Month: December 2020

  • İlham Əliyevdən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməlidirlər.

    Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi

    Xalq artisti, keçmiş millət vəkili Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov dünən saxlanılıb.

    D.Nəsirov Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlamaqla ələ keçirməkdə ittiham olunur.

    D.Nəsirov dekabrın 24-də keçirilən əməliyyat nəticəsində yeri müəyyən edilərək saxlanılıb. O, iki ilə yaxındır ki, istintaqdan gizlənirdi.

    DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında Daşqın Nəsirovun saxlanıldığını təsdiqləyib.

    Rəsmi açıqlamaya görə, 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq, həmin saxta sənədlərdən istifadə edib, onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.

    Fakt üzrə Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

    Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

  • Koronavirusa qarşı peyvənd kimlər üçün təhlükəli ola bilər?

    “Bir neçə ölkədə yeni növ koronavirusun mutasiyaya uğramış formasının aşkarlanması insanlar arasında müəyyən təşviş hissi yaradıb. Mutasiyaya uğrayan virusun yeyinti və qeyri-yeyinti məhsulları vasitəsilə ölkəmizə də keçmək ehtimalı ola bilər. Ancaq bu, həmin virusun daha təhlükəli olması demək deyil”.

    AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bununla bağlı deyib: “Dünyanı narahat edən həmin mutasiya virusun bir xüsusiyyətini dəyişib və bunun nəticəsində onun yoluxuculuq qabiliyyəti artıb. Azərbaycan da dünyanın bir hissəsidir və onun ölkəmizə gəlmək ehtimalı istisna edilmir”.

    Virusdan xilas olmağın yeganə yolu olan vaksinlər gələn ilin əvvəllərində ölkəmizə gətiriləcək. İndi insanları vaksinasiyanın hansı qrup əhali arasında aparılacağı və kimlərin həmin tədbirdən kənarda qalacağı daha çox düşündürür. Mütəxəssislərin dediyinə görə, bəzi xəstələrə peyvəndin əks təsiri də var. Vərəm, kəskin respirator virus xəstəliyi və insult keçirənlər üçün peyvənd təhlükəli ola bilər.

    Professor məsələyə aydınlıq gətirərək bildirib: “Kiminsə xəstəliyi keçirməsi və onu təsdiq edən sənəd varsa, ona mütləq baxılacaq. Hansısa vaksinin yan təsiri və əks-göstərişi varsa, mütləq həmin amillər nəzərə alınacaq. İndi hər yerdə həmin peyvəndin vurulmasına başlanılacağı gözlənilir. Yeni vaksinə böyük ümid bəslənilir. Əlbəttə ki, ilk növbədə vaksinasiyaya risk qruplarından başlanılacaq”.

    Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip və qızdırma olmamalıdır, çünki adətən vaksinasiyadan sonra insanın hərarəti qalxır və özünü əzgin hiss edir.

  • Beyrutda dəhşətli partlayışı lentə alan fotoqraf öldürüldü

    4 avqustda Beyrut limanındakı partlayışı lentə alan fotoqraf Josef Badjani ölü tapılıb.

    Mk.ru xəbər verir ki, yerli mediada fotoqrafın itkin düşdüyü, polisin onun yerini mobil telefonla tapdığı yazılıb.

    Daha sonra küçə nəzarət kameralarından qeydlər əldə edilib.

    Kaxhal qəsəbəsində iki naməlum şəxsin Badjaninin avtomobilə mindiyi zaman ona yaxınlaşaraq güllələdiyi görüntüləri üzə çıxıb.

    Qətl hadisəsi Livan ictimaiyyəti arasında böyük səs-küyə səbəb olub.

    Xatırladaq ki, avqustun 4-də Beyrut limanında dəhşətli partlayış baş verib. Nəticədə 190 nəfər həlak olub, 6 mindən artıq insan yaralanıb.

  • В Швейцарии выявили “британский” штамм коронавируса

    Первые случаи заражения новым штаммом коронавируса выявлены в Швейцарии, положительные результаты дали пробы двух жителей Великобритании.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает Федеральный офис общественного здравоохранения страны.

    По данным ведомства, после того как новый штамм COVID-19 выявили в Великобритании, Швейцария оперативно приняла меры по обнаружению каких-либо мутаций в вирусе. Различные образцы от людей с положительным результатом на коронавирус в настоящее время секвенируются на предмет возможной мутации, отмечается в сообщении.

    “Рассматриваемая мутация может быть обнаружена в двух образцах от людей с положительным результатом. Эти люди проживают в Великобритании и дали положительный результат на коронавирус в Швейцарии. Секвенирование образцов проводили в Национальном справочном центре новых вирусных заболеваний в Женеве”, – говорится в сообщении.

    Уточняется, что имена инфицированных известны, власти также уведомили соответствующие кантоны о возможной циркуляции там “более заразного” штамма коронавируса.

  • İsveçrədə COVID-19-un ən təhlükəli növü aşkarlandı

    İsveçrədə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti” İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.

    Məlumata görə, Britaniyanın bu ölkədəki iki vətəndaşında ilk dəfə koronavirusun yeni ştammı aşkarlanıb. Onların virusu başqalarına yoluxdurub-yoluxdurmadıqları hələ məlum deyil.

    Britaniyada koronavirusun yeni ştammının aşkarlanmasından sonra İsveçrə öz ərazisində COVID-19-un yeni növünün aşkarlanmasının qarşısını almaq üçün operativ tədbirlər görüb.

    Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

    Daha əvvəl Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.

  • Millət vəkili şəhid atası ilə görüşdü

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid əsgər Sübhan Həsənovun atası Rauf Həsənovla görüşüb.

    Median.Az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

    “Biz bilirik ki, sizin oğlunuz Goranboy rayonunda yerləşən hərbi hissədə snayper kimi xidmət edib. Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Sübhan kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq!

    Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!” – millət vəkili deyib.

    Şəhid atası Rauf Həsənova tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.//sfera.az

  • Prezident Topçu Vüsalı da təltif etdi

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, təltif olunanlar arasında Topçu Vüsal kimi tanınan əsgər Şahkərimov Vüsal İslam oğlu da var.

    O, Prezidentin imzaladığı sərəncamla “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb.

  • DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil

    Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

    Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

    Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb.

    Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

  • Kürdəmirdə evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

    Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dəyirmanlı kənd sakini, 1985-ci il təvəllüdlü Bayramov Tural Əlikram oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.

    Dekabrın 17-də Tural Bayramovun COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı müsbət çıxıb.

    Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və çölə çıxmamasını tövsiyə ediblər. Lakin həkimlərin tövsiyəsinə məhəl qoymayan Tural Bayramov yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb.

    Polis əməkdaşları dərhal Tural Bayramovun yerini təsbit edərək saxlayıb və profilaktik söhbətlər etdikdən sonra onu yaşadığı evə geri qaytarıblar. Hazırda faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.