Month: December 2020

  • Neftin qiyməti ucuzlaşır

    Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammının dünyada yayılması xəbərləri fonunda etalon neft markalarının qiymətlərində ucuzlaşma qeydə alınıb.

    Bu barədə “İnterfax” məlumat yayıb.

    London “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin dəyəri bazar ertəsi səhər saatlarında bir barel üçün 51,14 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,15 dollar (0,29%) azdır.

    Nyu-York Birjasının (NYMEX) elektron ticarət əməliyyatlarında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,07 dollar (0,15%) azalaraq, bir barel üçün 48,16 dollara enib.

  • Состоялся фестиваль, посвященный традиционному искусству ковроткачества Азербайджана

    Азербайджанский национальный музей ковра, принимая во внимание важность воспитания детей в духе любви и уважения к нашему культурному наследию, национальным и духовным ценностям и роль образования в этой работе, постоянно разрабатывает новые программы, проводит мастер-классы и реализует совместные проекты с различными образовательными учреждениями.

    Как сообщили в музее, в рамках совместного проекта с Бакинским европейским лицеем проведен VI фестиваль культурных и исторических традиций Азербайджана.

    Это мероприятие организовывается лицеем ежегодно на различные темы по случаю Дня солидарности азербайджанцев мира. На этот раз фестиваль посвящен традиционному в Азербайджане искусству ковроткачества.

    Учащиеся этого учебного заведения разместили на его страницах в Facebook и на канале YouTube, а также на странице детского отдела музея в Facebook видеоролики о коврах, относящихся к отдельным регионам нашей страны, их отличительных особенностях и т.д. Публикации вызвали большой интерес пользователей.

    В рамках фестиваля специалисты Азербайджанского национального музея ковра также прочитали учащимся онлайн-лекции на тему “Познакомься сам и познакомь других с азербайджанским ковром”.

    Таким образом, в связи с пандемией первая часть проекта как для преподавателей и учащихся, так и для музейных работников была реализована в новом формате – в виде онлайн-презентаций. Его практическая часть будет осуществлена в будущем.

    Отметим, что 28 декабря состоится онлайн-конференция, посвященная итогам фестиваля.

  • Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş festival keçirilib

    Azərbaycan Milli Xalça Muzeyi uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, daim yeni proqramlar hazırlayır, ustad dərsləri keçirir, müxtəlif tədris müəssisələri ilə birgə layihələr reallaşdırır.

    Azərbaycan Milli Xalça Muzeyindən verilən məlumata görə, Bakı Avropa Liseyi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalını keçirib.

    Liseyin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müxtəlif mövzularda keçirdiyi festival bu dəfə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunub.

    Festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları videoçarxlar liseyin “Facebook” səhifəsində və “YouTube” kanalında, həmçinin, muzeyin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.

    Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçasını tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər.

    Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün yeni olan formatda – onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək.

    Məlumat üçün qeyd edək ki, bu gün Festivalın yekununa həsr olunmuş onlayn konfrans keçiriləcək.

  • Koronavirusun yeni ştammı sürətlə dünyaya yayılır: Kanada, Norveç, İordaniya…

    Yeni koronavirus ştammı artıq Kanada, Norveç, İordaniya və Cənubi Koreyada da aşkarlanıb.

    Vesti.ru xəbər verir ki, digər ölkələr infeksiyanın sərhədlərindən kənarda qalması üçün tələsik addımlar atırlar.

    Kanadada artıq COVID-19-un daha yoluxucu forması dörd nəfərdə qeydə alınıb.

    Yaponiya hökuməti infeksiyanın yeni növündən qorunmaq üçün əlindən gələni edir. Bu gün ölkəyə xaricdən giriş qadağası qüvvəyə minir. Yanvar ayının sonuna qədər dünyanın bütün ölkələrinin vətəndaşlarına viza verilməsi dayandırılıb.

    Tunis hökuməti də Cənubi Afrika, Britaniya və Avstraliyadan uçuşları dayandırıb.

    Bundan əlavə, Tunisdə komendant saatı yanvarın ortalarına qədər uzadılıb və Yeni il tədbirləri də daxil olmaqla kütləvi toplantılar qadağandır. Qanunu pozanlara cərimə və altı aya qədər həbs cəzası tətbiq edilir.

    Afrikada bir çox dövlət tətil günlərində tədbirləri sərtləşdirib. Cənubi Afrika və Zimbabve yığıncaqlarını məhdudlaşdırıb, Keniya və Mərakeşdə komendant saatı uzadılıb. Qeyd edək ki, Afrikada koronavirus peyvəndləri yalnız gələn ilin ortalarından istifadə ediləcək.

  • Messi gələcək planları barədə: “Real”a və ya “Atletiko”ya keçməyəcəyim dəqiqdir”

    “Barselona”nın hücumçusu və kapitanı Lionel Messi gələcək planları barədə danışıb.

    Bu barədə “La Sexta” məlumat yayıb.

    “Mən heç bir klubla danışıqlar aparmıram. Əvvəl də dediyim kimi, mövsümün sonuna qədər heç nə aydın deyil. Sonra nə olacağına baxarıq.

    Gələcəyə gəldikdə, “Real”a və ya “Atletiko”ya keçməyəcəyim dəqiqdir, bu, sadəcə, mümkünsüzdür. “Barselona”nı tərk edib-etməyəcəyimi bilmirəm, bu barədə mövsümün sonunda danışarıq.

    Ancaq mən karyeramı başa vurduqdan sonra da klubda qalmaq istəyirəm”, – deyə L.Messi bildirib.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    По данным на утро 28 декабря, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 81 144 994.

    За весь период пандемии скончался 1 771 981 человек, выздоровели – 57 293 765.

    Больше всего инфицированных в США – 19 573 847. На 2-м месте – Индия (10 208 725), 3-м – Бразилия (7 484 285). В первую пятерку также входят Россия (3 050 248) и Франция (2 559 686).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 341 138 и 11 495 875 соответственно.

    Турция (2 147 578 заболевших) занимает 7-е место, Иран (1 200 465) – 15-е.

    В Армении COVID-19 заболели 157 834 человека, в Грузии – 221 605.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 54 693 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 214 711 случаев инфицирования коронавирусом, 168 971 человек вылечился, 2 499 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 81 144 994 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 771 981 xəstə ölüb, 57 293 765 nəfər sağalıb.

    Avropada 22 694 826, Şimali Amerikada 22 464 673, Asiyada 20 366 249, Cənubi Amerikada 12 892 584, Afrikada isə 2 678 022 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (19 573 847 nəfər), Hindistan (10 208 725 nəfər), Braziliya (7 484 285 nəfər), Rusiya (3 050 248 nəfər) və Fransadır (2 559 686 nəfər).

    Yeddinci yerdə olan Türkiyədə 2 147 578, İranda 1 200 465, Gürcüstanda 221 605, Ermənistanda isə 157 834 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 214 711 nəfərin 2 499-u ölüb, 168 971-i sağalıb.

  • Xaçmazda “Hyundai” yandı

    Xaçmazda yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayonunda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin birinci mərtəbəsindəki qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən beş nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

    Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Dağıstanda dəmir körpü avtomobilin üzərinə aşdı: Ölənlər var

    Dağıstanda dəmir körpü aşıb.

    REN TV xəbər verir ki, hadisə Xasavyutrovskiy rayonunda baş verib.

    Məlumatlara görə, dəmir konstruksiya ilə hazırlanmış körpü avtomobilin üzərinə aşıb.

    Hadisə zamanı avtomobildə olan iki nəfər faciəli şəkildə ölüb.

    Hadisənin səbəbləri məlum deyil.

  • İnsan orqanizmi üçün təhlükəli kosmetik prosedurlar açıqlandı

    İnsan orqanizmi üçün xüsusilə təhlükə yarada biləcək kosmetik prosedurlar açıqlanıb.

    Lenta.ru xəbər verir ki, bununla bağlı onkoloq və kimya-terapevt Andrey Bazılyev açıqlama verib.

    Onun sözlərinə görə, kosmetik prosedurlardan sui-istifadə halları xərçəng xəstəliyinə səbəb ola bilər.

    Bazılyev bildirib ki, saçla əlaqəli prosedurlarda formaldehid çox olduğu üçün çox təhlükəlidir və bu prosedurdan ayda səkkiz dəfədən çox istifadə etmək sağlamlıq üçün ziyandır.

    O qeyd edib ki, kosmetik preparatlar arasında tərkibində dioksan olanlardan qaçmaq lazımdır. Bu maddə bədəndə xərçəng inkişafına səbəb ola biləcək müxtəlif endokrin xəstəliklərə səbəb ola bilər.

    Bazılyev manikür üçün istifadə edilən ultrabənövşəyi dırnaq lampasından tez-tez istifadənin dəri xərçənginə səbəb ola biləcəyini əlavə edib. O deyib ki, bu prosedurdan maksimum ayda 10-15 dəfədən çox tətbiq edilməlidir.