Month: December 2020

  • В Баку за нарушение правил карантинного режима наказали директора школы – ОФИЦИАЛЬНО + ВИДЕО

    Директор средней школы №187 города Баку Наиля Мамедова отметила свой день рождения, тем самым нарушив требования особого карантинного режима.

    Соответствующие кадры были распространены в социальных сетях.

    В ответ на запрос Oxu.Az в Управлении образования города Баку заявили, что Мамедова привлечена к дисциплинарной ответственности:

    “На основании приказа министра образования, в соответствии с нормами действующего трудового законодательства ей вынесен выговор”.

  • İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən amillər – VİDEO

    Baku TV İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən amillər mövzusunda maraqlı video süjet hazırlayıb.

    “Bu gün Azərbaycanın sürətli inkişafının kökündə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət dayanır.

    Prezidentin milli maraqlara söykənən daxili və xarici siyasəti ona xalq qarşısında böyük ictimai dəstək qazandırıb” fikri süjetin əsas mövzusunu təşkil edib.

    Mövzu ilə bağlı Millət Vəkili Elşad Mirbəşiroğlu və politoloq Əziz Əlibəylinin açıqlamaları da sözügedən videoda yer alıb:

  • Kamil Zeynallı azadlığa çıxdı – VİDEO

    Tanınmış idmançı Kamil Zeynallı azadlığa çıxıb.

    Median.Az xəbər verir ki, idmançı bu gün həbsdən azad edilib.

    O vaxtından əvvəl azadlığa çıxdığını və hər şeyin yaxşı olduğunu deyib.

    Həmin videonu təqdim edirik:

  • Gülben Ergen də koronovirusa yoluxub, 10 gündür evdə yatır

    Türkiyəli müğənni Gülben Ergen də koronovirus infeksiyasına yoluxub.

    Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bunu əvvəlcə hər kəsdən gizlətməyə çalışıb. Hazırda Ergen karantindədir.

    Məlumatı sənətçinin dostu Özgür Aras qatıldığı bir proqramda deyib. o bildirib ki, müğənni 10 gündür evində yatır.

  • Özünə ad günü məclisi təşkil edən məktəb direktoru cəzalandırıldı

    Sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etmsi barədə görüntülər yayılıb.

    Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

  • Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

    Dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

  • Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Bizim prosedur qaydalarına əsaslanaraq deyə bilərəm ki, koronavirusdan vəfat edən şəxslərin cəsədlərinin dəyişik düşməsi bizim səhvimiz olmayıb”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

    O bildirib ki, bəzilərindən fərqli olaraq heç kimi ittiham etmək istəmir:

    “Bəli, Gəncədə meyitin dəyişik düşdüyü hadisə olub. Lakin mən kimisə ittiham etmək niyyətində deyiləm. Sadəcə olaraq sizə proseduru izah edəcəm, özünüz qərar verin.

    Əvvəl onu deyim ki, xəstəxanada dünyasını dəyişən xəstələri morqa göndərməzdən əvvəl meyitə aid xəstəlik tarixçəsi onun üzərinə qoyulur. Bir anda morqa bir neçə meyit göndərilən zaman onların sənədlərinin dəyişik düşmə ehtimalı da nəzərə alınırdı. Demirəm belə olub, amma xəstəxanalarda bu səhvə yol verilə bilər. Bir neçə meyit göndərilən zaman sənədlərin dəyişik düşmə ehtimalı mümkün ola bilər.

    Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız üzərində ona aid sənədlər olan meyit qəbul edilir. Meyit açılır, yuyulur, dezinfeksiya edilir, yenidən yuyulur, dini qaydalara riayət olunaraq kəfənlənir və ailə yaxınlarına dəfn olunması üçün təhvil verilir.

    Amma biz artıq bir neçə müddətdir ki, xəstəxanalardan gətirilən meyitlərin sənədlərinin dəyişik düşmə ehtimallarını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmüşük. Belə ki, meyit morqa gətirilən zaman ailə yaxını təsdiq etməmiş içəri qəbul edilmir. Koronavirus infeksiyasına yoluxma halı nəzərə alınaraq, içəri heç kim buraxılmır. Morqun qapısında şəxs xüsusi geyimdə, müəyyən məsafədən meyitə baxır, təsdiq edir ki, bu, onun yaxınıdı, daha sonra əməkdaşlar meyiti qəbul edir, prosedur qaydalarına uyğun şəkildə yuyub, kəfənləyib, təhvil verir.

    Belə olan halda sizcə hər hansı qarışıqlıq ola bilərmi? Bu prosedurda hər hansı yanlışlıq olması sıfırdır. Bu prosedur Bakıda çoxdan tətbiq edilir, bir neçə müddətdir Gəncədə də tətbiq edilir. Əgər insan özü öz yaxınını tanıyırsa, təsdiq edirsə, burada hansı yanlışlıqdan danışmaq olar?”

    Xatırladaq ki, Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatlar yayılmışdı. TƏBİB-dən məsələyə verilən açıqlamada isə xəstənin xəstəxanada ölməsi hallarında cəsədin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verildiyi, sözügedən quruma nəzarətin isə TƏBİB-də olmadığı qeyd olunub.

  • Doğma övladları üçün darıxan torpaq – VİDEO

    30 ilə yaxın müddətdən sonra doğma torpaqlarımıza səfər edə biləcəyik.

    Baku TV-nin əməkdaşları işğaldan azad olunmuş Zəngilan rayonundan reportaj hazırlayıblar.

    Düşmənin az qala hər qarışında mina basdırdığı Zəngilanda artıq təmizləmə işlərinə demək olar ki yekun vurulub.

    Zəngilandan xüsusi reportajı təqdim edirik:

  • Azərbaycanlılara işgəncə verən erməni barəsində həbs-qətimkan tədbiri seçildi

    Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    “Report” xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs qətimkan tədbiri seçilib.

    Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.

  • Metyu Brayza: “Minsk qrupu artıq ölüb”

    “Acınacaqlı da olsa, ATƏT-in Minsk qrupu artıq ölüb. Halbuki həqiqətən, faydalı platform ola bilərdi”.

    “Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

    “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər birində nüfuzlu erməni diasporunun olduğunu da unutmamaq lazımdır. Bütün bunlardan sonra ABŞ və Fransadan olan həmsədrlərin Bakıya gəlməsi mənim üçün qəribədir.

    Prezident Əliyev də tam haqlı olaraq onlardan burada nə işləri var deyə soruşdu. Bundan sonra onların hansısa konstruktiv fəaliyyət göstərəcəklərini görmürəm”, – amerikalı diplomat qeyd edib.