Month: January 2021

  • Ərdoğan Türkiyənin koronavirus peyvəndi alacağı daha bir ölkənin adını açıqladı

    “TürkSAT 5A” ilə şərq orbitindəki kosmik haqlarımızı 30 il müddətinə zəmanət altına alırıq. Peykin dizaynında, istehsalında və istifadəyə verilməsində əməyi olan hər kəsi təbrik edirəm.

    Türkiyənin 1994-cü ildə başlayan kosmosa peyk göndərilmə müddətinə bu il ərzində göndəriləcək “TürkSAT 5B” ilə yeni mərhələyə keçməyi planlaşdırırıq. “IMC” adlı nəzarət peykimizi də kosmosa göndərəcəyik. Ölkəmizdə mikro peyk təsisi quraşdırılır”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən “Peyk texnologiyaları həftəsi”ndə deyib.

    Texnologiya sahəsində inkişafın, eyni zamanda, cəmiyyətlərin və dövlətlərin işində köklü dəyişikliklərə səbəb olduğunu, elmi-fantastik filmlərdəki bir çox texnoloji alətlərin artıq gündəlik həyatın bir hissəsi halına gəldiyini deyən Türkiyə Prezidenti əvvəllər kosmos yerdən izlənirdisə, indi dünyanın kosmosdan izləndiyini bildirib.

    Tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan COVID-19 peyvəndi üçün Türkiyənin üç mənbəyinin olduğunu bildirib:

    “Bunlar Çin, Almaniya və yerli istehsal peyvəndlərdir. Hazırda Çindən ilk partiya olaraq üç milyon doza peyvənd gətirilib. Bu rəqəm 50 milyona qədər çatacaq. Bir o qədər doza peyvənd Almaniyadan gətiriləcək”.

    Hazırda Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən peyvəndlərlə bağlı müəyyən bir cədvəl çərçivəsində işlərin aparıldığını deyən prezident burada əsas məsələnin əhalinin sağlamlığı olduğunu vurğulayıb.

    Bildirib ki, Türkiyə səhiyyə baxımından hər bir imkana malikdir, lakin buna baxmayaraq, həkimlər arasında da virusa yoluxma səbəbindən dünyasını dəyişənlər var.

  • Üzücü xəbər: 44 günlük müharibədən qayıdan döyüşçü faciəli şəkildə həlak oldu – VİDEO

    44 günlük Vətən Müharibəsində iştirak edən,qəhrəmanlıq göstərən və sağ-salamat evinə qayıdan əsgərimiz faciəli şəkildə həlak olub.

    Median.Az xəbər verir ki, Toğrul adlı döyüşçümüz ağır qəzada həlak olub.

    Hadisənin tükürpədici detalları məlum olub. Ağır qəzada həlak olan döyüşçü nişanına bir neçə gün qalmış həlak olub.

  • Nəcməddin Sadıqov villada ev dustağıdır – SENSASSİON AÇIQLAMA

    “Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs?”.

    Median.Az yenicag.az-a istinadən verir ki, bu fikirləri sayta açıqlamasında artıq 3 aydan çoxdur, barəsində çeşidli məlumatlar dolaşan Baş Qərargahın rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müəmmalı şəkildə “yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

    Aqil Abbasın fikrincə, Nəcməddin Sadıkov hazırda villalarının birində ev dustağıdır:
    Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı… Yəqin evində, villalarının birində ev dustağı olar.

    Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.

  • Azərbaycan hərbi kalonu Qırmızı Bazardan keçir, ermənilər heyrətlə tamaşa edir – VİDEO

    Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocavəndin ermənilər yaşayan Qırmızı Bazar qəsəbəsindən keçən kalonunun görüntüləri yayılıb. Kadrlardan görünür ki, hərbi yük avtomobillərindən ibarət kalon yolun kənarında dayanıb, ermənilər isə ona heyrət və qorxu hissləri içərisində tamaşa edir.

    Qeyd edək ki, Azərbaycan ordusunun Şuşada dislokasiya olunmuş bölmələrinin təminatı bir çox hallarda Qırmızı Bazar-Xankəndi yolu ilə, Rusiya hərbi polisinin müşaiyəti altında həyata keçirilir. Vaxtaşırı olaraq bu qəsəbədən Azərbaycan ordusunun hərbi kalonları hərəkət edir.

    Qəsəbə ermənilərin nəzarətində olsa da Azərbaycan ordusu Qırmızı Bazarın 700-800 metrliyində mövqe tutub.

  • SOCAR bu il 100 milyon dollarlıq istiqrazlar buraxacaq

    Mərkəzi Bank tərəfindən SOCAR-a məxsus 100 milyon ABŞ dolları məbləğində istiqrazların emissiya prospekti təqdim edilib.

    Median.Az-ın məlumatına görə, istiqrazlar 2021-ci il ərzində yerləşdiriləcək.

    Belə ki, hər birinin nominal dəyəri 1 000 (bir min) ABŞ dolları olan 100 000 (bir yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların emissiya prospekti təqdim edilib.

    İstiqrazların sahibi istiqrazın nominal dəyərindən illik 4,5 faiz olmaqla tədavül müddəti bitənə qədər faiz almaq hüququna malikdir. İstiqrazların əsas məbləğinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) il təşkil edir.

    İstiqrazlar üzrə faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir olmaqla 5 il müddətinə ödəniləcək. Əgər faiz ödənişinin tarixi qeyri-iş gününə təsadüf edərsə növbəti ilk iş günü ödəniş baş tutacaq. İstiqrazların nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcək.

    İstiqrazların tədavül müddəti ərzində, hər kupon ödənişi dövründə, kupon ödənişi gününə istiqraz mülkiyyətçilərinin sahib olduqları istiqrazların nominal dəyərinin 1,125 faizi qədərində hesablanmış faiz istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Hər bir istiqraz üzrə 11,25 ABŞ dolları olmaqla ümumilikdə, 20 dəfə faiz ödənişi olacaq.

    İstiqrazların geri satın alınma şərtlərinə gəldikdə isə onların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur.

    SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçiriləcək. İstiqrazların listinqə daxil olması ilə bağlı müraciət Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılış dövlət qeydiyyatına alındıqdan sonra ediləcək.

    Emissiya prospekti maliyyə bazarlarına nəzarət orqanı Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra, abunə yazılışının başlanması 11 ay ərzində, abunə yazılışının isə 15 iş günü ərzində həyata keçiriləcək. Abunə yazılışı başa çatdıqdan sonra istiqrazların yerləşdirilməsinə 5 iş günü ərzində başlanılacaq və istiqrazların yerləşdirilməsi başlandığı tarixdən etibarən 7 iş günü ərzində həyata keçiriləcək. Ümumi kağızların yerləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən tamamlanacaq. Abunə yazılışının başlanması və bitmə tarixləri, habelə istiqrazların yerləşdirilməsi tarixləri ictimaiyyətə SOCAR və BFB-nın rəsmi saytları, eləcə də KİV-lər vasitəsilə açıqlanacaq.

  • Саудовская Аравия оставит границы закрытыми до конца марта

    Саудовская Аравия объявила в пятницу о том, что из-за пандемии COVID-19 границы королевства останутся закрытыми до 31 марта.

    Как передает Median.Az, об этом сообщил телеканал Al Arabiya со ссылкой на МВД.

    Саудовская Аравия откроет полностью воздушное, сухопутное и морское сообщение с 31 марта 2021 года, указывает телестанция. Тогда же будет разрешен въезд и выезд жителям страны.

    21 декабря Саудовская Аравия объявила о приостановке международного авиасообщения и закрытии морских и наземных пограничных переходов из-за отмеченной в ряде стран мутации нового коронавируса. Тогда же была обозначена вероятность дальнейшего продления этого режима еще на неделю, если ситуация не изменится. 28 декабря власти продлили закрытие границ государства еще на неделю.

    С начала эпидемии в королевстве было выявлено свыше 363,5 тыс. случаев заражения, в активной фазе заболевания находятся чуть более 2 000 человек, умерли 6 282 заболевших, более 355 тыс. полностью выздоровели. За минувшие сутки выявлено 97 новых случаев заражения, что почти вдвое меньше показателей конца декабря, четыре человека умерли.

  • Səudiyyə Ərəbistanına səyahət qadağası uzadıldı

    Səudiyyə Ərəbistanının sərhədləri koronavirusa görə martın 31-dək bağlı qalacaq.

    “Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti bir sıra ölkələrdə koronavirusun yeni mutasiyası aşkarlandığı üçün dekabrın 21-dən beynəlxalq hava limanlarını, habelə dəniz və qurudakı sərhəd keçid məntəqələrini bir həftəlik müddətə bağlamış, dekabrın 28-də isə müddəti daha bir həftə uzatmışdı.

    İndiyədək ölkədə koronavirusa 363,5 min nəfər yoluxub, bunların 6 282 nəfəri dünyasını dəyişib.

  • Badə qaldıran əsgər görün kim imiş – VİDEO

    Məlumdur ki, bir müddət öncə rus sülhməramlı əsgəri ermənilərə “biz sizi qorumağa gəlmişik” ifadəsi ilə müraciət etmişdi. Bu hadisədən sonra daha bir əsgər azərbaycanlıları yeni il qabağı təbrik etdi. Sosial şəbəkələrdə hər kəs ikinci əsgərin də rus sülhməramlısı olduğunu düşünürdülər.

    Median.Az Sonxeber.az-a istinadən xəbər verir ki, ikinci videodakı salam göndərən əsgərin azərbaycanlı olduğu barədə məlumat daxil olub. O, məşhur əsgər Muradov Aleks Mübariz oğludur. Ağstafalıdır,Tverdə doğulub-böyüyüb.

    Həmçinin bildirilir ki, həmin əsgər Qarabağda olan rus sülhməramlısı yox, hazırda Rusiyada hərbi hissədə xidməti borcunu yerinə yetirən azərbaycanlı şəxsdir.

    Həmçinin bildirilir ki, həmin əsgər Qarabağda olan rus sülhməramlısı yox, hazırda Rusiyada hərbi hissədə xidməti borcunu yerinə yetirən azərbaycanlı şəxsdir.

  • AQTA pomidor ixracı ilə məşğul olan sahibkarlara tapşırıqlar verdi – FOTO

    Ölkəmizdən Rusiyaya pomidor ixracı ilə məşğul olan sahibkarlarla Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Balarəhim Quliyevin görüşü keçirilib.

    AQTA-dan bildirilib ki, 50-yə yaxın sahibkarlıq subyekti ilə videokonfrans formatında keçirilən görüşdə pomidor bitkisinə qoyulan ixrac tələbləri və fitosanitar nəzarət tədbirləri ilə bağlı sahibkarlara ətraflı məlumat verilib.

    Bildirilib ki, istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsi daim sahibkarların diqqət mərkəzində olmalıdır.

    Eyni zamanda, bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.

    Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkim-otorinolorinqoloqu Elçin Şıxıyev COVİD – 19 infeksiyasına yoluxaraq dünyasın dəyişib.

    Allah rəhmət eləsin.