Month: February 2021

  • Baş Prokurorluq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı videoçarx hazırlayıb – VİDEO

    Baş Prokurorluq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı videoçarx hazırlayıb.

    Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək yer üzündən silən ermənilər şəhərin sakinlərinə qarşı qətliam həyata keçiriblər. XX əsrdə azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər 613 nəfəri, o cümlədən 106 qadını və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetiriblər. 1 275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

  • Bu gün Avropa Liqası üçün “kor püşk” atılacaq

    Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

    İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

    Bu mərhələdə “kor püşk” olacaq. Belə ki, komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcək.

    Avropa Liqası

    1/8 final mərhələsinin iştirakçıları

    “Milan”, “Roma” (hər ikisi İtaliya), “Ayaks” (Niderland), “Arsenal”, “Mançester Yunayted”, “Totenhem” (hər üçü İngiltərə), “Dinamo” (Xorvatiya), “Dinamo”, “Şaxtyor” (hər ikisi Ukrayna), “Qranada”, “Vilyareal” (hər ikisi İspaniya), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Yanq Boyz” (İsveçrə).

    Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab matçları isə bundan bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da start götürəcək.

  • Азербайджанская молодежь направила в международные организации заявление в связи с Ходжалинским геноцидом

    Ведущие молодежные организации Азербайджана выступили с заявлением в связи с учиненным 29 лет назад Ходжалинским геноцидом, в результате которого произошло массовое убийство мирного населения, включая детей, женщин и стариков.

    Молодежь, выразив протест в связи с отсутствием международно-правовой оценки этому преступлению против человечности и безнаказанности лиц, виновных в совершении этого чудовищного акта, обратилась к мировому сообществу, влиятельным международным организациям и партнерам с просьбой поддержать эту справедливую инициативу.

    В заявлении отмечено, что 26 февраля 1992 года в азербайджанском городе Ходжалы армянскими воинскими формированиями было совершено беспрецедентное злодеяние против мирных азербайджанцев.

    “После того, как город с населением около 3 тыс. человек оказался в блокаде и часами обстреливался из тяжелых артиллерийских орудий и танков, мирные жители подверглись массовой резне. Всего за несколько часов с немыслимой жестокостью были убиты 613 человек, включая 63 ребенка, 106 женщин, 70 стариков, а около 500 человек, в том числе 76 детей, получили тяжелые увечья. В ту ночь 1 275 выживших были взяты в заложники и подвергнуты жестоким пыткам. До сих пор неизвестна судьба 150 плененных, включая 68 женщин и 26 детей”, – говорится в нем.

    Молодежь подчеркивает, что совершение тяжких преступлений против гражданского населения в ходе конфликта на протяжении истории было неизменной государственной политикой, проводимой армянскими властями.

    “В ходе военной агрессии, начатой Арменией еще в начале 90-х годов и длившейся на протяжении последующих 26 лет в период действия режима прекращения огня, и во время военных действий, начавшихся в результате очередной провокации оккупационных вооруженных сил 27 сентября 2020 года, страна продолжала совершать преступления против мирного населения. В результате обстрелов Арменией Гянджи и Барды, расположенных в сотнях километров от зоны военных действий, с применением запрещенного оружия были убиты 93 мирных жителя, свыше 400 получили ранения”, – отмечается в документе.

    Молодежные организации подчеркивают, что героизация и безнаказанность таких международных преступников, как Роберт Кочарян, Сейран Оганян, Серж Саргсян, Зори Балаян, Виталий Баласанян и их сообщники, которые к тому же во всеуслышание и без зазрения совести признаются в убийстве сотен неповинных людей, недопустимы, и призывают привлечь их всех к ответственности за совершенные ими преступления.

    В заявлении также содержится призыв к парламентариям стран мира и международным организациям категорически осудить это чудовищное преступление против человечности и во избежание повторения подобных событий в будущем принять резолюцию о Ходжалинском геноциде.

    Азербайджанская молодежь также требует от правительства Армении официальных извинений за учинение в Ходжалы геноцида и обязательств в том, что больше не совершит подобных преступлений!

    “Конфликт уже остался в прошлом, территориальная целостность Азербайджана восстановлена. Настало время установить мир и безопасность в нашем регионе, который на протяжении 30 лет был раздираем этим конфликтом. Но для обеспечения мирного сосуществования армянского и азербайджанского народов должна восторжествовать справедливость, а военные преступники, в том числе ходжалинские палачи, должны быть привлечены к ответственности. Справедливость – фундамент мира!

    Во имя установления прочного мира и безопасности в регионе, признания жертв Ходжалинского геноцида, привлечения преступников к ответственности в соответствии с международным правом мы призываем всех, кто независимо от национальности, религиозного исповедания, пола и возраста привержен принципам гуманизма, – мировых лидеров, общественных активистов, журналистов, блогеров, спортсменов, приложить все усилия для международного признания Ходжалинского геноцида и продемонстрировать солидарность с жертвами”, – говорится в заявлении.

  • Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanladılar

    29 il öncə dinc əhalinin, o cümlədən uşaqların, qadınların və ahılların kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın aparıcı gənclər təşkilatları bəyanat veriblər.

    İnsanlığa qarşı yönəlmiş bu cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməməsinə, bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunmamasına etiraz edən gənclər təşkilatları bu haqlı tələbləri dəstəkləməsi üçün dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara müraciət ediblər.

    Bəyanatda deyilir:

    “Bu gün Azərbaycan tarixinin ən faciəvi günlərindən biri – Xocalı soyqırımının növbəti anım günüdür.

    1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik törədilmişdir. 3 minə yaxın əhalisi olan şəhər mühasirəyə alınaraq, saatlarla ağır artilleriya silahları və tanklardan atəşə tutulduqdan sonra dinc əhaliyə qarşı qətliam törədilmişdir. Cəmi bir neçə saatın içərisində sırf milli mənsubiyyətinə görə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ağlasığmaz amansızlıqla qətlə yetirilmiş, 500-ə yaxın insan, o cümlədən 76 uşaq isə ağır yaralanmışdır. Həmin gecə sağ qalan 1275 nəfər girov götürülərək, dəhşətli işgəncələrə məruz qalmışdır. 68 qadın və 26 uşaq daxil olmaqla 150 əsirin taleyi hələ də məlum deyil.

    Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzü ilə başlayan müharibənin gedişatında və sonrakı 26 il ərzində atəşkəs dövründə olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində vüsət alan müharibə dövründə də dinc əhaliyə qarşı cinayətlər davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 93 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmışdır.

    Biz, bu bəyanatı imzalayanlar – ətrafında on minlərlə gənci birləşdirən gənclər təşkilatları olaraq 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edirik:

    – XX əsrin sonunda Avropada, dünyanın gözü qarşısında ən ağır beynəlxalq cinayət törədənlərin bu gün Ermənistanda qəhrəmanlaşdırılması və cəzasız mühitdə yaşaması qəbuledilməzdir! Xocalı şəhərində yüzlərlə dinc sakinin amansız qətliamının təşkilatçıları və icraçıları olan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında heç bir vicdan əzabı çəkmədən etiraf edən Robert Koçaryan, Seyran Ohanyan, Serj Sarqsyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar!

    – Bütün ölkələrin parlamentarilərini, beynəlxalq təşkilatları Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyə və gələcəkdə belə hadisələrin bir daha təkrar olunmaması naminə insanlıq əleyhinə yönəlmiş bu cinayəti qətiyyətlə pisləməyə səsləyirik!

    – Ermənistan hökumətindən Xocalıda törədilən soyqırımına görə rəsmi şəkildə üzr istəməsini və bu cür cinayətləri bir daha törətməyəcəyi ilə bağlı dövlət səviyyəsində zəmanət verməsini tələb edirik!

    Artıq münaqişə tarixdə qalmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. İndi 30 ildir ki, bu münaqişədən əziyyət çəkən regionumuzda sülhün və təhlükəsizliyin bərqərar edilməsi vaxtıdır. Lakin sülhün, erməni və Azərbaycan xalqlarının birgəyaşayışının təmin edilməsi üçün ədalət öz yerini tapmalı, müharibə cinayətkarları, o cümlədən Xocalı qatilləri məsuliyyətə cəlb edilməlidir. Ədalət sülhün təməl daşıdır!

    Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması, Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi – dünya liderlərini, ictimai aktivistləri, jurnalistləri, bloqqerləri, idmançıları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini əsirgəməməyə, soyqırımı qurbanları ilə həmrəylik nümayiş etdirməyə çağırırıq!”

  • Мехрибан Алиева: Такие трагедии как Ходжалинский геноцид не могут предаваться забвению – ФОТО

    26 февраля Первый вице-президент Азербайджана Мехрибан Алиева разместила в Instagram публикацию по случаю 29-й годовщины Ходжалинского геноцида.

    “Такие трагедии как Ходжалинский геноцид не могут предаваться забвению. Нет и не может быть никаких оправданий зверскому убийству ни в чем не повинных людей! Мы всегда будем беречь правду о тех страшных событиях от любых попыток их исказить. С уважением чту светлую память жертв Ходжалинского геноцида, прошу Всевышнего упокоить души всех наших шехидов”, – говорится в публикации.

  • Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paylaşım edib.

    Paylaşımda deyilir:

    “Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

  • Binaya istilik verilməsi üçün “Azəristiliktəchizat” ASC əməkdaşları pul tələb edir? – AÇIQLAMA

    Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 160-da yaşayan vətəndaşlar istilik xidməti ala bilmir.

    Bu barədə Oxu.Az-a bina sakinləri şikayət edib.

    Bildirilib ki, sözügedən ünvanda yerləşən binaya istilik verilmir. Eyni zamanda, iddia edilib ki, “Azəristiliktəchizat” ASC əməkdaşları binaya istilik xidməti göstərmək üçün sakinlərdən əvvəl 500-600 manat, sonra isə 1500-1600 manata yaxın pul tələb edib.

    Məsələ barədə “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.

    Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev saytımıza açıqlamasında bildirib ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 160 saylı yaşayış binasının istilik təchizatı ilə təmin olunmaması məsələsi araşdırılıb:

    “Qeyd olunan yaşayış binası əvvəllər payız-qış mövsümündə istilik sistemi ilə təmin olunub. 2020/2021 payız-qış mövsümündə binanın aşağı paylayıcı istilik sistemləri tamamilə sıradan çıxdığı və su axıntısı zirzəmiyə dolduğu üçün xidmət dayandırılıb.

    Orada cari təmir mümkün deyil. Çünki binanın aşağı paylayıcı istilik sistemləri əsaslı təmir olunmalıdır. Mövcud qanunvericiliyə görə də, yaşayış binasının aşağı paylayıcı daxili istilik sistemləri bina mülkiyyətçiləri tərəfindən təmir olunmalıdır”.

    R.Əliyev ASC əməkdaşlarının binaya istilik verilməsi üçün vətəndaşlardan pul tələb etməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, işçilərin istilik xidməti üçün vətəndaşdan pul tələb etməsi ilə bağlı iddia əsassızdır:

    “Şikayətçi ilə əlaqə saxlanılıb, hansı işçinin pul tələb etdiyinin bildirilməsi istənilsə də, heç bir fakt göstərilməyib. “Azəristiliktəchizat” ASC-də vətəndaşlardan və ya digər şəxslərdən ödənişli əsaslarla istilik təchizatını bərpa edən heç bir bölmə yoxdur.

    Yaşayış binalarının bina daxili istilik sistemləri bina və mənzil mülkiyyətçilərinə məxsusdur. Bina daxili istilik sistemlərinin bərpası yalnız dövlət proqramına düşdükdə və icrası bizim quruma həvalə olunarsa, tərəfimizdən təmir olunur”.

  • Президент Ильхам Алиев сделал публикацию в связи с годовщиной Ходжалинской трагедии – ФОТО

    26 февраля Президент Азербайджана Ильхам Алиев разместил в Facebook публикацию по случаю 29-й годовщины Ходжалинского геноцида.

  • İlham Əliyevdən Xocalı paylaşımı – FOTO

    Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

    Dövlət başçısının paylaşımı rəsmi “Facebook” hesabında yayımlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Глава МВД произвел новое назначение – ФОТО

    В органах внутренних дел произведено очередное кадровое назначение.

    Соответствующий приказ подписал глава МВД Азербайджана генерал-полковник Вилаят Эйвазов, сообщает Unikal.org.

    Согласно приказу, майор Эльнур Гасанов назначен заместителем начальника Кяпязского РОП Гянджинского городского управления по служебной работе.

    Отметим, ранее он занимал должность помощника главы Нафталанского городского отделения по работе с личным составом.