözlənilən iştirakçı sayından 600 nəfər azdır”.

    T.Bax Paris olimpiadasında kişi və qadın idmançıların sayının bərabər olacağını diqqətə çatdırıb. Funksioner bununla gender bərabərliyinə nail olmaq istədiklərini vurğulayıb.

  • В связи с военным парадом в Баку будет закрыт ряд дорог – СПИСОК

    В Баку продолжаются работы по подготовке к параду Победы. В связи с этим Государственная дорожная полиция обратилась к водителям.

    В интервью Avtosfer.az заведующий отделом Управления Государственной дорожной полиции города Баку, полковник полиции Вагиф Асадов сообщил, что в целях обеспечения безопасного движения техники на военном параде, который пройдет на площади Азадлыг, ограничено движение по ряду улиц и проспектов столицы:

    “В настоящее время движение на пересечении улицы Рашида Бехбудова с проспектом Нефтчиляр возможно в двух направлениях, начиная с улицы Р.Бехбудова к улицам Зарифы Алиевой, Узейира Гаджибейли, Джаванширского моста и улицы Афийеддина Джалилова.

    В целях предотвращения создания искусственных заторов в указанных местах просим водителей не пользоваться личным транспортом до завершения парада в направлении круга Азнефть, проспекта Нефтчиляр и площади Азадлыг. Также полностью ограничивается движение на всех проспектах и улицах, пересекающихся в направлении площади Азадлыг и Морвокзала.

    Движение из центра в сторону проспекта Нобеля возможно только в направлении 10-го заводского круга и проспекта Бабека.

    Также запланировано изменение направлений с 20-го участка, 14-го километра автодороги Баку-Сальян, около плавательного бассейна в поселке Байыл, а также рядом с административным зданием Управления противопожарной службы Сабаильского района.

    С улиц Афийеддина Джалилова и Юсифа Джафарова можно будет двигаться только вправо.

    Будет приостановлено движение личных автомобилей на территории нового бульвара. Потому что в том направлении на дорогах размещена военная техника”.

  • Посол Великобритании в Азербайджане присоединился к акции помощи – ФОТО

    Посол Великобритании в Азербайджане Джеймс Шарп присоединился к акции помощи переселенцам.

    Об этом он сообщил в своем аккаунте в Twitter:

    “Посольство Великобритании в Баку гордится тем, что поддержало инициативу @UNinAzerbaijan по обеспечению женщин и девушек из числа временных переселенцев продуктами личной гигиены, а также средствами защиты от COVİD-19”.

  • Xudayarın son sözləri: “Şəhidlik zirvəsinə də gülə-gülə yüksələcəyəm” – FOTO/VİDEO

    “Xudayarın dostlarına yazdığı son mesajı mənə göndərdilər. Qardaşım dostlarına deyir ki, inşallah, şəhidlik zirvəsinə gülərək qalxacağam”.
    Bu sözləri Azxeber.com-a açıqlamasında şəhidimiz Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə deyib.

    O, qardaşının hər zamana Vətənə bağlı gənc olduğunu deyib:

    “Qardaşımız vətəninə, torpağına çox bağlı bir insan idi. Hər zaman pozitivliyi, gülərüzlüyü ilə seçilirdi. Döyüşlərdə olanda da bu pozitivlik ondan əskik olmadı. Hətta qrup yoldaşlarına da göndərdiyi son mesajında deyib ki, inşallah, şəhidlik zirvəsinə gülərək qalxacağam”.