Month: December 2020

  • İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiq etdi

    Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

    Dəyişikliyə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına xidmətlərin göstərilməsi 2022-ci il yanvarın 1-dək əlavə dəyər vergisinin ödənilməsindən azad olunur.

  • Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir – VİDEO

    Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

    Nazirlikdən verilən məlumata görə, praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.

  • Vilayət Eyvazovdan YENİ TƏYİNAT

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Quba Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Süleyman Nemətov vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis Şöbəsinə (RPŞ) rəis vəzifəsinə təyin olunub.

    Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti Oxu.Az-a təsdiq edib.

  • Su polisi qanunsuz balıq satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq etdi – VİDEO

    Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində, eləcə də Respublikanın digər bölgələrində yol kənarında, küçədə icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sonuncu belə tədbir zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan iki nəfər – Rüfət Əliyev və Hacıağa Aslanov müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə məxsus obyektlərə baxış zamanı xeyli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin müvafiq icazələri olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdikləri məlum olub. Polis İdarəsində hər iki şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

    Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin bir daha diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda və ovlanması qadağan edilməyən balıq növlərini tutmaq mümkündür. Dənizdə, su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qadağan olunub.

    Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

    Həmçinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dənizin sahil hissələrindən balıqqulağı, dəniz qumları, çay kənarlarından çınqıl daşları, həmçinin dənizin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da ciddi mübarizə tədbirləri davam etdirilir. Bununla yanaşı idarənin xidməti əraziləri olan “Qızılağac”, “Sarısu” və digər dövlət qoruqlarında baş verə biləcək neqativ halların qarşısını almaq üçün də ayıq-sayıq xidmət təşkil edilib.

    Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.

  • Кадры из села Периоглулар Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры из села Периоглулар Агдамского района.

  • Ağdam rayonunun Pərioğlular kəndindən videogörüntülər – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Pərioğlular kəndindən yeni video hazırlayıb.

    Görüntüləri təqdim edirik:

  • Lənkəranda oğluna toy etmək istəyən şəxs cərimələnib

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib.

    Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıblar. Toy məclisinin təşkilatçısı M.Əmirov və daha iki nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.

  • В Баку директора фирмы оштрафовали на 10 тыс. манатов

    В Баку директора транспортной фирмы, предоставляющей услуги такси, оштрафовали на 10 тыс. манатов.

    Как сообщили Oxu.Az источники в правоохранительных органах, глава OOO INI Илькин Ибадуллазаде (1993 г.р.) обвиняется в том, что незаконно зарегистрировал на портале icazə.e-gov.az разрешения на свободное передвижение в период карантинного режима, оформив жителей столицы Рауфа Фатуллаева и Надира Наджафова водителями такси.

    В отношении нарушителя был составлен протокол согласно статье 211 Кодекса об административных проступках АР и применена штрафная санкция.

  • Bakıda şirkət direktorunu cərimələdilər

    Bakıda taksi xidməti göstərən nəqliyyat şirkətinin direktoru 10 min manat cərimələnib.

    Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Oxu.Az-a bildirilib ki, INI MMC-nin rəhbəri, 1993-cü il təvəllüdlü İlkin İbadullazadə paytaxt sakinləri Rauf Fətullayev və Nadir Nəcəfovu sərbəst hərəkətlərinə icazə verən icazə.e-gov.az portalında qanunsuz olaraq taksi sürücüləri kimi qeydiyyatdan keçirməkdə günahlandırılır.

    Qanun pozucusuna qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək cəza tətbiq olunub.

  • Karantin rejimini pozan üç nəfərə cinayət işi açıldı

    Ağstafa şəhərində karantin qaydalarını pozan şəxslər barəsində cinayət işi açılıb.

    Bu barədə Ağstafa Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, Ağstafa şəhər sakini Elnura Qədiməlizadə, Ağstafa rayonu Poylu kənd sakini Sahib Yaqubov, rayonun Qaçaq Kərəm kənd sakini Oqtay Kotyalov və Eynallı kənd sakini Seymur Kərimovun ictimai yerdə tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməmələri müəyyən olunub.

    Toplanmış materiallar üzrə 24.12.2020-ci ildə Ağstafa rayon prokuroru tərəfindən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Ağstafa rayon polis şöbəsinə göndərilib.

    Xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində prokurorluq orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilir.