Month: January 2021

  • Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə pandemiya ilə bağlı TÖVSİYƏ

    Uşaqlar hazırda pandemiya ilə əlaqədar olaraq bağça və məktəbə gedə bilmirlər. Dərslər onlayn keçirilir. Uşaqlar günün çox hissəsini evdə keçirmək məcburiyyətində qalırlar. Məktəbdə, bağçada olan uşaqların bir-biri ilə sosial ortamı olurdu, həm fiziki, həm mənəvi olaraq dostları ilə oynayır, fikir bölüşür, yəni enerjilərini ata bilirdilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq-reanimatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova bildirib.

    Həkim deyib ki, indi isə uşaqlar günün çox hissəsini kompüter qarşısında onlayn dərslər, ev tapşırıqları, uşaq oyunları ilə keçirirlər və enerjilərini ata bilmirlər. Bir sözlə, gün ərzində yığılan enerjini xərcləyə bilmirlər və nəticədə uşaqlarda az hərəkətlilik formalaşır: “Digər tərəfdən də evdə valideynlər pandemiya dövrüdür, uşaq yaxşı qidalansın, xəstələnməsin mövqeyindən çıxış edir və uşaqlarını həmişəkindən daha da artıq qidalandırmağa çalışaraq əlavə karbohidrat yükləyirlər.

    Uşaqlar isə özləri şirniyyat, fast-food yeməklərə daha çox üstünlük verirlər. Beləliklə bütün bunlar uşaqlarda kökəlmə-çəki artımı şəklində özünü göstərir.

    Eyni zamanda uşaqlar lazımi qədər havaya çıxarılmır, nəticədə ev şəraitində dar və az havalı otaqlarda qalma D vitamini əksikliyinə səbəb ola bilir. Bəzi valiyenlər “qış fəslidir, uşaq havaya normal çıxmır”, deyib özlərindən uşağında D vitamini əksikliyi olmaması üçün müəyyən D vitaminləri alıb verirlər. Amma D vitamininin təyini mütləq həkim tərəfindən olmalıdır. Bunun üçün D vitamini səviyyəsi qanda ölçülüb nəticəyə əsasən lazımi korreksiya (müalicə və ya profilaktika) aparılmalıdır.

    Valideynlərdən xahişimiz və gözləntimiz budur ki, müvəqqqəti pandemiya dövründə balalarımıza qarşı daha diqqətli olsunlar. Qidalanmada bol meyvə-tərəvəz, ət məhsulları, bol maye qəbuluna üstünlük versinlər. Hər gün balalarımızı açıq havaya insanlar az olan yerlərə – parklara aparsınlar və sağlamlıq durumunun kontrolu üçün mütəmadi həkim nəzarətində olsunlar. Balalarımız xəstələnməsin, sağlam böyüsün”.

  • Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR – hazırlıq, əks-göstərişlər…

    Yanvarda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə başlaya bilər. Peyvənd insanın orqaniminə və xüsusilə də immun sisteminə çox ciddi “müdaxilə”dir.

    Bu səbəbdən peyvəndə gedən insan bəzi vacib qaydaları bilməlidir ki, peyvənddən sonra hər hansı fəsad yaranmasın.

    Median.Az saglamolun.com-a istinadən bildirir ki, bu haqda tanınmış rusiyalı həkim-infeksionist Yevgeniy Timakov məlumat verib.

    Həkim bildirib ki, vaksinasiya zamanı insanda heç bir soyuqdəymə simptomu olmamalıdır. Həmçinin xroniki xəstəliyin kəskinləşməsi zamanı da peyvənd vurdurmaq olmaz.

    “İnsanda zökəm, öskürək, qızdırma, halsızlıq kimi simptomlar, vaksinasiyadan 1 ay əvvəl xroniki xəstəliklərin kəskinləşməsi olmamalıdır” – Timakov xəbərdarlıq edib.

    İnsan peyvəndlənmədən 1 ay əvvəl hər hansı kəskin reseptor virus xəstəliyi, qrip keçiribsə, peyvəndin vurulması taxirə salınmalıdır. Bu xəstəliklər immunitetin müvəqqəti zəiflənməsinə səbəb olur ki, bu insanlarda peyvənd fəsadlara səbəb ola bilər.

    Peyvənddən 3 gün əvvəl çoxlu miqdarda spirtli içkiləri qəbul etmək olmaz. Həmçinin ağır qidalar, fast-fudla da ehtiyatlı olmaq lazımdır.

    “İnsan peyvəndə psixoloji olaraq hazır olmalıdır. İnsan çox qorxursa, onda peyvənddən sonra təzyiq qalxa bilər, başgicəllənməsi, hətta bayılma ola bilər” – həkim bildirib.

    Allergiyaya meylli insanlar peyvənddən 1 gün əvvəl və sonra antihistamin həb qəbul edə bilərlər. Qızdırmanın qalxmasına meylli olanlar peyvənddən sonra yatmazdan qabaq parasetamol qəbul edə bilərlər.

    Həkim qeyd edib ki, peyvənddən əvvəl kovidə PZR-test vermək lazımdır. Bu infeksiyanın simptomsuz formasını inkar etməyə kömək edəcək. Həmçinin həkim peyvənddən əvvəl IgG и IgM anticismlərə, peyvənddən sonra isə IgG anticismə analiz verməyi tövsiyə edib.

  • Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var

    Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, yük maşını qarşıda gedən minik avtomobilini vurub. Nəticədə minik avtomobilində olan Masallı rayonunun Yeddioymaq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Həbulla Əli oğlu yüngül bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Parça maskalar virusdan qorumur?

    Parça maskaların heç bir qoruyuculuğu yoxdur.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultantı, Türkiyənin Hacettepe Universiteti xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova deyib.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, onun sözlərinə görə, bu maskaların tutmaq funksiyası yoxdur: “Ona görə də parça maskaları taxmaq əksinə təhlükəli ola bilər. Çünki maskanın çöl tərəfi də nəmlənər və bakteriyalar yapışa bilər ki, bu da nəfəs alanda bakteriyanın, virusun ağ ciyərlərimizə keçməyinə səbəb ola bilər. Ona görə də parça maskalardan istifadə etmək məsləhət görülmür”.

    Həkim bildieib ki, tibbi maskaların rəngli tərəfi çölə tərəf olmalıdır, ağ tərəfi isə üzümüzə doğru taxılmalıdır: “Çünki maskanın rəngli tərəfi hidrofob, yəni su keçirməyən tərəfdir. İçəri tərəfi olan ağ hissə isə əksinə nəmi saxlayan tərəfdir. Əgər rəngli tərəfi üzə tərəf, ağ hissəni isə çölə doğru istifadə etsək onda nəm hissəyə bakteriyalar, viruslar yapışar və nəfəs alan zaman ağ ciyərlərimizə keçə bilər. Ona görə də su keçirməyən rəngli tərəf mütləq çölə doğru taxılmalıdır”.

  • Ərdoğan: Avropa Birliyi Türkiyənin gündəmində prioritet təşkil edir

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə videoformatda danışıqlar aparıb.

    Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

    Danışıqların gedişatında Türkiyə və Avropa Birliyi arasında ikitərəfli inkişaf məsələləri, həmçinin regional hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Avropa Birliyinin Türkiyənin gündəmində prioritet olduğunu söyləyib. Ölkə rəhbəri Gömrük Şurasını yeniləmək, Türkiyə vətəndaşları üçün viza azadlığını təmin etmək və ölkəsinin Avropa Birliyinə üzvlüyü haqqında danışıqlar təşəbbüsü zərurətini qeyd edib.

    Prezident bildirib ki, qarşılıqlı etibarı, məsləhətləşmələr mexanizmini bərpa etmək, Türkiyə ilə bağlı ayrıseçkiliklərə, həmçinin ritorikaya son qoymaq lazımdır.

    Dövlət başçısı həmçinin Türkiyənin gələcəyini Avropada gördüyünü bildirib.

  • İspaniyada qar fırtınası: Bir neçə oyun təxirə salındı

    Futbol üzrə İspaniya Primerasında XVIII turun “Elçe” – “Xetafe” oyunu və Sequndadakı bir neçə qarşılaşma təxirə salınıb.

    “Report”un La Liqanın rəsmi saytına istinadən məlumatına görə, buna qar fırtınası səbəb olub.

    Qərara əsasən, Sequndanın “Mirandes” – “Rayo Valyekano”, “Alkorkon” – “Albasete” və “Leqanes” – “Almeriya” matçları qeyri-müəyyən tarixə ertələnib.

    “Sportinq” – “Fuenlabrada” və “Elçe” – “Xetafe” görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.

  • Türkiyədə terrorçularla atışmada bir hərbçi şəhid olub, yaralananlar var

    Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayonunda terrorçularla baş verən atışmada bir hərbçi şəhid olub, daha iki əsgər yaralanıb.

    Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, terrorçularla atışma zamanı üç hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olan jandarmın həyatını xilas etmək mümkün olmayıb.

    Bölgəyə əlavə hərbi qüvvələr göndərilib. Hazırda terrorçulara qarşı əməliyyat davam edir.

  • Nazarbayev ilk dəfə nəvəsinin ölümünü şərh etdi: “Artıq bu işin köləsinə çevrilmişdi…”

    Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayevin ölümünü ilk dəfə şərh edib.

    “Tengrinews”un məlumatına görə, bu barədə o, “Ştrixi k portretu. Liçnoe” (“Portretə ştrixlər. Özəl”) sənədli filmində danışıb.

    “Təəssüf ki, bu il mənə çox oxşayan bir nəvəmizi itirdik. Bu qədər erkən yaşında həyatdan gedən nəvəm üçün çox təəssüf edirəm”, – deyə Nazarbayev bildirib.

    Onun sözlərinə görə, Aysultan Moskvada və Londonda müalicə alıb.

    “Aysultanı başqa yerə göndərməmək də olardı, amma onu saxlamaq mümkün deyildi. Artıq bu işin köləsinə çevrilmişdi, dayana bilmirdi. Sanki qurtulurdu, amma yenidən qayıdırdı”, – deyə keçmiş prezident olanlar barədə danışıb.

    Qeyd edək ki, Aysultan Nazarbayev Dariqa Nazarbayeva və mərhum Rahat Əliyevin böyük oğlu idi. O, 2020-ci ilin avqust ayında Londonda vəfat edib. 29 yaşlı gəncin ölüm səbəbi kimi ürəyinin dayanması göstərilib.

    2019-cu ilin iyul ayında Londonda olarkən Aysultan intihar etməsinə mane olmağa çalışan konstebli dişləmişdi. Bundan sonra o, şərti olaraq bir illik azadlıqdan məhrumetmə, 140 saatlıq ictimai iş, cərimə və bir neçə min funt-sterlinq məbləğində cəzaya məhkum edildi, həmçinin narkotik asılılığından müalicə almaq üçün narkoloq yanında azı 20 sessiyaya qatılmağı barədə göstəriş verildi.

  • Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 200-ə çatır

    Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin meyiti tapılıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, meyitlər döyüş mövqelərində aşkarlanıb. Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 197 nəfərə çatıb. Məlumata görə, onlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Lakin Ermənistan rəsmiləri döyüş əməliyyatları zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mülki şəxslərin nə üçün, hansı məqsədlə göndərildiklərini gizlədirlər.

    Qeyd edək ki, Qarabağ müharibəsində itkin düşmüş erməni əsgərlərinin axtarışlarına hərbçilərlə yanaşı, itkinlərin qohumları da cəlb edilib.

    Xatırladaq ki, bunlar meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, hələlik müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

    Daha əvvəl Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.

  • Sovet İttifaqının ilk atom bombasını yaradan alimlərdən biri 101 yaşında ölüb

    Sovet İttifaqının ilk atom bombasının yaradıcılarının sonuncusu, Landau adına Rusiya Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunun fəxri direktoru, Rusiya Elmlər Akademiyasının akademiki İsaak Xalatnikov 102 yaşında vəfat edib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Akademik 101 yaşında vəfat edib. İ.Xalatnikovun ölüm səbəbi açıqlanmayıb.