Month: February 2021

  • Prezidentin köməkçisindən qapanma ilə bağlı iddialara CAVAB

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

    Şahmar Mövsümov “Report”a eksklüziv açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir məlumat yoxdur.

    “Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək”, – prezidentin köməkçisi bildirib.

  • Cavid Qurbanov: “Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır”

    Qəbələ rayonuna – “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi istiqamətində çəkilmiş dəmir yolu xətti artıq hazırdır”.

    Bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

    O bildirib ki, açılış üçün dəqiq tarix hələ məlum deyil: “Prezident İlham Əliyev açılışla bağlı nə vaxt qərar versə o zaman dəmir yolu xəttinin açılışını edəcəyik”.

  • Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 233 989 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3213 nəfər vəfat edib, aktiv xəstə sayı 2297 nəfərdir.

    Ölkədə son sutka ərzində 6908, hazırkı dövrədək isə 2 583 362 test aparılıb.

  • Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”

    “Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəmirəm. Dediklərim Ermənistanda müəyyən qruplar tərəfindən sui-istifadə edilə bilər. Məsələni özləri həll etsələr, yaxşıdır”.

    Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

    “Əlbəttə qonşu ölkə olaraq, müharibənin başa çatmasını nəzərə alsaq, biz Ermənistandakı vəziyyətlə bağlı biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Onlar üçün bu, sui-qəsd olacaqdır.

    Vəziyyət bundan da qat-qat pis olacaqdır. Bu gün Ermənistanda onlar anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə və ya bir neçə ayda baş verənlərin nəticəsi deyil. Bunun birbaşa səbəbi işğaldır. Onlar bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycana fobia üzərində qurulmuş miflərdən ibarətdir. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir.

    Narahat deyiləm ki, Ermənistanda baş verə biləcək hər hansı dəyişiklik 10 noyabr bəyanatının icrasına təsir etsin. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə, ona görə ki, burada Rusiya prezidentinin imzası var. Yəni bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən öncəki dövrlə müqayisədə 10 dəfə artıb. Müharibədən əvvəl də Ermənistan Rusiyadan ən çox asılı olan ölkə idi. Mən Ermənistanı ittiham etmirəm, bu, reallıqdır.

    Ermənistanın cürəti, cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?! Yəni burada sadəcə o bəyanatdan söhbət getmir. Söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir”.

  • Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

    Bu gün saat 17:00-da Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Bu sözləri Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    O bildirib ki, saat 17:00-da nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılacaq.

  • Президент АР: Самым приемлемым решением для Армении является выполнение положений заявления от 10 ноября

    Итоги войны остаются и останутся неизменными!

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев на пресс-конференции 26 февраля.

    По его словам, положения заявления от 10 ноября 2020 года соблюдаются и должны быть выполнены в полном объеме.

    “Большая часть пунктов соглашения уже выполнена. Однако есть и те, которые в настоящее время являются предметом обсуждений. Надеюсь, что Армения, несмотря на внутреннюю ситуацию, исполнит обязательства по трехстороннему заявлению от 10 ноября. В противном случае она окажется в еще более тяжелой ситуации. У Армении выбор невелик. Она должна смириться и считаться с новыми реалиями. Мы создали эти новые реалии. В течение 30 лет занимающиеся этими вопросами международные структуры, отдельные страны посылали нам открытые или неофициальные сообщения о том, что есть реальность: Азербайджан – проигравшая сторона в войне. “Смиритесь с этой реальностью, постарайтесь выбрать максимально приемлемый для себя вариант”, – говорили нам. Однако мы всегда отвергали такие предложения, не отступая от своей позиции ни на шаг, я всегда об этом говорил открыто.

    Теперь я заявляю, что созданы новые реалии, их создал Азербайджан. Армения и другие страны должны смириться и считаться с этим. Перед Арменией стоит выбор. Из них самое приемлемое решение – это исполнение положений заявления от 10 ноября. В противном случае у них могут возникнуть большие проблемы”, – отметил Президент Азербайджана.

  • Prezident: “Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir“

    “Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq!”.

    Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir:

    “Bəyanatın müddəalarının böyük bir hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalı və hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələlərlə məşğul olan beynəlxalq qurumlar, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var. Azərbaycan müharibədə məğlub olmuş tərəfdir. Siz bu reallıqla barışın. Çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variantı seçəsiniz. Biz isə belə çağırışları rədd edirdik. Öz mövqeyimizdən bir addım belə geri durmurduq. Mən bunu açıq bəyan edirdim”.

    “İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratmışıq. Bununla Ermənistan və başqa ölkələr barışmalı, hesablaşmalıdır. Ermənistanın indi bir neçə seçimi var. Onlar üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha böyük problemlər yarana bilər”, – deyə prezident qeyd edib.

  • Видеокадры из села Терноют Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Терноют Агдамского района.

  • Ağdam rayonunun Tərnöyüt kəndi – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ильхам Алиев: Наша главная цель – чтобы это кровавое преступление не было предано забвению

    Многие международные организации по инициативе Азербайджана выразили свою позицию по поводу Ходжалинского геноцида. Работа в этом направлении будет продолжена.

    Об этом 26 февраля на пресс-конференции заявил Президент Азербайджана Ильхам Алиев.

    “Конечно, когда был совершен геноцид, Азербайджан фактически находился в информационной блокаде. В то время не существовало и нынешних возможностей. Поэтому для многих этот вопрос был непонятен. Особенно если учесть, что в те годы Азербайджан не обладал достаточными возможностями на международной арене. В то время армянское лобби активно действовало и распространяло ложную, искаженную информацию в связи с войной, произошедшими событиями. У международного сообщества сформировались ошибочные представления.

    Конечно, нам пришлось приложить огромные усилия, чтобы исправить, опровергнуть их, и мы в лице государства, общественных организаций на протяжении последних лет прилагали эти усилия в ходе своей последовательной деятельности. Среди общественных организаций особо хочу отметить деятельность Фонда Гейдара Алиева. Под лозунгом “Справедливости к Ходжалы!” во многих странах проводились различные мероприятия.

    Наша главная цель – чтобы это кровавое преступление не было предано забвению. Пусть ни в Азербайджане, ни в мире это больше никогда не повторится. Пусть Азербайджан никогда не будет в таком беспомощном положении, в каком был в начале 90-х годов. Пусть Азербайджан всегда сумеет защитить себя и своих граждан.

    Считаю, что сегодня в мире имеется обширная информация о Ходжалинском геноциде. Хотя и здесь армянская сторона стремилась переложить вину за это кровавое преступление на Азербайджанское государство, различными способами распространяя ложную информацию. Якобы Азербайджан сам совершил Ходжалинский геноцид. То же самое мы видели и во второй Карабахской войне. Когда бомбили Гянджу, Тертер, Барду и другие города, руководство Армении заявило, что Азербайджан сам совершил это. Невзирая на то, что траектория баллистических ракет отслеживалась спутником и за всей картиной наблюдали крупные государства, в первую очередь страны-сопредседатели Минской группы.

    Баллистические ракеты были выпущены с территории Армении. Армяне попытались распространить очередную ложь, но у них не получилось. Потому что сейчас совсем иная ситуация, и у нас есть возможности для распространения информации. Поэтому я абсолютно уверен, что с годами о Ходжалинском геноциде узнает весь мир. В этом и заключается наша задача. И далее мы будем прикладывать все усилия для того, чтобы страны мира официально признали этот геноцид. Работа в этом направлении будет последовательно продолжаться”, – сказал глава государства.