Month: January 2021

  • Xəstəlikdən sonra iybilməni necə bərpa etmək olar?

    Koronavirusa yoluxub sağalanlarda bir sıra əlamətlər uzun müddət davam edir. Onlardan biri də dad və qoxu hissinin itməsi, xəstələrin real iyləri deyil, pis qoxu hiss etmələridir.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, virusdan sağalanların bir çoxu əslində normal olan iyləri, məsələn, balıq qoxusunun iyrənc olduğunu deyirlər. Həm də şirin qoxulardan bəhs edirlər. Professor Nirmal Kumara hesab edir ki, bu, əsasən SARS-CoV-2-nin neyrotrop bir virus olması ilə izah edilə bilər. Virus damaqdakı sinirlərə təsir edir, bu isə sinir sistemi üçün bir şokdur.

    Mütəxəssislər qoxu pozğunluğu olan insanlara bu halı aradan qaldırmaq üçün gündəlik məşq etmələrini tövsiyə edirlər. Məsələn, məşqlər qızılgül, mixək, limon kimi təbii iyləri və ya kofeni 20 saniyə ərzində qoxulamaqdan ibarət ola bilər. Bu, funksiyanın bərpasını sürətləndirəcəkdir.

  • Siqaret tüstüsü uşaqlara daha pis təsir edir – Evdə siqaret çəkəndə nə baş verir?

    Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial şəbəkədə açıqladığı məlumatda bildirilir. Qeyd olunub ki, ikincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir.

    Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir. Ona görə də ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun. Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin. Evdə siqaret çəkilməsinə yol verməyin. Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.

    Siqaret tüstüsündən ayrılan tokiski maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

    Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdəmn incimə ehtimalı daha az olar.

    Evinizdə külqabı və siqaret saxlamayın. Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.

    Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

    Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan isə siqaret istifadəsinə bağlı səbəblərdən vəfart edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir.

  • Bakıda avtomobil yanıb

    Bakı şəhərinin Sabunçu rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ombudsman işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşüb

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin saxlanma şəraiti, onların hüquqlarının təmini vəziyyəti araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.

    Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan AZXEBER.COM-a verilən məlumata görə, Ombudsman tərəfindən həyata keçirilən növbəti başçəkmə zamanı Ermənistandan olan və Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan A.Q. da konfidensial qaydada qəbul edilib.

    İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən həmin şəxsin müraciətləri dinlənilib, ona öz dilində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

    Hər hansı bir fərq qoyulmadan həmin şəxsə münasibətdə beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.

    O, saxlanma şəraitindən və onunla rəftardan, qidalanmadan, tibbi xidmətdən razılıq etməklə yanaşı, göstərilən münasibətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

    BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan, Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti ilə yanaşı, beynəlxalq hüquq normaları əsasında saxlanılan şəxsin hüquqlarının təmin edildiyi müşahidə olunub və o, qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıq edib.

    Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən isə kombatant olmayanlara, yaralanaraq əsir düşmüş hərbi qulluqçularımıza və azərbaycanlı girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulmuş, onlara ilkin və zəruri tibbi xidmətlər göstərilməmiş, qida ilə təmin olunmamaqla yanaşı, işgəncələrə və qeyri-insani rəftara məruz qalıblar.

  • Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib – RƏSMİ

    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

    Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatına cavabında bildirilib.

    “Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

    İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

    Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

    Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”, – deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cavabında qeyd edilir.

  • XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.

    Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

    Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

    Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilmişdir.

    İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

    Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

    Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.

    Azərbaycan Respublikası beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır.

  • Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”

    Erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.

    “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında xəbər verib.

    “Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. İrəvanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”, – deyə o, bildirib.

    Ekspertin sözlərinə görə, bu, erməni xalqının əksəriyyətinin İkinci Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəməməsini göstərir.

    “İndi heç vaxt “Böyük Ermənistan” olmayacaq – HEÇ VAXT, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Necə deyərlər – arbayten!”, – deyə Korotçenko sözlərini yekunlaşdırıb.

  • Millilərimizin iştirak edəcəyi dünya və Avropa çempionatları – MƏKANLAR

    Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2021-ci ilin yarışlar təqvimini dərc edib.

    Millimizin iştirak edəcəyi, ötən ildən təxirə salınan Avropa çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Bu yarış 3-11 aprel tarixlərində baş tutacaq.

    Həmçinin Olimpiya ilində ilk dəfə dünya çempionatı da olacaq. Bu, noyabrda Perunun paytaxtı Limada olacaq. Yarışın dəqiq təqvimi daha sonra müəyyənləşdiriləcək.

    Bundan başqa, gənclərin dünya çempionatı Səudiyyə Ərəbistanının Ciddə (23-31 may), yeniyetmələrin dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə (20-29 sentyabr) olacaq.

    Qeyd edək ki, ağırlıqqaldırma millimiz bu il Tokio Olimpiadasından başqa, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında (10-19 sentyabr) da iştirak edəcək.

  • Azərbaycanda əsgər intihar edib – RƏSMİ + FOTO

    “Hərbi vəzifəli əsgər Yunis Mənsurovun intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir.

    Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.