Month: December 2020

  • В Товузе полиция пресекла проведение торжества с участием 40 человек – ФОТО

    Сотрудники Товузского РУП в ходе рейда предотвратили проведение торжества с участием 40 человек, сообщает пресс-служба МВД.

    В ходе расследования было установлено, что житель села Абулбейли Ягуб Мамедов пытался организовать застолье в связи с помолвкой своей дочери в доме отца ее жениха Фазиля Мехтиева.

    В отношении нарушителей были составлены протоколы об административном правонарушении, выписаны штрафы.




  • “Xınayaxdı” keçirənlər saxlanıldı – FOTO

    Tovuzda karantin qaydalarına zidd olaraq təşkil olunan xınayaxdı məclisinin qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşları dərhal sözügedən ünvana gəlib və 40 nəfərlik məclisin keçirilməsinin qarşısını alıb. Bəlli olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün xına mərasimini qudası Fazil Mehdiyevin evində keçirib.

    Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.




  • Sumqayıtda mənzildən meyit tapılıb

    Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Siderenko Georgiy Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Прогноз погоды в Азербайджане на 27 декабря

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 27 декабря.

    В Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, погода без осадков, умеренный юго-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 3-6, днем – 8-10, в Баку ночью – 3-6, днем – 8-10 градусов тепла.

    Атмосферное давление – 770 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана завтра прогнозируется погода без осадков, местами туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит от 2 градусов мороза до 3 градусов тепла, днем – 7-11 градусов тепла, в горах ночью – 3-8 градусов мороза, днем – 2-7 градусов тепла.

  • Sabahın hava proqnozu

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-10, Bakıda gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Dekabrın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Bakıda kişi qonaq qaldığı evdən külli miqdarda pul oğurladı

    Bakının Yasamal rayon sakininin mənzilindən 50 min manatdan çox pul oğurlanıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    1968-ci il təvəllüdlü Elina Verxovskaya 29-cu polis bölməsinə bununla bağlı şikayət edib. O, mənzilindən 55 min manat oğurlandığını deyib və hətta oğurluqda şübhəli bilinən şəxsin adını da çəkib.

    Onun sözlərinə görə, həmin kişi 10 gün onların evində qalan ailə dostudur (istintaqın maraqları naminə ad çəkilmir). Oğurluqdan dərhal sonra kişi yoxa çıxıb.

    Hazırda əməliyyatçılar onu axtarır. Şübhəlinin daimi yaşayış yerinin olmaması axtarışı çətinləşdirir.

  • Кабмин принял постановление по сроку дистанционного образования

    Внесено изменение в постановление Кабинета министров об организации деятельности образовательных заведений, действующих на территории Азербайджана в период особого карантинного режима.

    Поправка предусматривает продление срока организации учебного и учебно-воспитательного процесса в дистанционном (удаленном) формате до 31 января 2021 года.

  • Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi – RƏSMİ

    Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarında dəyişiklik edilib.

    Dəyişiklikliyə əsasən, tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil edilməsi müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb.

  • Кабмин принял постановление в связи с работой общественного транспорта

    Кабинет министров Азербайджана принял постановление о приостановке работы общественного транспорта в выходные дни (по субботам и воскресеньям) на период особого карантинного режима до 31 января 2021 года.

    Согласно документу, он не будет функционировать в следующие дни:

    с 00:00 2 января до 06:00 4 января;

    с 00:00 9 января до 06:00 11 января;

    с 00:00 16 января до 06:00 18 января;

    с 00:00 23 января до 06:00 25 января;

    с 00:00 30 января до 06:00 31 января.

  • Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR

    Nazirlər Kabineti xüsusi karantin rejimi müddətində 31 yanvar 2021-ci il tarixinədək şənbə-bazar günlərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

    Qərara əsasən, 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

    Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.