Month: December 2020

  • В бакинской фармацевтической компании выявлен факт присвоения крупной суммы

    В Баку представителя фармацевтической компании обвинили в присвоении 156 000 манатов.

    Об этом Oxu.Az сообщил источник в правоохранительных органах.

    В Azfarma Dərman Sənaye LTD недосчитались 156 000 манатов и сообщили об этом в 16-е отделение полиции Наримановского района.

    По словам представителя компании, в августе этого года специалист по продажам И.Т. (1973 г.р.) реализовал медицинские препараты на указанную сумму, а вырученные деньги присвоил.

    В настоящее время правоохранители проверяют И.Т. на предмет причастности его к указанному преступлению.

    Подозреваемый пока не задержан.

  • Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb

    Bakıda əczaçılıq şirkətinin nümayəndəsi 156 min manat mənimsəməkdə ittiham olunub.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

    “Azfarma Dərman Sənaye LTD” şirkəti hesabda 156 min manat kəsir olduğunu görüb və bu barədə Nərimanov rayon 16-cı polis bölməsinə məlumat verib.

    Şirkət nümayəndəsinin sözlərinə görə, bu ilin avqust ayında satış mütəxəssisi İ.T. (1973-cü il təvəllüdlü) göstərilən miqdarda dərmanı satmış və gəliri mənimsəmişdir.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.T.-nin göstərilən cinayətdə iştirakını yoxlayırlar.

    Şübhəli hələ tutulmayıb.

  • Milli Məclis “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsini təsdiqlədi

    Azərbaycanda daha bir qanun ləğv edilir.

    “Report” xəbər verir ki, “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

  • Ucarda şəhid gizir dəfn edilib

    Ucar rayonunda Vətən müharibəsində şəhid olmuş gizir Qarayev Namiq Qara oğlu dəfn edilib.

    “Report”un məlumatına görə, o, bu gün Qazıqumlaq kəndində torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, sakinlər iştirak edib.

    Qeyd edək ki, Namiq Qarayev 1978-ci ildə Ucarın Qazıqumlaq kəndində anadan olub. O, 78 gün idi ki, itkin düşmüşdü.

    Namiq Qarayev ailəli idi, iki övladı yadigar qalıb.

    Allah rəhmət eləsin!

  • Anar Kərimov Akademik Rus Dram Teatrını yüz illik yubileyi münasibətilə təbrik edib – FOTO

    “Səməd Vurğun adına Akademik Rus Dram Teatrını yüz illik yubileyi münasibətilə təbrik edirəm”.

    Bu sözləri Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “Twitter” hesabında yazıb.

    “Rus Dram Teatrı Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsində və rus teatr sənəti ənənələrinin inkişafında böyük rol oynayıb”, – deyə A.Kərimov bildirib.

  • Ermənistanda idmançılar Paşinyanın əleyhinə çıxdılar

    “Biz baş nazir vəzifəsini tutan şəxsin təcili istefasını tələb edirik”.

    “Report” “News.am“a istinadən xəbər verir ki, bu tələb Ermənistanın 30-dan çox idmançısının birgə bəyanatında yer alıb.

    İdmançılar ölkənin baş naziri Nikol Paşinyanı satqın adlandıraraq, onu idarəçilik qabiliyyətinin olmamasında ittiham ediblər.

    “Baş nazir Vətənimizi parçalayaraq satqın hərəkətlərini davam etdirir. Bizim xalqımızın və ölkəmizin suverenliyi təhlükə altındadır. Satqın bizim dövlətimizi daha idarə edə bilmir”, – deyə bəyanatda qeyd olunur.

  • Kəmaləddin Heydərov Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb – FOTO/VİDEO

    Dekabrın 21-də Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonaqlar əvvəlcə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

    Sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında möhkəm dostluq və qədim tarixə əsaslanan sıx qonşuluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edən nazir əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb, bir sıra aidiyyəti istiqamətlərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar sahədə koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.

    Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçev iki qurum arasında mövcud əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu, habelə humanitar məsələlərin həlli ilə bağlı hər iki nazirliyin aidiyyəti qurumları arasında mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.







  • Gürcüstan prezidenti: “Qafqaz platforması”na münasibətdə passiv olmayacağıq

    “Bu il bölgəmizdəki münaqişə əsas problemlərdən biri oldu. Regionda sülhün bərqərar olmasını bir daha alqışlayıram. Əmin-amanlıq yalnız bizim və qonşularımız üçün deyil, bölgədəki hər üç ölkə üçün həyati əhəmiyyətə malikdir”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunları Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xaricdəki diplomatik missiyaları rəhbərlərinin onlayn formatda keçirilən konfransında deyib.

    O, bölgənin tərəqqisi və inkişafının sülh və sabitlikdən asılı olduğunu bildirib.

    S.Zurabişvili Gürcüstanın regionda sülhə nail olmaq istiqamətində iştirak etməməsindən təəssüfləndiyini qeyd edib: “Gürcüstanın tarixi rolu əsrlər boyu hamını hər zaman bir araya gətirməyə imkan verib. Buna görə də əminəm ki, Gürcüstan “Qafqaz platforması”nın yaradılması təşəbbüsünə münasibətdə passiv olmayacaq. Ümid edirəm, 2021-ci il ölkəmizin bu mənada dirçəliş ili olacaq”.

  • Naxçıvanın Dövlət İmtahan Mərkəzinə sədr təyin edilib

    Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs sədr təyin olunub.

    “Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov fərman imzalayıb.

    Fərmanla Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən İsmayıl Cavanşir oğlu Qəribli “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin sədri təyin edilib.

  • Putin doqquz yaşlı leykoz xəstəsinin arzusunu yerinə yetirib, onunla buzda sürüşdü – VİDEO

    Rusiya Prezidenti Vladimir Putin Çelyabinsk şəhərindən olan doqquz yaşlı oğlanın arzusunu yerinə yetirib.

    Leykoz xəstəsi olan Dima Oşepkin bu yaxınlarda “Arzular yolkası” adlı aksiyada Qırmızı Meydanda xizəkdə sürüşməyi arzulayıb.

    Vladimir Putin öz növbəsində onun arzusunu gerçəkləşdirməyə söz verib:

    “Asanlıqla edərik. Birlikdə sürüşərik.Hesab et ki, artıq yoldasan”.

    Beləliklə, Dimanın arzusu gerçəkləşib. Dima və Rusiya Prezidenti birlikdə buz üstünə çıxıblar.