Month: December 2020

  • В Грузии азербайджанца застрелили возле его дома

    В грузинском поселке Поничала (Соганлыг) совершено убийство.

    Как передает местное бюро Report, инцидент был зафиксирован в вечерние часы.

    Раненый был доставлен в больницу, но спасти его не удалось.

    По информации телеканала “Мтавари архи”, убитым является 40-летний Рагим Исаев. По мужчине открыли огонь возле его дома. Личность нападавшего или нападавших пока не установлена.

    Очевидцы сообщают, что слышали 5-6 выстрелов. По их словам, огонь был открыт из автомобиля с российскими номерами.

    Считается, что причиной убийства Исаева стала месть. Его брат был арестован за убийство несколько лет назад.

    В МВД Грузии заявили о начале расследования по факту умышленного убийства и незаконного приобретения, хранения и перевозки огнестрельного оружия.

  • Gürcüstanda azərbaycanlı evinin yaxınlığında güllələndi

    Gürcüstanın Poniçala (Soğanlıq) qəsəbəsində qətl törədilib.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

    Odlu silahla yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    “Mtavari arxi” telekanalının yaydığı məlumata əsasən, qətlə yetirilən şəxs 40 yaşlı Rasim İsayevdir. Ona evinin yaxınlığında atəş açılıb. Hadisəni törədən şəxsin kimliyi hələ bəlli deyil.

    Şahidlər 5-6 atəş səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, atəşin açıldığı avtomobil Rusiya dövlət nömrə nişanlı olub.

    R.İsayevin qətlə yetirilməsinə səbəbin qisas olduğu ehtimal edilir. Belə ki, onun qardaşı bir neçə il öncə qətl üstündə həbs olunub.

    Gürcüstanın Daxili İşlər Nazirliyində bildirilib ki, faktla bağlı qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddələri üzrə istintaq başlanılıb.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı parada görə bəzi yollar bağlanır – SİYAHI

    Paytaxt Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub:

    “Hazırda Rəşid Behbudov – Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.

    Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də qeyd edilən paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.

    Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.

    Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.

    Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib”.

    Vaqif Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.

  • Наш герой, ставший шехидом в день своего рождения – ВИДЕО

    Одним из героев, который внес вклад в освобождение от армянской оккупации во время 44-дневной Отечественный войны Азербайджана является старший прапорщик Субхан Джабраилов, который стал шехидом в день своего рождения.

    Он участвовал в боях за Физули, Зангилан и Губадлы.

    “Мой сын достиг своей мечты. Мы все гордимся им. Он пожертвовал собой во имя Родины. Он очень любил флаг Азербайджана”, – говорит мать шехида Лязифа Джабраилова.

    37-летний Субхан прошел доблестный боевой путь. Он был удостоен ряда медалей и наград за безукоризненную службу. Его боевой товарищ Сехавет отмечает, что Субхан вынес с поля боя множество шехидов на своих плечах:

    “Когда он был рядом мы вступали в бой с закрытыми глазами. Мы знали, если Субхан с нами, то мы победим. Он уничтожил более 30 вражеских военнослужащих, вывел из строя БМП ВС Армении выстрелом из РПГ-26”, – добавил он.

  • DÇ-2022-nin püşkü atıldı: Millimiz yenə Lüksemburqla düşdü

    Bu gün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə püşkü atılıb.

    Azərbaycan millisinin də rəqibləri bu onlayn püşkatma mərasimindən sonra bilinib. Komandamız beş komandalı qrupa düşüb.

    Millimiz UEFA Milllətlər Liqasında qalib gələ bilmədiyi Lüksemburqla yenə bir qrupa düşüb. Komandamız ilk dəfə İrlandiya ilə qarşılaşacaq.

    A qrupu – Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan

    B qrupu – İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

    C qrupu – İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva

    D qrupu – Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan

    E qrupu – Belçika, Uels, Çexiya, Belarus, Estoniya

    F qrupu – Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer Adaları, Moldova

    G qrupu – Hollandiya, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq

    H qrupu – Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta

    I qrupu – İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino

    J qrupu – Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.

    Qeyd edək ki, martda seçmə mərhələyə start veriləcək.

  • Əhmədiyyə Cəbrayılovun nəvəsi olan döyüşçümüz – FOTO

    Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun nəvəsi olan döyüşçümüzün fotosu yayılıb.

    Elnur Mikayılov birinci Qarabağ müharibəsində ağır yaralanmış, qazi Elxan Mikayılovun oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun qardaşı oğludur.

    O, döyüş başlayan gündən ön cəbhədə döyüşür, elə hazırda da ön cəbhədə xidmətdədir.

  • Армянский военнослужащий нашему офицеру на азербайджанском: Все осталось в прошлом, это ваша земля – ВИДЕО

    В социальных сетях распространены видеокадры разговора азербайджанских и армянских военнослужащих во время работы по делимитации государственной границы между двумя странами в Кельбаджарском районе Азербайджана.

    Следует отметить, что армянский военнослужащий общается на азербайджанском языке.

    “Все осталось в прошлом! Это ваша земля, сделаем так, как вы хотите”, – говорит он.

  • Erməni hərbçi Azərbaycan dilində zabitimizə: “Hər şey keçmişdə qaldı, bura sizin torpağınızdır” – VİDEO

    Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya işləri çərçivəsində hərbçilərimizlə erməni hərbçisi arasında aparılan müzakirənin videosu yayılıb.

    Kəlbəcərdə çəkilən görüntülərdə erməni hərbçinin əsgərlərimizlə Azərbaycan dilində danışdığı müşahidə olunur.

    “Hər şey keçmişdə qaldı! Bura sizin torpağınızdır, necə deyirsiniz, elə də edək”, – deyə erməni hərbçi bildirib.

  • Гандзасар и Худаванк как примеры арменизации Албанской Апостольской церкви – ВИДЕО

    Армянские ультранационалисты и их западные покровители развязали лживую кампанию о том, что якобы под угрозой уничтожения находятся средневековые монастырские комплексы на территории возвращаемого Азербайджану Кельбаджарского района.

    Как отмечает в своем расследовании российский Youtube-канал “Светоч ТВ”, циничность развязанной кампании заключается не только в перевирании того факта, что в Азербайджане все православные, католические и даже армянские церкви, равно как и синагоги находятся под охраной и пользуются поддержкой государства.

    “Монастыри Карабаха ценны для Азербайджана по той простой причине, что относятся к христианской истории Азербайджана и являются частью христианского наследия азербайджанского народа. Доисламский Азербайджан – это православное государство Кавказская Албания, наследие которой и рассыпано по горной гряде Малого Кавказа, ее автохтонное население составило важнейший пласт этногенеза современных азербайджанцев”, – отмечает канал.

    В расследовании на примере относящихся к XIII веку монастырских комплексов Гандзасар и Худаванк, а также возведенного в IV веке монастыря Амарас представлены свидетельства, указывающие на арменизацию монастырей Апостольской церкви Кавказской Албании.

  • Şəhid Əlikram Şahbazlının ailəsi gələcəkdə fərdi evlə təmin olunacaq – FOTO

    Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ailəsinin sosial dəstək tədbirləri ilə əhatə edilməsi üçün müvafiq işlərə başlanıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

    Onun sözlərinə görə, nazirliyin əməkdaşları Şabran rayon Bor-bor kəndində yaşayan ailə ilə görüşərək, yaşayış vəziyyəti ilə tanış olublar.

    “Beş nəfərdən (şəhidin atası Şahbazov Novruz, anası Hümbətova İmarət və üç bacısı) ibarət ailənin gələcəkdə fərdi evlə təmin olunması üçün qeydiyyata alınacaq. Hazırda ailəyə ünvanlı sosial yardım ödənilir. Həmçinin şəhid ailəsi kimi ailəyə Prezidentin aylıq təqaüdü, ailə üzvlərinə aylıq müavinət təyin olunacaq.

    Şəhidin atasının istəyi ilə ona özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradılacaq. Şəhidin anasının isə elə öz kəndlərində işlə təmin olunması nəzərdə tutulur. Şəhidin bir bacısı tələbə, digər iki bacısı isə məktəblidirlər. Ailənin yaşayış vəziyyəti diqqətdə saxlanacaq”, – deyə F.Talıbov vurğulayıb.