Month: December 2020

  • Bulvarda dənizə düşən bir nəfər xilas edilib

    Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

    Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

  • İraqda Yeni il şənliklərində özünü partlatmaq istəyən kamikadze tutuldu

    İraq təhlükəsizlik qüvvələri Yeni il şənliklərində Bağdadda özünü partlatmaq niyyətində olan ekstremisti həbs edib.

    “Al-Sumaria” telekanalı bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinin məlumatına istinadla xəbər verib.

    “Diyala və Salah-əd-Din əyalətlərində kəşfiyyat xidmətlərinin əməliyyat tədbirləri nəticəsində terror hücrəsini zərərsizləşdirmək və Bağdadda Yeni il tətilində özünü partlamağı planlaşdıran bir kamikadze də daxil olmaqla dörd nəfəri tutmaq mümkün olub”, – deyə məlumatda qeyd edilir.

    Şübhəlilər dindirilmə zamanı Milad və Yeni il bayramlarında paytaxtda sabitliyi pozmaq üçün təlimat aldıqlarını etiraf ediblər.

  • Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib

    Dekabrın 25-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

    Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb. Aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

    Görüşdə iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı ticarət dinamikasının mövcud vəziyyəti və artım imkanları, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı investisiya qoyuluşu sahəsində icrada olan layihələr barədə danışıqlar aparılıb, qarşılıqlı investisiyalar həcminin 6 milyard ABŞ dollarından çox olduğu qeyd olunub.

    Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, Şimal-Cənub beynəlxalq nəqliyyat koridoru üzərində bu ilin 10 ayı ərzində yükdaşımalarda 18% artım olduğu qeyd edilib. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub. Energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub.

    Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

  • В Азербайджане выявлены 1 428 новых случаев инфицирования коронавирусом, скончались 38 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 428 новых случаев инфицирования коронавирусом, еще 4 255 человек вылечились и были выписаны домой.

    Об этом 26 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 38 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 213 192 человека, 2 454 из них скончались, 164 500 – вылечились, 46 238 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 141 798 тестов (за последние 24 часа – 12 507) на COVID-19.

  • Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 46 238 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 12 507, hazırkı dövrədək isə 2 141 798 test aparılıb.

    Ümumi ölənlərin sayı 2454 nəfərdir.

    Ümumi yoluxanların sayı 213 192 nəfər, ümumi sağalanların sayı 164 500 nəfərdir.

  • Azərbaycanda babasını və nənəsini amansızlıqla öldürən şəxsə cinayət işi açıldı

    İsmayıllı Rayon Prokurorluğu rayonun Bizlan kəndində törədilən qətl hadisəsinin istintaqının yekunlaşması barədə məlumat yayıb.

    Cari il mayın 9-da İsmayıllı rayonu, Bizlan kəndi ərazisində Tapdıqov Zakir Şakir oğlu və sonuncunun arvadı Məmmədova Zərinə Babakamul qızının yaşadıqları evdə zorakılıq əlamətləri ilə meyitlərinin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış istintaq zamanı zərərçəkmişlərin ögey nəvəsi Qədirov Vüsal Şirvan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z.Məmmədovanı və Z.Tapdıqovu öldürərək sonuncuya məxsus odlu silahı talamasına, sonra isə həmin silahla qardaşı Şamo Qədirovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Vüsal Qədirov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Kəlbəcərin Çıraq kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi erməni işğalından azad olunan Kəlbəcər rayonunun Çıraq kəndindən videogörüntülər hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda yeni medal təsis edilib

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliyi təsdiqləyib.

    Dəyişikliyə əsasən, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub.

    Qeyd edək ki, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

  • Службой госбезопасности организован первый концерт для военных на Джидыр дюзю – ВИДЕО

    Распространены видеокадры с первой концертной программы, организованной на Джидыр дюзю для военнослужащих в Шуше Центром культуры Службы государственной безопасности (СГБ) Азербайджана.

    На концерте выступили известные деятели искусств АР.

  • DTX tərəfindən 30 ildən sonra Cıdır düzündə təşkil olunan ilk konsert proqramı – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin Şuşada təşkil etdiyi konsertin geniş görüntüləri yayılıb.

    İşğaldan azad olunmuş Şuşa şəhərində qulluq keçən hərbçilər üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramının görüntüləri yayılmanıb.

    DTX-nın rəsmi “youtube” hesabına istinadən həmin görüntüləri təqdim edirik: