Month: January 2021

  • Qəzaya uğrayan təyyarənin sərnişinlərinin son görüntüləri – VİDEO

    Cakartada qəzaya uğrayan təyyarənin sərnişinlərinin son görüntüləri yayılıb.

    Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

    Kadrlarda qohumlarının sərnişinləri yola salması əks olunub. Videoda balaca uşaqların sevinclə o yan-bu yana qaçması görünür.

    Xatırladaq ki, Cakarta hava limanından havaya qalxan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi uçduqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb.

  • Tərtərdə repetitor fəaliyyəti ilə məşğul olan şəxslər saxlanıldı, şagirdlərə xəbərdarlıq edildi

    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

    M.Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

  • Azərbaycanda dəhşətli qətl: Qayınata kürəkənini tüfənglə öldürdü

    Ağstafa rayonunda odlu silahla qətl törədilib.

    Report-un məlumatına görə, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.

    Rayon sakini Taleh Süleymanov tüfənglə qətlə yetirilib.

    Onun qayınatası Rəhim adlı şəxs tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане выявлены 633 новых случая инфицирования коронавирусом, скончался 21 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 633 новых случая инфицирования коронавирусом, 1 682 человека вылечились и были выписаны домой.

    Об этом 9 января сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончался еще 21 пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 224 050 человек, 2 890 из них скончались, 207 088 – вылечились, 14 072 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 259 555 тестов на COVID-19 (за последние 24 часа – 9 264).

  • Azərbaycanda daha 21 nəfər koronavirusdan öldü: 633 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 21 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 14072 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 9264, hazırkı dövrədək isə 2259555 test aparılıb.

    Ümumi ölənlərin sayı 2890 nəfərdir.

    Ümumi yoluxanların sayı 224050 nəfər, ümumi sağalanların sayı 207088 nəfərdir.

  • Ağcabədidə vaqon tipli ev yandı

    Ağcabədi rayonunda ümumi sahəsi 90 kvadrat metr olan vaqon tipli evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Karantin rejimində fəaliyyət göstərən çayxana aşkarlandı: İcarədar və müştərilər cəzalandırıldı

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

    Çayxananın icarədarı və orada olanlardan 11 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

  • “Azərxalça”da milyonlarla manat mənimsəmə: İdarə heyətinin sədri həbs edildi – RƏSMİ

    “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

    Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

    Habelə, Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

    9 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

    Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Evində “Makarov” gizlədən şəxs tutuldu

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun yaşadığı evdə silah gizlətdiyi müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyat-axtarış tədbirləri ilə evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və dörd ədəd patron aşkar edilərək götürülüb.

  • Konstitusiya Məhkəməsi Ombudsmanın sorğularına baxacaq

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

    İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

    Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 29-na təyin edilmiş iclasında baxılacaq.

    İclasda, həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin (mirasda məcburi pay anlayışı) şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad da çıxarılıb.

    Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.