Month: December 2020

  • Çin vaksininin Türkiyəyə gətiriləcəyi tarix açıqlanıb – VİDEO

    Türkiyənin Səhiyyə naziri Fahrettin Koca canlı yayımda çıxış edərkən bildirib ki, Türkiyənin Çindən alacağı peyvənd növbəti həftənin ilk günü ölkəyə gətiriləcək.

    O qeyd edib ki, Səhiyyə Nazirliyinin elmi şurası Çin istehsalı olan peyvəndin insanlara təsirini qiymətləndirib.

    Fahrettin Koca peyvəndin virus üzərində təsirə malik olma ehtimalını 91 faiz olduğunu qeyd edib.

    Çin səhiyyə qurumları da öz növbəsində Türkiyəyə göndəriləcək peyvəndlərin miqdarı ilə bağlı təsdiq prosesini tamamlayıblar.

  • Salyanda 35 yaşlı kişini çaqqal dişlədi

    Salyan rayonunda çaqqal 35 yaşlı sakinə xəsarət yetirib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Xələc kəndində baş verib.

    Belə ki, 1985-ci il təvəllüdlü Cəlilov Ramil Bədrəddin oğlu evinin həyətində olarkən caqqalın hücumuna məruz qalıb. Yırtıcı heyvan onun sağ baldır nahiyəsinə xəsarət yetirib.

    Ramil Cəlilov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Xəstəxanada ona quduzluğa qarşı peyvənd vurulub.

  • Qarabağda 10 mindən çox sülhməramlı olacaq?: Şayiələrə son qoyuldu – VİDEO

    “Caliber” son günlər Dağlıq Qarabağda üçtərəfli bəyanatda razılaşdırılmış rəqəmdəm dəfələrlə çox, daha dəqiq desək 10 mindən artıq rusiyalı sülhməramlının yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələrə aydınlıq gətirib.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalı paylaşım edib.

    Videoda sözügedən şayiənin əsassız olması məntiqi cəhətdən izah edilib.

  • Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq etdi

    Gürcüstan parlamenti səs çoxluğu ilə Baş nazir Giorgi Qaxariyanın başçılıq etdiyi yeni hökumətə etimad göstərdiyini bəyan edib.

    “RİA Novosti” agentliyi xəbər verir ki, səsvermə Gürcüstan televiziyaları tərəfindən canlı yayımlanıb.

    Giorgi Qaxariyanın başçılıq edəcəyi nazirlər kabinetində bir yeni nazir yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir.

    Gürcüstanda 31 oktyabr parlament seçkilərindən sonra hakim “Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 90-ını qazanıb.

    Seçkilərin nəticələri təsdiqləndikdən sonra Gürcüstan hökuməti istefa vermişdi.

  • Sergey Narışkin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

    Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, qurucu fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq, dostlarınızdan səmimiyyət və diqqət, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.

    Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin və milli maraqların müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq.

    Hörmətlə,

    Sergey Narışkin

    Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru

  • Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi

    Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.

    AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzo”) ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən – “Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı” MMC, “Səma Agro” MMC, “Xızı Aqropark” MMC, “ART GREEN” MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.

    Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.

    Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

    Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.

  • Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevi təbrik etdi

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    Hörmətli Prezident, əziz qardaşım,

    Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Əminəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də inkişaf etməyə və qarşılıqlı maraq doğuran bütün sahələrə genişlənməyə davam edəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və hörmətli ailənizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

    Hörmətlə,

    Şefik Caferoviç,

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

  • Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

    Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.

    AQTA-dan “Report”a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən – “Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı” MMC, “Səma Agro” MMC, “Xızı Aqropark” MMC, “ART GREEN” MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.

    Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.

    Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

    Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.

  • Ukraynanın sabiq Prezidenti İlham Əliyevi təbrik etdi

    Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Əziz İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Siz hələ gəncsiniz, lakin artıq “müdriklik yaşı”na çatmısınız. Bu yaşda insan bayram hədiyyələrinə sakit münasibət bəsləyir. Mən öz təbrik məktubuma belə başlamaq fikrində idim. Daha sonra yazmaq istəyirdim: “Lakin yəqin ki, Siz özünüzün və xalqınızın lap yaxın vaxtlarda aldığı çox qiymətli hədiyyə barədə düşünəndə ürəyiniz hələ də tez-tez döyünür”.

    Təkrar edirəm, mən belə yazmaq istəyirdim, lakin əlim gəlmədi.

    Haqqına görə sənə mənsub olanın qaytarılmasını hədiyyə adlandırmaq olmaz.

    Qan bahasına əldə ediləni hədiyyə adlandırmaq olmaz.

    Əgər Sizin qəlbiniz həqiqətən tez-tez döyünürsə, burada “hədiyyə” deyil, “qürur”, “şərəf”, “ədalət” sözlərini işlətmək düzgün olar.

    Mən Sizə bunu arzu edirəm. Qoy, bundan sonra da qürur, şərəf və ədalət Sizinlə olsun. Qoy, bu sözlər bundan sonra da Sizin qəlbinizi tez-tez sevindirsin”.

  • Публикация Мехрибан Алиевой: Президент обратился к народу в день своего рождения – ФОТО/ВИДЕО

    Первый вице-президент Мехрибан Алиева сделала публикацию на своей странице в Instagram по случаю дня рождения Президента Ильхама Алиева.

    М.Алиева поделилась фотографиями и видео вместе с главой государства.

    https://www.instagram.com/p/CJL82FpArOy/
    https://www.instagram.com/tv/CJL6AcSgWOD/