Month: February 2021

  • Prezidentin mətbuat konfransında iranlı jurnalist özünü pis vəziyyətə salıb

    Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.

    “Report” xəbər verir ki, Prezident İlham Əliyev jurnalistin “sualına” cavab verib.

    Prezident əvvəlcə “sualı” aydınlaşdırmaq istəyib: “Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?”

    Daha sonra Prezident mikrofonun həmin “jurnalist”ə ötürülməsini istəyib.

    Jurnalist isə deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

    Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə.

    Təəssüf edirəm ki, dost ölkədən olan bir jurnalist belə bir sual verir. Torpaqların azad olunması əməliyyatında heç bir terrorçu adlandırdığınız insanlar iştirak etməyib. Bunu bizi ordumuz edib. Bu, sadəcə Azərbaycanı ittiham etməkdir.

    Xahiş edirəm sualıınızda daha məsuliyyətli olun”.

    Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.

  • Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib

    Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “Original features” kino şirkəti tərəfindən çəkilən “Story of Khojali” filmində Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.

    Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Ekran əsərinin prodüseri portuqaliyalı rejissor, prodüser Andre Badalo, bəstəkarı Emil Həşimovdur. Filmin musiqisində etnosəslərdən və milli musiqi aləti olan tardan istifadə olunub.

    Filmin əsas rollarını aktrisalar Aygün Fətullayeva və Nətavan Abbaslı canlandırıblar.

    Qeyd edək ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

  • Nazir daha bir idarə rəisi işdən çıxardı

    Masallı Regional Mədəniyyət idarəsinin rəisi işdən çıxarılıb.

    “Report”un məlumatına görə, bu barədə Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Lətifə Mövsümova Əjdər qızı öz ərizəsi ilə vəzifəsindən azad edilib.

  • Keçmiş məhkum narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

    Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin götürülüb.

    Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda bir nəfərin cibindən, doqquz nəfərin çantasından ümumilikdə 2845 manat pul, bank kartları və sənədlər oğurlaması da müəyyən edilib.

  • Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü – VİDEO

    Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində gecə saatlarında kafedə dava düşüb.

    Bu barədə Rusiya Federasiyasının vilayət üzrə istintaq komitəsi məlumat yayıb.

    Bildirilir ki, “Bakı” kafesində onlarla insanın iştirakı ilə baş verən atışma nəticəsində 39 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.

    Belə ki, həmin şəxslər aralarındakı münaqişəni həll eləmək üçün görüşsələr də razılığa gələ bilməyiblər və onların arasında atışma başlayıb.

    Atışmaya bir müddət əvvəl Peterburqun Nevski rayonunda azərbaycanlılar arasında yaşanan münaqişənin səbəb olduğu ehtimal edilir.

  • Xaçmazda ağac kəsən şəxs cəzalandırıldı

    Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Xaçmaz meşəbəyliyində üç palıd ağacının kəsildiyi məlum olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı ağacların Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2 165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.

  • Güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib.

    Qurumdan bildirilib ki, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.

    Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

    Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

  • Putin Təhlükəsizlik Şurası ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin Təhlükəsizlik Şurası ilə keçirdiyi operativ iclasda Dağlıq Qarabağdakı yaşayış məntəqələri ətrafındakı vəziyyəti müzakirə edib.

    Bu barədə “İzvestiya” məlumat yayıb.

    “Bu gün biz Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanmasını müzakirə edəcəyik.

    Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyinin, sərhədçilərimizin necə işlədikləri və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getdiyi barədə qiymətləndirmələrinizi dinləmək istərdim”, – deyərək Rusiya lideri iclası açıb.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

    Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

    Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

    Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

  • Ərdoğandan Ermənistandakı siyasi vəziyyətə REAKSİYA

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda siyasi vəziyyətlə bağlı açıqlamalar verib.

    “Haber Global” məlumat verir ki, o, hər cür çevrilişə qarşı olduqlarını deyib:

    “Çevrilişi qəbul etməyimiz xüsusilə mümkün deyil.

    Bunu burada açıq şəkildə deməliyəm, əsgərin müdaxilə edərək çevrilişə cəhdi qəbuledilməzdir. Məsələ burasındadır ki, idarəetmə dəyişikliyi olarsa, bunu Ermənistan xalqı edər. Artıq erməni xalqı buradakı rəhbərlik və idarəetmədən bezmiş vəziyyətə düşüb. Xalq artıq özü Paşinyanı hakimiyyətdən salacaq vəzyyətdədir”.

    Xocalı soyqırımını anan Türkiyə lideri ermənilərin yüzlərlə günahsız insanı qətlə yetirməsini kəskin qınayıb:

    “Bir gecədə tanklarla, toplarla hücuma keçərək, Xocalıda insanların qətlə yetirilməsi qəbuledilməzdir. Bununla Ermənistan əsas mahiyyətini ortaya qoyub”.