Month: January 2021

  • Прогноз погоды на 10 января

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 10 января.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, без осадков.

    Завтра ночью и утром местами будет слабый туман. Умеренный юго-западный ветер днем сменится умеренным северо-западным.

    Температура воздуха на Абшеронском полуострове ночью 4-6, днем 9-12 градусов тепла, в Баку ночью 4-6, днем 9-11 градусов тепла. Атмосферное давление повысится с 761 мм ртутного столба до 764 мм ртутного столба, относительная влажность воздуха ночью составит 70-80, а днем-55-60 процентов.

    10 января в районах Азербайджана ожидается преимущественно без осадков. В некоторых местах будет туман. Западный ветер местами усилится.

    Температура воздуха ночью от 3 градусов мороза до 2 градусов тепла, днем 10-15 градусов тепла, в горах ночью от минус 4 до 1 градуса тепла, в высокогорных районах 7-9 градусов мороза, днем 5-10 градусов тепла.

    Завтра на Абшеронском полуострове ожидаются умеренные колебания метеорологических факторов, что относительно благоприятно для метеочувствительных людей.

  • İstirahət gününün havası: Şaxta, külək, duman…

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

    Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

    Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Şəhid olan iki hərbi qulluqçumuzun güzəştli mənzilləri ailələrinə təqdim edildi

    Vətən Müharibəsində şəhid olan iki hərbi qulluqçumuzun güzəştli mənzilləri ailələrinə təqdim edilib.

    Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış iki hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini MİDA-nın öz öhdəsinə götürüb.

    Belə ki, “Güzəştli mənzil” sistemində “ən azı üç il hərbi xidmətdə olan, həmçinin, ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 10.09.2020-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək ikiotaqlı mənzil seçiblər.

    2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçimiz canından, qanından keçərək, şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

    Ölkə başçısının siyasətinə uyğun olaraq hər iki hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilib.

    Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər.

    Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

  • Bakıda şirkət rəhbərinin fırıldaqçılığı sərhəd tanımadı: 1000-dən çox şəxsə işçi kimi icazə verdilər – VİDEO

    Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

    Belə ki, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.

    Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

    Qeyd edilən iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanlıb.

    Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları “icazə.e-gov.az” portalından guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub.

    Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.

    Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub.

    Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanılıb.

    MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib.

    Müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə işlər aparılır

    “Asiya İnkişaf Bankının “Azərbaycanda texnoloji startapların inkişafına dəstək” layihəsinin məqsədi Bakı ilə yanaşı, ölkənin regionlarında da innovasiyaların, startap layihələrinin və texniki həllərin inkişafıdır”.

    Bunu Trend-ə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov deyib.

    O bildirib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Gəncə və Şəki şəhərlərində yerləşən resurslarından istifadə etməklə Azərbaycanın regionlarında IT sektorunun innovativ inkişaf proqramının hazırlanması işi aparılacaq.

    M.Kərimovun sözlərinə görə, layihənin əsas məqsədi Gəncə və Şəki şəhərlərində innovasiya sektorunun dəstəklənməsi üzrə proqramların yaradılması, dayanıqlı sistemin qurulması, regionlarda sahibkarlığın inkişaf etdirilməsidir.

    Qeyd edək ki, layihənin dəyəri 550 min dollar təşkil edir. Bu məbləğin 500 min dolları qrantlar şəklində Cənubi Koreyanın “Elektron Asiya və Biliklər” Tərəfdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.

  • Сроки выплаты срочной надбавки к зарплате медработников продлены

    Кабинет министров внес изменения в постановление «Об определении срочной надбавки к заработной плате медицинских работников, участвующих в мероприятиях по борьбе с коронавирусной инфекцией нового типа (COVID-19)».

    Cоответствующее решение подписал премьер-министр Али Асадов, сообщает Report.

    Согласно решению, срок выплаты срочной надбавки к зарплате медицинских работников, участвующих в мероприятиях по борьбе с коронавирусной инфекцией нового типа (COVID-19), продлен с 1 января до 31 марта.

  • Rusiyada 5 nəfər qar uçqunu altında qaldı

    Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub, qarın altında beş nəfərin qaldığı ehtimal edilir.

    Bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.

    “Norilsk ətrafında qar uçqunu oldu, ilkin məlumata görə, qarın altında ikisi uşaq olmaqla, beş nəfər qalıb”, – mənbə agentliyə bildirib.

    FHN-nin məlumatına görə, beş ev uçqunun altında qalıb.

    “Saat 20:30-da (Bakı vaxtı ilə saat 21:30-da) “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində qar kütləsinin axını barədə xəbər daxil oldu”, – deyə Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildiriblər.

    Qeyd edilir ki, beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub, onların sayı dəqiqləşdirilir.

    “RİA Novosti” agentliyi isə hadisə yerinə nazirliyin Sibir regional axtarış-xilasetmə dəstəsinin 50 canlı qüvvəsinin və üç texnikasının cəlb edildiyini bildirib.

  • Mənzildən qadın meyiti tapıldı

    Gəncədə mənzildən qadın meyiti tapılıb.

    FHN-in saytı xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Süleymanova Yaqut Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • “Gəncə şəhəri dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq”

    “Azərbaycan min illər boyu dünyaya mədəni nümunələr, mənəvi dəyərlər bəxş etmiş bir ölkədir. Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustaları Nəsiminin, Nizaminin, Füzulinin irsinin, yaradıcılığının bəşər bədii nümunələrinin ön cərgəsində yer tutması, bu gün də aktuallığını qoruyub saxlaması buna nümunədir.

    Bunu açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə ölkə başçısının sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Prezidentin qərarı heç də təsadüfi deyil:

    “Dövlət başçımızın sərəncamları ilə mütəmadi olaraq Azərbaycanda mənəvi dəyərlərin qorunması, dünyada təbliğ edilməsi ilə bağlı, eyni zamanda beynəlxalq mədəni aləmə, dünyaya töhfələr verən tədbirlər həyata keçirilir. Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı imzalanan sərəncam 2021-ci ildə ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirən, yüksəkliklərə qaldıran Nizami Gəncəvi irsinin tədqiqinə və dünyada təbliğinə yeni çalarlar gətirəcək”.

    Pərvin Kərimzadənin fikrincə, qüdrətli söz ustasının 880 illik yubiley mərasimlərinin dövlət səviyyəsində keçirilməsi ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevriləcək: “Dahi şairin adı ilə qoşa çəkilən qədim Gəncə şəhəri isə dünya, bəşər mədəniyyətinin, ictimaiyyətinin diqqət mərkəzində olacaq. “Nizami Gəncəvi İli” çərçivəsində dünya şöhrətli şairin yubileyi ilə bağlı keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq, diqqəti mütəfəkkir şairin doğma şəhərinə, ömrü boyu ordan kənara çıxmadığı şəhərə yönəldəcək. O şəhərə ki, yola saldığımız 2020-ci ilin oktyabr ayında erməni vandalları tərəfindən dəfələrlə dünyada qadağan olunan raketlərlə atəşə tutuldu. Münaqişə zonasından kilometrlə uzaqda yerləşən Gəncədə dinc insanlar qətlə yetirildi, evlər yerlə-yeksan edildi, körpələr atasız-anasız qaldı”.

    Deputat onu da vurğulayıb ki, ölməz əsərləri əsrlərdir insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət edən Nizami Gəncəvi yaradıcılığının işığına toplaşan hər kəs 44 günlük müharibə zamanı erməni terrorunun qurbanına çevrilən Gəncədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin şahidi olacaq: “Bu da Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası, dünya miqyasında yayılması istiqamətində atılan addımlara töhfə kimi tariximizə yazılacaq”.

  • Bəzi tibb işçilərinin maaşına müddətli əlavənin ödənilməsi müddəti uzadılıb

    Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

    “Report” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi müddəti yanvarın 1-dən “martın 31-dək uzadılıb.

    Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

    – tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

    – təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

    – pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.