Month: January 2021

  • Ermənilər Xankəndidən niyə əl çəkmir? – VİDEO

    Arxiv sənədlərinə əsasən, Xankəndi XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahət məskəni kimi salınıb.

    İlk illərdə burada yalnız xanın ailəsi və yaxınları yaşadığından el arasında “Xanın kəndi” adlandırılıb.

    Tarixi kökləri ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndini mənfur qonşularımız üçün vaz keçilməz edən nədir?

    Baku TV məsələnin geniş təhlilinə nəzər salıb.

    Həmin süjeti təqdim edirik:

  • Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib

    “Qəbələ”nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.

    Bu barədə “Report”a nigeriyalı hücumçunun özü məlumat verib.

    Bir müddət öncə adı “Neftçi” ilə hallanan 29 yaşlı forvard bildirib ki, “Zirə” və “Keşlə” də onu heyətinə cəlb etmək istəyir: “İsrailin “Hapoel” (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. “Neftçi” ilə yanaşı, “Zirə” və “Keşlə” də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm”.

    Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında “Hapoel”də keçirmiş Adeniyinin “Qəbələ” ilə bu ilin yayınadək sözləşməsi var.

  • Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı artır

    Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, onların meyitləri tanınmaz hala düşüb. Lakin əsgərlərin üzərində hərbi biletləri var. Bu gün Hadrutla yanaşı, Cəbrayıl, Əsgəran istiqamətlərində də axtarışlar aparılıb.

    Bununla da Qarabağda tapılan erməni meyitlərinin sayı 1 194-ə çatıb.

  • Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib

    Böyük Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “Moderna” peyvəndi Britaniyada istifadəsinə icazə verilən üçüncü peyvənddir.

    Britaniya hökuməti əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib. Daha öncə Britaniya 7 milyon doza sifariş etmişdi. Növbəti dozanın isə martadək Britaniyaya çatdırılacağı gözlənilir.

    Fransanın Dərmanlara Nəzarət Agentliyi də “Moderna”nın istifadəsini təsdiqləyib. Bildirilib ki, qarşıdakı günlərdə “Moderna” peyvəndinin ilk dozası Fransaya gətiriləcək.

    Qeyd edək ki, “Moderna” peyvəndi klinik sınaqlarda 94 faiz effektivlik göstərib.

  • Salyanda ovçularda qanunsuz silahlar aşkarlandı

    Salyan sakinlərindən qanunsuz ov silahı aşkar edilərək götürülüb.

    “Report”un Aran bürosu xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları rayonun Düzənlik kəndində xidmətdə olan zaman iki nəfər kənd sakininin qanunsuz ov etdikləri şübhə doğurduğundan onlara yaxınlaşıblar.

    Hər iki şəxsin üzərlərində gəzdirdikləri ov silahları sənədsiz olduğundan onlar şöbəyə dəvət edilib.

    Məlum olub ki, onlar Düzənlik kənd sakinləri -1988-ci il təvəllüdlü Xəlilov Elvin Güloğlan oğlu və 1967-ci il təvəllüdlü Əliyev Arif Maarif oğludur.

    Həmin şəxslərdən iki ədəd qanunsuz ov silahı, iki ədəd patron və bir ədəd çöl ördəyi aşkar edilərək götürülüb.

    Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

  • Ağır koronavirus xəstələrində ağciyərlər necə bərpa olunur?

    Həkim-reabilitoloq Leonid Dyakov bildirib ki, koronavirusu ağır keçirən insanlar nəfəs cihazına qoşulduqdan sonra bir sıra problemlərlə qarşılaşır.

    Median.Az xəbər verir ki, mütəxəssis “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə ağciyər toxumasının təsirlənmiş hissəsinin funksiyalarını yerinə yetirə bilməyən birləşdirici toxuma ilə əvəz olunduğunu və bunun nəfəs çatışmazlığına səbəb ola biləcəyini qeyd edib. Dyakovun fikrincə, insanda uzun müddət təngənəfəslik, yorğunluq, halsızlıq, pis əhval-ruhiyyə, yuxu problemləri və iştahsızlıq ola bilər. Bundan əlavə, ağır koronavirus keçirən bir çox xəstədə depressiya və zehni problemlər meydana gəlir:

    “Ancaq ağciyərlərin yaxşı bərpa olunmaq və tamamilə sağalmaq üçün kifayət qədər şansı var. Eyni zamanda bunun üçün insanların səy göstərmələri lazımdır. Xüsusilə nəfəs hərəkətləri olduqca effektiv təsirə malikdir. Bir insan çox zəifdirsə, məşqlər hətta uzanaraq da edilə bilər. Bu prosedurdakı əsas məqam yavaş ekshalasiyadır. Həm də təmiz havada gəzmək və yüngül titrəmə masajları etmək lazımdır”.

    Bununla birlikdə terapevt hər vəziyyətdə xəstəlikdən sonra reabilitasiya sisteminin olacağını söyləyib. Dyakov bərpa prosesinin öhdəsindən təkbaşına gəlməyin çətin olduğunu vurğulayıb. Bu baxımdan həkimlərə, xüsusən müalicəni təyin edəcək pulmonoloqa müraciət etməlisiniz. Həmçinin bərpaedici prosedurlara – fiziki terapiyaya, xüsusi gimnastikaya başlamaqda fayda var.

    “Ağciyələrin bərpasına üzgüçülük kömək edir. Daha konkret məsləhət verə bilmərəm, çünki bir insana kömək edən üsul başqasına heç bir şəkildə təsir göstərə bilməz, reabilitasiya prosesi həmişə xəstənin yaşına, bədəninin xüsusiyyətlərinə, xəstəliyin gedişatına əsaslanaraq fərdi olur. Ağciyərləri tamamilə bərpa etmək qabiliyyəti də konkret vəziyyətdən asılıdır”, – mütəxəssis bildirib. (publika.az)

  • Bakıda havanın çirklənmə faizi ötən illərlə müqayisədə xeyli azalıb

    Son 5 il ərzində Bakıda yanvarda aparılan monitorinq zamanı məlum olub ki, ötən dövrlərlə müqayisədə bu ay havanın çirklənmə səviyyəsi 30 faiz azalıb.

    Median.Az azertac-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda məlumat verib.

    O, bunu pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə izah edərək bildirib: “Paytaxtda havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Pandemiyanın təsiri nəticəsində çirklənmə səviyyəsi xeyli azalıb. Yaxşı olardı ki, bu, təkcə pandemiya ilə əlaqədar baş verməsin, ümumiyyətlə havanın tərkibində çirklənmənin faizi azalsın. Pandemiya göstərdi ki, müəyyən tədbirlər görülsə, həqiqətən də havanın vəziyyətini yaxşılaşdırmaq mümkündür”.

  • Azərbaycanda pensiyalarla bağlı yeni qərar qəbul edildi – YANVARDAN ETİBARƏN…

    Azərbaycanda pensiyalarla bağlı yeni qərar qəbul edildi.

    Median.Az oxu24.com-a istinadən verdiyi məlumatına görə, əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişir.

    Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.

    Hazırda əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Dəyişikliyə əsasən, nisbət dəyişir. Beləliklə, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulacaq və sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə deyil, 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək.

    Bu aşağıdakı hallarda tətbiq edilməyəcək:

    – 2021-ci il yanvar ayında təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;
    – 2021-ci il yanvar ayında əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.

    Eyni zamanda qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan 19-cu maddə ləğv edilir. Ancaq bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
    Qüvvədə olan qanuna görə, 2019-2020-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanmalı idi. Dəyişikliyə əsasən müddətlər dəyişir. Beləliklə, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri müəyyənləşib. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

  • Abşeronda yanğın

    Abşeron rayonunun Saray qəsəbəsində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

    Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI

    Bir neçə saat əvvəl Rusiyanın Leninqrad vilayətində qəzaya uğrayan “Piper-150” kiçik mühərrikli təyyarə yerə çırpılmamışdan əvvəl havada digər təyyarə ilə toqquşub.

    TASS agentliyi xəbər verir ki, bu barədə qəzanı araşdıran Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

    “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper-150” təyyarəsi ilə uçuş zolağında toqquşub.

    “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib”, – Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumatda bildirilir.

    Prokurorluq həmçinin “Piper-150” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.