Month: December 2020

  • Avropanın mərkəzində güclü zəlzələ olub

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) əməkdaşları Xorvatiyanın paytaxtı Zaqrebin yaxınlığında 5.2 bal gücündə zəlzələ qeydə alıblar.

    Mk.ru xəbər verir ki, təbii hadisə yerli vaxtla 5:28-də hiss edilib.

    Zəlzələnin episentri Zaqrebdən 49 kilometr aralıda olub. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin törətdiyi itkilər və dağıntılar barədə məlumat yoxdur.

  • Gələn ildən pensiyalar artırılacaq

    “Gələn il pensiyalar 9,3 faiz artırılacaq”.

    “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

    O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək: “Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.

  • 190 manat verilir, kartınızı yoxlayın

    Birdəflik ödəmənin dekabr ayı üçün verilməsinə başlanılıb. 190 manat birdəfəlik yardım almaq üçün yenidən müraciətlər qəbul olunmur. Ödəmələr yalnız əvvəlki dövrdə müraciət edən şəxslərə ödənəcək. Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək.

    Birdəflik ödəmənin dekabr ayı üçün verilməsinə başlanılıb. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur.

    Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir.

    Ayın sonuna qədər prosesin yekunlaşdırılması planlaşdırılır.

  • İnsanlar daha çox hansı xəstəliklərdən ölür?- Ölümlərin 10 əsas SƏBƏBİ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “2019 Qlobal Sağlamlıq Proqnozları” hesabatı açıqlanıb.

    Covid-19 pandemiyasından əvvəlki dövrü əhatə edən hesabata görə, ürək xəstəliyi son 20 ildə dünya miqyasında ölümün əsas səbəbi olaraq qalmaqda davam edir. 2020-ci ildə 1,5 milyondan çox insanın ölümünə səbəb olan yeni koronavirus növü (Covid-19) hesabata daxil edilməyib. ÜST tərəfindən gələn il dərc ediləcək hesabatda Covid-19-un dünyadakı ölümlərin ilk 10-luğu arasında olacağı gözlənilir.

    Hesabatda dünyada 10 əsas ölüm səbəbinin aşağıdakı xəstəliklər olduğu bildirilib:

    İşemik ürək xəstəlikləri

    İnsultlar

    Ağciyərlərin xroniki xəstəlikləri

    Aşağı tənəffüs yolu infeksiyaları

    Neonatal xəstəliklər və pozuntular

    Ağciyər, traxeya, bronx xərçəngi

    Alzheymer və demensiya növləri

    İshal

    Şəkərli diabet

    Böyrək xəstəlikləri

    Qeyd olunub ki, 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 2000-ci ilə nisbətən 2 milyon çox olub. Hazırda dünyada ölüm səbəblərinin 16 faizini ürək xəstəlikləri təşkil edir. 2019-cu ildə dünya miqyasında 55.4 milyon ölüm qeydə alınıb.

    Qeyd olunduğu ki, alzheimer və demensiya da dünyadakı ölümlərin ilk 10 səbəbi arasındadır. Bu xəstəliklərdən ölümlər Amerika və Avropada 3-cü yerdədir. Alzheimer və demensiyadan ən çox qadınlar əziyyət çəkir. Dünyada bu xəstəliklərdən ölənlərin 65 faizi qadınlardır.

    Diabetdən ölümlər qlobal olaraq 70 faiz artıb. Kişilər arasında ölüm faizi 80-ə qalxıb.

    Sətəlcəm və digər aşağı tənəffüs yolu infeksiyaları ən ölümcül yoluxucu xəstəlik qrupunu təşkil edir bunlar dünyada dördüncü ölüm səbəbi olaraq seçilib. Yoluxucu xəstəliklər arasında birinci yeri aşağı tənəffüs yollarının infeksiyaları, ilk növbədə isə pnevmoniya tutur. Amma ÜST bildirir ki, bu xəstəliklərlə bağlı ölüm hallarının sayı azalıb.

    Test və müalicə metodlarının inkişafı nəticəsində HİV/QİÇS artıq ilk onluqda deyil, 19-cu yerdə qeyd olunub. Amma Afrikada ölüm səbəbi olaraq 4-cü yerdə qalır.

    Məruzədə xərçəng, şəkərli diabet, travmalar və ürək xəstəliklərinin dünyada ölümün ilk 10 səbəbindən 7-sini təşkil etdiyi qeyd olunub.

    ÜST-ün Baş Direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, yeni məlumatlar, proqnozlar, yoluxucu olmayan xəstəliklərin qarşısının alınması, diaqnozuna və müalicəsinə diqqət yetirilməsinin vacib olduğuna bir daha xatırladır.

    ÜST-ün iyun ayında verdiyi açıqlamada, Covid-19 epidemiyasının dünyada xərçəng, ürək-damar və diabet kimi illik ölümlərin 71 faizini təşkil edən qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsinə ciddi təsir göstərdiyi bildirildi.

    Hesabatda o da bildirilir ki, 20 il ərzində ömür uzunluğu altı il artıb. İnsanlar indi orta hesabla 73 il yaşayır. Amma ömür uzunluğu göstəriciləri müxtəlif bölgələrdə bir-birindən fərqlənir.

  • Almaniyada peyvənd edilən ilk şəxs 101 yaşlı qadın oldu

    Almaniyada 101 yaşlı qadın ölkənin koronavirus əleyhinə peyvənd edilən ilk sakini olub.

    Bu barədə “Bild” nəşri bildirib.

    Məlumata görə, ona “Pfizer”/”BioNTech” şirkətlərinin vaksini vurulub. Qeyd edək ki, Almaniyada kütləvi peyvənd dekabrın 27-də başlayacaq.

    Nəşr yazıb ki, ilk peyvənd edilən qadın Edit Kvoyzalladır. O, Saksoniya-Anxalt federal ərazisindən, Xalberştadtdandır.

  • Qubada ərzaq mağazası yanıb

    Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, axşam saatlarında rayonun mərkəzində “Köhnə avtovağzal”ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb.

    Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

    Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər?

    Koronavirus xəstələrinin sayı günbəgün artdıqca, evdə müalicə alan xəstələrin də sayı çoxalır. Bu xəstəlik hər insanda özünü bir cür göstərir, belə ki, bəzilərində yüngül, simptomsuz, bəzilərində orta və ya ağır keçir. Ona görə də, xəstəliyi yüngül keçirən insanların çoxuna evdə təcrid olunaraq müalicə almaq tövsiyə olunur.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi Tamilla Əliyeva bildirib.

    “Evdə müalicə alan koronavirus xəstələri hansı qaydalara riayət etməlidirlər ki, vəziyyətləri kəskinləşməsin” sualına cavab olaraq həkim bildirib ki, ilk növbədə, koronavirus testi müsbət çıxmış şəxs həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, həkimin göstərişi ilə təyin edilən dərmanları qəbul etməlidir: “Ev şəraitində müalicə alan xəstələr sahə həkiminin tövsiyələrinə dəqiq əməl etməlidirlər. COVİD-19 xəstəsi digər ailə üzvlərindən təcrid olunur. Xəstənin hər gün qızdırması ölçülür, vəziyyəti haqqında qeydlər sahə həkiminə çatdırılır.

    Bəzi hallarda evdə müalicə alan xəstələr lazım oldu-olmadı, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Onlar düşünürlər ki, evdə müalicə zamanı özünümüalicə ilə məşğul olmalıdırlar. Həkim təyin etmədən hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Bəzən bu yanlış müalicə ağır fəsadlara səbəb olur. Ona görə də, mütləq həkim nəzarətində müalicə almaq vacib şərtlərdən biridir”.

    Evdə müalicə olunan xəstələrə qidalanma barədə də tövsiyələr verən mütəxəssis bildirib ki, qızardılmış, duzlu yeməklərdən uzaq olmaq, çoxlu maye, mürəbbəli, limonlu çaylar, duru xörəklər qəbul etmək və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır: “Otağın havasını tez-tez dəyişin, təmiz hava ilə nəfəs alın. Nəfəs darlığı hiss etdikdə mütləq sahə həkiminizə deyin. Ən başlıcası isə evdən çıxmayın ki, ətrafda olan daha çox insanı yoluxdurmayasınız. İnsanlar bu xəstəliyi müxtəlif cür keçirirlər. Buna görə həkim tərəfindən təyin edilmiş müalicəni dəqiqliklə edilməsi olduqca vacibdir”.

  • “Britaniya” koronavirusu İspaniyaya da çatdı

    Koronavirusun Böyük Britaniyada yayılan yeni ştammı İspaniyada da qeydə alınıb.

    “RİA Novosti” xəbər verir ki, Madriddə ən azı dörd nəfərdə COVID-19-un yeni mutasiyası aşkar edilib.

    İlkin məlumata görə, həmin şəxslər Britaniyadan gələnlər olublar.

    Xatırladaq ki, bir sıra dövlətlər koronavirusun yeni ştammı tapılan Britaniya ilə hava əlaqəsini dayandırıblar.

  • Klopp: “Liverpul”dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər”

    “Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın komandadan ayrılması üçün səbəb görmədiyini deyib.

    Bu barədə Goal.com saytı məlumat yayıb.

    “Biz hamımız istəsək, yeni nəsə axtara bilərik, amma mənim üçün “Liverpul”dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər. Başqa hansı səbəblər var? Bu, dünyanın ən güclü klublarından biridir. Onlara dünyada hamıdan çox olmasa da, amma yaxşı pul ödəyirik, inanılmaz azarkeşlərimiz, möhtəşəm stadionumuz var. Rəngimiz ən yaxşı rəng olan qırmızıdır. Başqa hansı səbəb ola bilər?”, – deyə almaniyalı mütəxəssis qeyd edib.

    Y.Klopp əlavə edib ki, əgər kimsə klubu tərk etmək istəyirsə onu zorla saxlamaq olmaz:

    “Bir futbolçu getmək istəyirsə, biz onun yolunda durmayacağıq”, – deyə “mersisaydlılar”ın baş məşqçisi bildirib.

  • 45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid oldu

    Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Natiq Mahmudov şəhid olub.

    O, 45 gün komada qalıb.

    Həkimlərin səylərinə baxmayaraq, N.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.

    Qazi Zaqatala şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

    Allah rəhmət eləsin!