Month: January 2021

  • Azərbaycanda daha 26 nəfər koronavirusdan öldü: 799 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 26 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 17786 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 9364, hazırkı dövrədək isə 2231993 test aparılıb.

    Ümumi ölənlərin sayı 2818 nəfərdir.

    Ümumi yoluxanların sayı 222200 nəfər, ümumi sağalanların sayı 201596 nəfərdir.

  • Sabiq icra başçısının həbs müddəti uzadıldı

    Binəqədi Rayon Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev və Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətlərinə baxılıb.

    “Report”un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclaslarda vəsatətlər təqdim edilib.

    Qərara əsasən, hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti iki ay artırılıb.

    M.Mustafayev və Ə.Rüstəmov 2020-ci ilin avqust ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi ilə əlaqədar həbs ediliblər.

    İstintaq zamanı əldə olunan ilkin sübutlar əsasında Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də, digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Məharət Mustafayevin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan doqquz min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də, həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Кадры из села Тири Зангиланского района – ВИДЕО

    Министерство обороны АР распространило видеокадры из села Тири Зангиланского района.

  • Zəngilanın Tiri kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Tiri kəndindən görüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В Азербайджан привезут дроны для разминирования

    В январе Национальное агентство по разминированию территорий Азербайджана (ANAMA) планирует закупку новой техники для расчистки освобожденных от армянской оккупации районов, сообщил Sputnik Азербайджан глава штаба Идрис Исмаилов.

    В ближайшие дни в Азербайджан будут доставлены механические машины “Божена”, а также специальные дроны-беспилотники.

    “У нас активно используются “Божена” пятого поколения. Теперь планируем закупить более современный аналог. Мы также протестировали дроны. Остались довольны первичным результатом, но еще не привлекали к операции. Обратились к разработчикам с рекомендациями добавить еще ряд параметров”, – сказал И.Исмаилов.

    Беспилотники позволят получать более точные географические координаты местности и облегчат поисковую работу.

    Вместе с этим ANAMA расширило личный состав сотрудников с 400 до 600 саперов.

    Однако на этом организация останавливаться не намерена, так как в ближайшие годы Агентству предстоит разминировать все освобожденные территории республики.

  • Azərbaycan xüsusi dronlar alacaq

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır.

    Bunu “Sputnik Azərbaycan”a ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib.

    “Bizdə beşinci nəsil “Bojena”lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də, dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək, bəzi parametrləri əlavə etmələrini istəmişik”, – İsmayılov deyib.

    PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir.

    Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb.

    Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir.

  • В Гяндже 16-летняя девушка пыталась покончить с собой

    В Гяндже 16-летняя девушка Л.М. пыталась совершить самоубийство, приняв лекарства.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Отмечается, что она решилась на такой шаг, потому что задолжала подруге 900 манатов.

    Девушка госпитализирована.

    По данному факту ведется расследование.

  • Gəncədə yeniyetmə qız borca görə intihara cəhd etdi

    Gəncədə 16 yaşlı qız intihara cəhd edib.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, zəhərlənmə faktı qeydə alınıb.

    L.M adlı yeniyetmə evdə dərman içərək intihar etmək istəyib.

    O, xəstəxanaya yerləşdirilib.

    16 yaşlı qız rəfiqəsinə 900 manat pul borclu olduğu üçün özünü öldürmək istəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Курс биткоина побил очередной исторический рекорд

    Стоимость самой популярной криптовалюты – биткоина – вновь обновила исторический максимум, превысив отметку в 35 тыс. долларов, свидетельствуют данные торгов, пишет РИА Новости.

    По данным портала CoinMarketCap, высчитывающего среднюю цену более чем по 20 биржам, на 07:29 мск (08:29 по бакинскому времени – ред.) биткоин дорожает на 11,16% – до 35 634 долларов.

    На крупнейшей по объему торгов криптовалютами бирже Binance он растет в цене до 35 887 долларов.

  • “Bitcoin”in qiyməti tarixi maksimuma yüksəldi

    “Bitcoin”in qiyməti 35 min ABŞ dollarından yuxarı qalxaraq, tarixində ən yüksək səviyyəyə çatıb.

    Bu barədə “CoinDesk” portalında məlumat verilib.

    Kriptovalyutanın dəyəri beş dəfə artaraq 35,7 min dollar olub.

    Yanvarın altısına keçən gecə “Bitcoin”in qiyməti 34 min dollar təşkil edib.

    Qeyd edilir ki, dekabr ayında dünyada təxminən 19 milyon bitcoin var idisə, 2021-ci ildə onların sayı 21 milyona çatacaq. Bununla birlikdə, tələb təklifi üstələməyə davam edəcək və gələn il də kriptovalyuta bahalaşmağa davam edəcək.