Month: December 2020

  • В ВОЗ предрекли новые мутации коронавируса

    Мутации коронавируса продолжатся, Всемирная организация здравоохранения (ВОЗ) будет внимательно следить за новыми вариантами.

    Как передает Median.Az, об этом заявила глава технической группы подразделения чрезвычайных заболеваний ВОЗ Мария Ван Керкхове.

    “Мутации коронавируса продолжатся, мутация – это естественный процесс. На самом вирусе это особенно не сказывается, однако нам необходимо продолжать изучать эти варианты, в том числе с точки зрения их передачи”, – сказала Керкхове на брифинге 28 декабря.

    Она отметила, что ВОЗ продолжит внимательно за новыми штаммами коронавируса и взаимодействовать с учеными по всему миру.

    В свою очередь глава ВОЗ Тедрос Аданом Гебрейесус заявил, что в 2021 году мир столкнется с новыми вариантами коронавируса. Он призвал страны оперативно делиться информацией с ВОЗ и другими государствами о новых штаммах.

  • Koronavirusun mutasiyası davam edəcək

    COVID-19-un mutasiyası prosesi gələcəkdə də davam edəcək.

    Median.Az xəbər verir ki, belə bir əminliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bazar ertəsi keçirdiyi brifinqdə çıxış edib.

    “Mutasiya davam edir”, – o qeyd edib: “Mutasiya – bu, təbii prosesdir. Virus özü özlüyündə xüsusi olaraq təsir etmir, ancaq biz bu variantları, həmçinin ötürülmə potensialı nöqteyi-nəzərindən araşdırmağı davam etdirməliyik”.

    Van Kerkhove vurğulayıb ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyaları araşdıran dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, ekspert əlavə edib ki “təşkilatın özünün koronavirusun yeni variantlarının tədqiqatını aparan mütəxəssis qrupları var”. “Onların işinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq”, – o deyib.

    Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok ölkəsinin alimləri tərəfindən koronavirusun yeni ştammının üzə çıxarılması haqqında bildirib. Yeni ştamm İngiltərənin cənub-şərq hissəsində sürətlə yayılmağa başlayıb. İlkin məlumatlara görə, koronavirusun yeni variantı 70% daha yoluxucudur.

  • Baş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi

    Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli, “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 26 fevral tarixli 63 nömrəli və “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun tətbiqi ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

    Qeyd edilən qanunlara edilmiş dəyişikliklərə əsasən “əlil” sözü “əlilliyi olan şəxs” sözləri, “qüsur” sözü “pozuntu” sözləri ilə əvəz edilib.

    Bununla əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə”, “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” və “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilib.

  • Karantinlə bağlı qayda pozanlara məcburi ödəniş etdirilir? – DİN-dən AÇIQLAMA

    Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan şəxs müvafiq polis orqanına dəvət edilə bilər.

    Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, inzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir.

    Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra protokol tərtib olunaraq sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir.

  • “WhatsApp” yeni ildən bir sıra mobil telefonlarda işləməyəcək

    Gələn ilin yanvarın 1-dən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.

    Median.Az bildirir ki, proqramın rəsmi saytının yaydığı məlumata görə, “WhatsApp” bəzi cihazlarla uyğunluğunu dayandıracaq.

    Konkret olaraq əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlar bu tətbiqdən məhrum olacaqlar. Bura “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.

    Tətbiqin “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S”i dəstəkləməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır. (ölkə.az)

  • Cüdo millimizin 2021-ci ildə iştirak edəcəyi turnirlərin vaxtları bilindi

    Beynəlxalq Cüdo Federasiyası 2021-ci ildə keçirilməsi planlaşdırılan yarışların təqvimini dərc edib.

    Median.Az
    Azərbaycanın böyüklərdən ibarət cüdo millisinin iştirak edə biləcəyi yarışları təqdim edir:

    Doha Masters turniri (11-13 yanvar) – Qətər

    Sofiya Avropa Açıq turniri (30-31 yanvar) – Bolqarıstan

    Praqa Avropa Açıq turniri (27-28 fevral) – Çexiya

    Sarayevo Avropa Kuboku (20-21 mart) – Bosniya və Herseqovina

    Avropa çempionatı (16-18 aprel) – Lissabon, Portuqaliya

    Orenburq Avropa Kuboku (15-16 may) – Rusiya

    Selye-Podçetrtek Avropa Kuboku (19-20 iyun) – Sloveniya

    Avropa Kuboku (26-27 iyun) – Almaniya (hansı şəhərdə keçiriləcəyi bilinmir)

    Vintertur Avropa Kuboku (10-11 iyul) – İsveçrə

    Veteranların dünya çempionatı (tarixi bilinmir) – Krakov, Polşa

    Bratislava Avropa Kuboku (18-19 sentyabr) – Slovakiya

    Tallin Avropa Açıq turniri (25-26 sentyabr) – Estoniya

    Dubrovnik Avropa Kuboku (2-3 oktyabr) – Xorvatiya

    Minsk Avropa Açıq turniri (9-10 oktyabr) – Belarus

    Malaqa Avropa Kuboku (16-17 oktyabr) – İspaniya

    Qeyd edək ki, bunlardan başqa, kadetlərin (məktəb yaşlı yeniyetmələr), gənclərin və 23 yaşadək cüdoçuların Avropa çempionatının vaxtı məlumdur. Bu yarışlar müvafiq olaraq 24-27 iyun, 9-12 sentyabr və 5-7 noyabr tarixlərində keçiriləcək. Birinci və üçüncü yarışların məkanı hələ açıqlanmasa da, gənclərin qitə birinciliyi Lüksemburqda keçiriləcək.

  • AMADA narkotik maddələrin istifadəsinə qarşı mübarizəni gücləndirdi

    Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilib.

    Belə ki, Dövlət Proqramının tədbirlər planına narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi üzrə 4.4.23-1-ci yarımbəndi əlavə edilib. Dövlət Proqramını icra edən dövlət orqanları siyahısına daxil edilərək, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) həmin yarımbəndin mütəmadi olaraq icrası tapşırılıb.

    Narkotik vasitələrin cəmiyyət üçün törətdiyi təhlükəni və bir sıra narkotik tərkibli maddələrin Ümumdünya Antidopinq Agentliyinin Qadağan edilmiş siyahısında mövcudluğunu nəzərə alaraq, AMADA öz fəaliyyətində narkotik maddələrin istifadəsinə qarşı mübarizəyə hər zaman böyük əhəmiyyət verib. Dövlət Proqramına edilən müvafiq dəyişikliyə uyğun olaraq AMADA bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək. Belə ki, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsində, həmçinin test nümunələrində narkotik tərkibli maddə aşkarlanmış idmançılarla bağlı bir sıra müddəalar var. Belə ki, idmançı narkotik vasitələrdən idman göstəricilərini yüksəltmək üçün, yəni dopinq məqsədilə istifadə etmədikdə, ona müəyyən müddətə sanksiya tətbiq edilir. Əgər həmin idmançı könüllü şəkildə müalicə və reabilitasiyaya razı olduqda, onun barəsindəki sanksiyanın daha da yüngülləşdirilməsi nəzərdə tutulur. AMADA narkotik vasitələrdən istifadə edən idmançıların müalicəsi və reabilitasiyası ilə bağlı ölkənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq edərək layihələr icra etməyi planlaşdırır.

  • Bəhram Bağırzadənin anası koronavirusa yoluxub

    Əməkdar artist Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.

    Bu barədə məlumatı B.Bağırzadə özü sosial şəbəkədə paylaşıb.

    O bildirib ki, anası Tahirə Əfəndiyeva komaya düşüb, hazırda 74 yaşı qadının vəziyyəti ağırdır.

    B.Bağırzadə anasına təcili qan köçürülməsinin lazım olduğunu da qeyd edib.

    Qeyd edək ki, bir neçə ay öncə Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu.

  • Azərbaycan neft məhsullarının ixracını 17 faiz artırıb

    2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 26,611 milyon ton neft ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azdır.

    Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

    Hesabata əsasən, Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında 8,937 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 36,1 faiz azdır.

    Eyni zamanda, neft məhsullarının ixracı 994 934 ton neft məhsulu ixrac edib ki, bu da 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 17,1 faiz çox olub.

  • Sumqayıt Regional Mədəniyyət İdarəsinə itki üz verib

    Sumqayıt Regional Mədəniyyət İdarəsinə ağır itki üz verib.

    Uzun illər mədəniyyət sahəsində çalışan, N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin keçmiş direktoru Felman Lazımov vəfat edib.

    Bu barədə Sumqayıt Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

    Allah rəhmət eləsin.