Month: January 2021

  • Ermənistan Laçın dəhlizini özünün cılız siyasi oyunları üçün istifadə edir – VİDEO

    Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yanvarın beşində Dağlıq Qarabağda olub və özünü qondarma qurumun başçıları elan edən şəxslərlə görüşüb.

    Bu barədə “Caliber” layihəsinin hazırladığı növbəti təhlildə deyilir.

    Video təhlil layihənin “YouTube” kanalında yerləşdirilib.

    Hələ bir neçə ay bundan əvvəl oxşar xəbər, yumşaq desək, təəccüb doğurmazdı. Belə ki, Ermənistan rəsmiləri mütəmadi olaraq separatçı rejimlə əlaqədə olub, baxmayaraq ki, bütün dünyada olduğu kimi, bu qondarma təsisatı rəsmi olaraq qəbul etməyib.

    Lakin bu gün başqa ölkəni təmsil edən rəsmi şəxslərin rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər etməsi, ilk növbədə Azərbyacan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanatın kobud pozulmasıdır.

    Tərəflər Ermənistanla Dağlıq Qarabağ arsında əlaqənin təmin edən Laçın dəhlizini istisnasız olaraq yalnız humanitar məqsədlərlə istifadə ermək öhdəliyini götürüb.

    Təhlildə qeyd olunur ki, Azərbaycan heç zaman dəhlizin yuxarıda qeyd olunan məqsədlər üçün istifadə edilməsinə mane olmayıb və öz üzərinə götürdüyü öhdəlikləri dürüst yerinə yetirib.

    Lakin İrəvan bu dəhlizi özünün cılız siyasi oyunları üçün istifadə etmək qərarına gəlib və oraya XİN başçısını göndərib.

  • Ermənistan prezidentinin həyat yoldaşı da koronavirusa yoluxub

    Ermənistan prezidenti Armen Sarkisyanın həyat yoldaşı Nune Sarkisyan koronavirusa yoluxub.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Ermənistanın prezident administrasiyası məlumat yayıb.

    Xatırladaq ki, hazırda Londonda səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan da COVID-19 yoluxub.

  • Azərbaycanda sürücü karantin rejimini pozdu: Avtomobilin baqajında yeddi nəfər gizlətdi – VİDEO

    Xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda video çəkilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olub və yoxlama məqsədilə postda saxlanılıb.

    Xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar. Belə ki, avtobusun salonu boş olub. Lakin onun baqaj hissəsində gizlədilmiş yeddi nəfər aşkar edilib.

    İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək, barəsində birinci dəfə inzibati cərimə, ikinci dəfə isə inzibati həbs olunub.

    Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq üçüncü dəfə də eyni inzibati xətanı törədiblər.

  • Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri açıqlanıb

    Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

    14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

    Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk üç turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib.

    Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

  • Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi

    Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verib.

    Bununla bağlı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə danışıb.

    Dövlət başçısı işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb.

  • Azərbaycan ermənilərin hərbi qulluqçumuzun meyitini yandırması ilə bağlı hərəkətə keçdi – RƏSMİ

    Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək, mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcək.

    Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

  • İlham Əliyev: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

    Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

    Bununla bağlı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə danışıb.

    Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb.

    Prezident İlham Əliyev qeyd edib ki, bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

  • Под председательством Ильхама Алиева состоялось совещание в видеоформате, посвященное итогам 2020 года

    6 января под председательством Президента Азербайджанской Республики Ильхама Алиева состоялось совещание в видеоформате, посвященное итогам 2020 года.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi – YENİLƏNİB + VİDEO

    Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlətimizin başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.

    “Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, – deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.

    2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

    Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

    İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.

    Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib.

    Müşavirədə məruzələr dinlənilib.

    * * * * *

    Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Азербайджане выявлено 799 новых случаев инфицирования коронавирусом, скончались 26 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 799 новых случаев инфицирования коронавирусом, 2 383 человека вылечились и были выписаны домой.

    Об этом 6 января сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 26 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 222 200 человек, 2 818 из них скончались, 201 596 – вылечились, 17 786 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 231 993 теста на COVID-19 (за последние 24 часа – 9 364).