Month: January 2021

  • “Bitcoin” ucuzlaşır

    Dünyanın ən populyar kriptovalyutası olan “Bitcoin”in qiymətində azalma qeydə alınıb.

    Bu barədə “CoinDesk” portalı məlumat verib.

    Bildirilir ki, ticarət zamanı onun qiyməti 11,55 % ucuzlaşaraq, 33 762 dollar olub.

    Xatırladaq ki, kriptovalyutanın qiyməti bir neçə gün əvvəl 40 min dolları keçmişdi.

  • Новое НАЗНАЧЕНИЕ от Вилаята Эйвазова

    В МВД Азербайджана проведена кадровая перестановка.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, майор полиции Фаиг Абильгасанов назначен на должность замначальника по службе Хызынского РОП.

    Отметим, что ранее Абильгасанов работал в Управлении полиции Хазарского района Баку.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Faiq Əbilhəsənov Xızı RPŞ-nın xidmət üzrə rəis müavini təyin olunub.

    Qeyd edək ki, F.Əbilhəsənov daha əvvəl Xəzər Rayon Polis İdarəsində çalışıb.

  • Mobil telefonun partlama anı – VİDEO

    Türkiyənin Uşak şəhərində təmirə gətirilən mobil telefon partlayıb.

    Partlayış ətrafdakıların qorxusuna və bir neçə əşyanın alışaraq yanmasına səbəb olub.

    “Anadolu Agentliyi” təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış partlayış anının videosunu paylaşıb.

    Həmin videonu təqdim edirik:

  • İşğaldan azad edilmiş xüsusi mühafizə olunan ərazilərdə hesablama aparılacaq – RƏSMİ

    11 yanvar – Dünya Qoruqlar və Milli Parklar günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

    Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.

    Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir.

    Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə ərtaf mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən biri zəngin biomüxtəlifliyin, nadir təbiət obyektlərinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır:

    “Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də, Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir.

    İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış H.Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır”.

    A.Səmədova qeyd edib ki, sentyabrda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən yaradılan park xüsusi mühafizə olunan ərazilərin hər biri öz unikallığı və ekosisteminin unikallığı ilə bir-birindən fərqlənir.

    “Qeyd etməliyəm ki, azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqlar olub.Həmin ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanıb. 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub.

    Bəsitçay Dövlət Təbiət Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə həmin ərazilərdə monitorinq aparılacaq, dəymiş ziyan hesablanacaq, qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq”, – deyə nazirlik rəsmisi qeyd edib.

  • Sumqayıtda “Chevrolet” yandı

    Sumqayıt şəhərində “Chevrolet” markalı minik avtomobili yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı maşının mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Xankəndidə atışma: İki erməni tutuldu

    Bu gün Xankəndidə atışma olub.

    “Sputnik Ermənistan”ın məlumatına görə, bu gün saat 04:50-də Xankəndinin müxtəlif hissələrində atəş səsləri eşidilib.

    “Hadisəyə görə iki erməni saxlanılıb.Onlar şəhərin müxtəlif yerlərində avtomat silahdan atəş açıblar”, – deyə mənbə bildirir.

    Hazırda hadisənin təfərrüatı araşdırılır.

  • Distant təhsillə bağlı yeni layihəyə start verilir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsinə start verilir.

    İdarədən verilən məlumata görə, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

    Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinləniləcək. Sonra layihə üzrə “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılacaq.

    Layihə çərçivəsində paytaxtın 12 inzibati rayonu üzrə məktəb direktorlarının iştirakı ilə distant tədris prosesini izləmək üçün dərs müşahidələrinin davamlı təşkili nəzərdə tutulur.

  • Президент Ильхам Алиев прибыл в Москву

    Президент Азербайджана Ильхам Алиев прибыл в Москву, где состоятся трехсторонние переговоры по Нагорному Карабаху с президентом России Владимиром Путиным и премьер-министром Армении Николом Пашиняном.

    Об этом сообщил ТАСС в понедельник посол Азербайджана в Москве Полад Бюльбюльоглу.

    “Президент Азербайджана прибыл в Москву, его встречали заместитель министра иностранных дел России Андрей Руденко, представители МИД РФ и посольства республики в Москве. В настоящий момент кортеж Алиева направляется в Кремль”, – сказал он.

  • İlham Əliyev Moskvaya getdi – YENİLƏNİB

    Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib.

    AZƏRTAC xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

    * * * * *

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı Moskvaya gedib.

    Bu barədə TASS-a Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

    “Azərbaycan prezidenti Moskvaya gəldi, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar”, – deyə məlumatda qeyd edilir.