Month: December 2020

  • Şəhid atası: “36 il xidmət etdim, oğlum üç aya məndən yüksəyə ucaldı” – FOTO/VİDEO

    Üç ay öncə Ali Hərbi Məktəbi bitirərək zabit kimi xidmətə başlayan Məhəmməd Şəbiyev mayor olan atasından daha yüksək zirvəyə çatmağı arzulayır və hədəfləyirdi. O, bütün hərbçilər, hətta generalların belə çatacağı zirvəyə üç ayda yüksəldi, şəhidlik zirvəsinə, şəhadətə ucaldı.

    “Qafqazinfo”nun əməkdaşları şəhid atası mayor Vaqif Şəbiyevin evində olaraq ailədən reportaj hazırlayıblar.

    Vaqif Şəbiyev Birinci Qarabağ Müharibəsində Şuşa, Goranboy və Tərtər uğrunda döyüşlərdə iştirak edib. O, müharibədən əvvəl Rusiyada zabit kimi hərbi xidmətdə olub:

    “20 Yanvar hadisələrindən sonra istefa verib Bakıya gəldim, Azərbaycan Ordusuna yazıldım. O vaxt çox çətin idi, vahid komandanlıq yox idi, silah-sursat yox idi. Daşaltı əməliyyatında kəndin yarısına kimi getdik, dəstəmizin yarısı şəhid oldu, sonra Şuşaya girdik. Bundan sonra Tərtər uğrunda döyüşlərə qayıtdıq, bu rayonun işğal edilməməsinin səbəbi bizim briqada oldu”.

    Şəhid Məhəmməd Şəbiyev də atası kimi hərbçi olmaq istəyib, amma daha yüksək rütbələrə qalxmağı hədəfləyib:

    “Oğlum Məhəmməd də məni hərbçi kimi görüb, belə böyüdü. Mən torpaqların işğal edilməməsi üçün döyüşdüm, oğlum isə işğaldan azad etmək üçün. Əvvəl o mənimlə fəxr edirdi, hər yerdə deyirdi ki, atam hərbçidir. İndi mən oğlumla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu. Mənə həmişə deyirdi ki, sən mayor rütbəsində təqaüdə çıxdın, mən səndən yüksək olacağam. Mən 36 il hərbçi kimi xidmət etdim, amma oğlum üç ay ərzində məndən yüksəyə ucaldı, şəhid oldu, şəhidlik zirvəsinə qalxdı, mən bunu bacarmadım”.

    V.Şəbiyev deyir ki, oğluna atasının adını qoyduğu üçün daim ona “Ata” deyə müraciət edib:

    “Oğlumun adını əvvəl Zaur qoymuşdum, amma sənədləşdirməmişdim. Sonra qızım olanda ona anamın adını qoydum. Atam məndən incidi, sonra gedib şəhadətnamə alanda oğluma atamın adını yazdırdım. Gətirib şəhadətnaməni verəndə atam baxdı, heç nə demədi, durub alnımdan öpdü. Mən heç vaxt oğluma Məhəmməd deməmişəm, həmişə “Ata” deyirdim”.

    Məhəmməd yanvar ayında öz sevdiyi qızla nişanlanıb. Apreldə toy etməyi planlasalar da, karantinə görə bu baş tutmayıb. İyunda isə Ali hərbi məktəbi bitirərək Ağdama hərbi xidmətə göndərilib. O, buraxılış gecəsindən sonra heç evə də gələ bilməyib. Həmin gün də birbaşa cəbhə zonasına ezam olunub.

    Məhəmməd hərbi formasına qarşı çox həssas idi, istəməzdi ki bir az qırış olsun. Formanı üfləyə-üfləyə geyinirdi. Leytenant kimi ilk maaşı ilə qurbanlıq qoyun almışdı. İkinci maaşında isə nişanlısının ailəsini çağırıb məclis qurdu. Tort bişirtdirdi, əvvəldən tapşırmışdı ki, tortun üstündə hərbi rütbəsinin fotosu olsun. Yeddi illik əziyyətinin bəhrəsi idi o rütbələr. O rütbə onun üçün hər şey idi”.

    Məhəmmədin səkkiz yaşlı qardaşı Malik isə sərhədçi olacağını, qırıcı təyyarə sürəcəyini deyir, üç yaşlı qardaşı Murad isə tankçı olmağı arzulayır.

  • Изготовлен бюст шехида Худаяра Юсифзаде – ФОТО

    Одним из незабываемых героев 44-дневной Отечественной войны Азербайджана стал шехид Худаяр Юсифзаде, который тронул до глубины души жителей страны, исполнив песню “Vətən yaxşıdır”.

    Как сообщает Oxu.Az, молодой скульптор Жаля Алиева изготовила бюст шехида Х.Юсифзаде.

    Все наши шехиды останутся в сердцах азербайджанского народа. Да упокоит Всевышний их души!

    Напомним, что Худаяр стал шехидом в боях за поселок Агбенд Зангиланского района.

  • Rumıniyanın baş naziri istefa verdi

    Rumıniyanın baş naziri Lüdovik Orban parlament seçkilərində Milli Liberal Partiyanın uduzmasından sonra istefaya getdiyini elan edib.

    “Report” “Agence France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.

    “Mən bu gün istefa qərarı verdim”, – baş nazir deyib.

    Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.

  • Beynəlxalq Olimpiya Komitəsi Lukaşenkoya qadağa qoydu

    Beynəlxalq Olimpiya Komitəsi (IOC) Belarus prezidenti Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyub.

    “Report”un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib. O, Belarus Milli Olimpiya Komitəsinin (MOK) hazırkı rəhbərliyinin addımlarının Olimpiya Xartiyasının başlıca prinsiplərinə zidd olduğunu və Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyini vurğulayıb.

    Qadağalar eyni zamanda Belarus MOK-un prezidenti postunu tutan Aleksandr Lukaşenkoya, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskova şamil edilib.

    IOC belə qənaətə gəlib ki, Belarus MOK-un rəhbərliyi ölkə idmançılarını siyasi ayrıseçkilikdən kifayət qədər qorumur.

    Eyni zamanda, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırkığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa IOC tərəfindən maliyyələşdiriləcək.

  • Bakıda avtomobil 54 yaşlı qadını vuraraq xəsarət yetirdi

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, 8-ci kilometr bazarının yaxınlığında avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1966-cı il təvəllüdlü Mirzəyeva Dilarə Rəşid qızını vurub.

    D.Mirzəyeva xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona topuğun və qamış sümüyünün arxa kənarının yerdəyişmiş sınıqları diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə daha 203 nəfər koronavirusdan ölüb

    Türkiyədə son sutka ərzində 203 nəfər koronavirusdan ölüb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    “Bu gün müəyyən edilən 6420 xəstəmiz var. Ağır xəstələrin sayındakı artım azalır. Məhdudiyyətlərin təsirini hiss etməyə başladıq. Tezliklə daha çox hiss edəcəyimizə ümid edirik. Hamımızın vəzifəsi öz məhdudiyyətlərimizi tətbiq etməklə sıxlıqdan uzaq durmaqdır”, – deyə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

    Bizimlə əlaqə saxlayın

  • Britaniyanın Azərbaycandakı səfiri yardım aksiyasına qoşulub – FOTO

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp köçkünlərə yardım aksiyasını dəstəkləyib.

    Bununla bağlı o, sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir:

    “Böyük Britaniyanın Bakıdakı səfirliyi @UNinAzerbaijan-ın müvəqqəti köçkün qadın və qızların fərdi gigiyena məhsulları və COVİD-19 ilə mübarizə üçün fərdi qoruyucu vasitələr ilə təmin edilməsi təşəbbüsünü dəstəkləməkdən qürur duyur”.

  • Ağdərədə olay: Ermənilər görün nə etdi – VİDEO

    “Bu tip problemlər zaman-zaman ortaya çıxacaq və Azərbaycan tərəfinin də vəzifəsi odur ki, bunu aradan qaldırsın”.

    Oxu24.com xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağdakı separatçı rejimin postlarda bayrağını asmasına münasibət bildirərkən deyib.

    Bu gün sosial şəbəkələrdə Ağdamın Paprəvənd kəndindən video yayılıb. Videoda Ağdərə yolunda ermənilərin qurduğu postda separatçi rejimin bayrağının asıldığı görünür.

    İqbal Ağazadə bildirir ki, ermənilər bütün səylərini səfərbər edərək Qarabağdakı mövqelərini qorumağa və buranı Azərbaycanın deyil, müstəqil bir ərazi kimi təqdim etməyə çalışacaqlar. “Azərbaycan tərəfinin vəzifəsi odur ki, o bayrağın çıxarılmasını sülhməramlı missiyasını üzərinə götürən tərəfin diqqətinə çatdırmalıdır. Eyni zamanda orada idarəetmə formasının necə olması, Azərbaycanın idarəçili çərçivəsində hansı məsələlərin həll edilməli olduğunu ardıcıl, sistemli şəkildə müəyyənləşdirməlidir”, – deyə partiya sədri əlavə edib.

    İqbal Ağazadə hesab edir ki, həm ictimaiyyətin, həm də dövlətin maraqlarına uyğun olaraq bu tip məsələlər masa üzərində həll ediləcək. “Müharibə yeni bitib. Qarşı tərəfdə də hələ anlaşılmazlıq hökm sürür. Dağlıq Qarabağda idarəçiliyin hansı formada həyata keçiriləcəyi barədə sənəd yoxdur. 9 noyabrda imzalanmış sənəd sadəcə bəyanatdır. Bundan sonra konkret sənədlər olmalıdır. Yəqin ki, bunlar masa üzərində işlənilir və ya işlənilməlidir. Azərbaycan tərəfi də bu məsələlərdə bayraq və bu kimi problemləri nəzərə almalı, bütün bunların Azərbaycan qanunlarına ziddi olduğunu diqqətə çatdırmalı və problemin aradan qaldırılmasına nail olmalıdır”, – deyə Ümid sədri vurğulayıb.

  • Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb – FOTO

    Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin unudulmaz 2783 şəhidindən biri olan Xudayar Yusifzadə ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə xalqın qəlbində silinməz iz qoydu.

    Oxu.Az-ın məlumatına görə, gənc heykəltaraş Jalə Əliyeva şəhid Xudayar Yusifzadənin büstünü hazırlayıb.

    Bütün şəhidlərimiz əziz və unudulmazdırlar. Allah hər birinə rəhmət eləsin!

    Xatırladaq ki, Vətən müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Ağbənd qəsəbəsində şəhid olub.

  • Ramil Şeydayev: “6 komandalı qrupa düşmək istərdik”

    “Tam normal qrupa düşdük”.

    Bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

    “Yeganə xoş olmayan məqam 5 komandalı qrupda yer almağımızdır. 6 komandalı qrupa düşsəydik, məncə, daha yaxşı olardı” deyə 24 yaşlı hücumçu əlavə edib.

    Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqa rəqib olub.