Month: December 2020

  • Орхану Султанову присвоено звание генерал-полковника – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о присвоении начальнику Службы внешней разведки Султанову Орхану Седъяр оглу высшего военного звания генерал-полковника.

    Как сообщает АЗЕРТАДЖ, настоящее распоряжение вступает в силу со дня подписания.

  • Doğulduğu gündə şəhid olan igidimiz – VİDEO

    Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq… Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıbmış. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə – oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.

    Baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyacan döyüşüb. Zəngilan işğaldan azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub.

    Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Anası Ləzifə Cəbrayılova öz əli ilə böyütdüyü oğlunu vətənə qurban verir:

    “Oğlum istədiyinə nail oldu. Hamı qürurludur. Oğlumuz torpaq yolunda, vətən uğrunda gedib. Uca edib adını. Bayrağa həvəsi var idi. Bayrağa da bükülü gəldi”.

    Böyük döyüş yolu keçib 37 yaşlı Sübhan Cəbrayılov. Qüsursuz xidmətinə görə bir sıra medal və mükafatlara layiq görülüb. Döyüş yoldaşı Səxavət Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiynində daşıdığını deyir:

    “O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. Düşmənin 30-dan çox şəxsi heyətini sıradan çıxarıb. Sonra düşmənin bir dənə BMP-sini RPQ-26 ilə vurub məhv edir. Düşmənin polkovnikini əsir götürür, xəritəsini ondan alır və polkovniki yerində məhv edir”.

    Sübhan Cəbrayılov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şad olardı.

  • Doğulduğu gündə şəhid olan igidimiz – VİDEO

    Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq… Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıbmış. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə – oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.

    Baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyacan döyüşüb. Zəngilan işğaldan azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub.

    Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Anası Ləzifə Cəbrayılova öz əli ilə böyütdüyü oğlunu vətənə qurban verir:

    “Oğlum istədiyinə nail oldu. Hamı qürurludur. Oğlumuz torpaq yolunda, vətən uğrunda gedib. Uca edib adını. Bayrağa həvəsi var idi. Bayrağa da bükülü gəldi”.

    Böyük döyüş yolu keçib 37 yaşlı Sübhan Cəbrayılov. Qüsursuz xidmətinə görə bir sıra medal və mükafatlara layiq görülüb. Döyüş yoldaşı Səxavət Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiynində daşıdığını deyir:

    “O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. Düşmənin 30-dan çox şəxsi heyətini sıradan çıxarıb. Sonra düşmənin bir dənə BMP-sini RPQ-26 ilə vurub məhv edir. Düşmənin polkovnikini əsir götürür, xəritəsini ondan alır və polkovniki yerində məhv edir”.

    Sübhan Cəbrayılov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şad olardı.

  • Состоялся телефонный разговор между главами МИД Азербайджана и Израиля

    Состоялся телефонный разговор между министрами иностранных дел Азербайджана и Израиля Джейхуном Байрамовым и Габи Ашкенази.

    Как сообщили в пресс-службе МИД Азербайджана, министры обсудили ситуацию в регионе, обменялись мнениями по поводу вопросов, вытекающих из трехстороннего заявления от 10 ноября 2020 года, подчеркнули важность реализации вышеуказанного документа с точки зрения обеспечения мира, безопасности и благополучия в регионе.

    Стороны также коснулись двустороннего сотрудничества между странами, включая совместные проекты, региональных и международных вопросов, представляющих взаимный интерес.

  • Azərbaycanda fərdi sahibkarların banklardakı vəsaitləri sığortalanacaq

    Ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq üç il müddətində tam sığortalanıb.

    Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, növbəti dövrlərdə, Qanuna edilmiş dəyişikliklər əsasında sözügedən müddət 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.

    Əmanətlərin tam sığortlanması sxeminin 2016-cı ildən tətbiqi nəticəsində maliyyə sabitliyi qorunub saxlanılıb, əmanətlərin dinamikasında sabitləşmə təmin edilmiş, bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

    Ötən dövr ərzində, bank sektoru üzrə aparılmış sağlamlaşdırma tədbirlərinin nəticələri və əmanətlərin tam sığortalanması mexanizminin maliyyə sabitliyinin lövbəri rolunu oynaması nəzərə alınmaqla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanıb. Strategiya Azərbaycan Respublikasının Baş Nazirinin rəhbərliyi altında Azərbaycan Respublikasının İqtisadi Şurasında geniş müzakirə edilib, müzakirələrin nəticəsi olaraq 5 aprel 2021-ci ilədək keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və cari situasiyaya uyğun əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılıb, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklərin edilməsi təklif olunmuş və müvafiq Qanun layihəsi Milli Məclisə təqdim olunub:

    – Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması. Təklif edilən dəyişikliyin tətbiqi say etibarilə cəmi əmanətçilərin 99.9%-nin əmanətlərinin tam qorunmasını təmin edəcək.

    – Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması. Bu kateqoriyadan olan sahibkarlar maliyyə risklərinə daha həssas olduğundan vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək.

    – Notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması. Bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə daşınmaz əmlakın alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək.

    “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər dövlətimiz tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişiklliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.

  • Naxçıvan şəhidlərimizi qarşıladı (FOTO)

    Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir.

    Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.

    Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.

    Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.

  • Али Нагиеву присвоено звание генерал-полковника – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о присвоении начальнику Службы государственной безопасности Нагиеву Али Наги оглу высшего военного звания генерал-полковника.

    Как сообщает АЗЕРТАДЖ, настоящее распоряжение вступает в силу со дня подписания.

  • Azərbaycanda icra başçısı olmayan rayonlar (SİYAHI)

    Ölkə üzrə yerli icra hakimiyyətinə icra başçısı rəhbərlik edir. Lakin bəzi Azərbaycanın bir sıra rayonlarında bir müddətdir ki, bu vəzifə boş qalıb.

    Median.Az icra başçısı olmayan həmin rayonları təqdim edir:

    Ağsu rayonu – Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 26 noyabr koronavirus səbəbi ilə dünyasını dəyişib. Qeyd edək ki, icra başçısı bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

    Kürdəmir rayonu – Kürdəmir icra başçısı Ceyhun Cəfərov avqustun 19-da korrupsiyaya yol verdiyi üçün həbs edilib, avqustun 20-də vəzifədən azad olunub. İcra başçısı bu vəzifəyə 2014-ü ildə təyin edilmişdi.

    Göygöl rayonu – Mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidov vəzifədən azad edilib. O, bu vəzifəyə 2006-ci ilin fevralın 23-də təyin olunub.

    Nizami rayonu – Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 2020-ci ilin iyul ayında vəzifəsindən azad edilib. İcra başçısı bu vəzifəyə 2015-ci ildə təyin olunub.

    Cəlilabad rayonu – Cəlilabad rayon icra başçısı Namiq Zeynalov isə bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, bu vəzifəyə 2018-ci ilin fevralın 6-da təyin olunub. // Sfera.az

  • SON DƏQİQƏ! Laçın dəhlizindən hərəkət başladı – İLK VİDEO

    Azərbaycanın işğaldan azad olunan torpaqlarında yeni video yayılıb.

    Median.Az oxu24-ə istinadən xəbər verir ki, Rusiyanın RT kanalının yaydığı videoda Laçın dəhlizindən görüntülər əks olunub. Kanal bildirib ki, bu dəhliz Şuşa şəhərinin yaxınlığından keçir. Videoda o da qeyd olunub ki, bu gün bu dəhlizdən ilk dəfə maşınlar hərəkət etməyə başlayıb.

    Sözügedən videonu təqdim edirik:

  • Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf – Nəvəmə nə deyəcəm?

    Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Birinci Qarabağ müharibəsinin iştirakçısı, “Ermənistanın Milli Qvardiyası” ictimai təşkilatının rəhbəri, rejissor Arşak Zakaryan aciz duruma düşüb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, Arşak Zakaryan keçirdiyi mətbuat konfrasında bir vaxtlar babası kimi özünün də qorxub qaçdığını etiraf edib:

    “Uşaqlıqda mən babamla Aniyə (Ermənilərin iddiasında olduqları Türkiyə ərazisi – red.) baxmağa gedərdik. O, mənə deyirdi ki, “böyüyəcəksən, Anini geri alacaqsan”. Mən də onu qınayırdım ki, niyə Anidən qaçmısan? Qorxuram ki, mən də nəvəmə Qarabağı göstərəndə və uşaqlığımın bu ərazilərdə keçdiyini danışanda o da eyni şeyi mənə deyəcək”.

    Qeyd edək ki, Arşak Zakaryanın Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərdə müəyyən biznesi olub. Arşak Zakaryan aprel döyüşləri zamanı video çəkərək Azərbaycanı hədələyərək bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gəlib çıxacağını bildirmişdi.