Month: February 2021

  • Xəbər indilərdə açıqlandı: Bu yollar bağlanır

    Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakının bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

    Median.Az xəbər verir ki, Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    Onun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xətai rayonundakı “Ana harayı” abidəsi önündə keçiriləcək anım tədbirində iştirak edəcək vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xocalı prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

    Bundan əlavə, Xocalı prospekti ilə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    Vaqif Əsədov əlavə edib ki, sabah “Ana harayı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdiriləcək.

    Sözügedən istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ziyarət başa çatanadək davam edəcək.

  • Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb

    Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

    Median.Az-ın xəbərinə görə, bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

    Aİ Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb.

    Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir.

    Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır.

    Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”, – deyə bildirilib.

  • Hacıqabulda avtomobil aşıb, xəsarət alan var

    Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadişə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu “KİA” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Hərbçilərin maaşlarına əlavələr ediləcək

    “İşğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib”.

    Bunu “Report”a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

    Onun sözlərinə görə, yaxın zamanlarda hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

    Deputat həmçinin bildirib ki, hərbçilərin əməkhaqqları ilə bağlı məsələ Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə edib: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”.

  • Минобороны РФ прокомментировало слова Пашиняна об “Искандерах” – ВИДЕО

    Заявления премьер-министра Армении Никола Пашиняна об опыте использования российских оперативно-тактических комплексах “Искандер” могли быть следствием введения в заблуждение, говорится в пресс-релизе Минобороны России, сообщает радио Sputnik.

    Ранее Пашинян прокомментировал заявление экс-президента страны Сержа Саргсяна о возможности применения “Искандеров” в ходе конфликта в Карабахе, заявив, что ракеты либо не взорвались вовсе, либо “взорвались на 10%”.

    “Судя по всему, премьер-министра Республики Армении ввели в заблуждение, вследствие чего он использовал неточную информацию”, – приводятся в пресс-релизе слова официального представителя Минобороны РФ Игоря Конашенкова.

    Он указал, что по имеющимся у Минобороны РФ сведениям, которые, в том числе, подтверждаются системой объективного контроля, ни один из ракетных комплексов этого типа в ходе конфликта в Нагорном Карабахе не применялся, а весь боезапас находится на складах вооруженных сил Армении.

    Игорь Конашенков напомнил, что “Искандеры” испытывались и многократно применялись в боевых условиях в Сирии против террористов.

    “Это дает нам полное основание утверждать, что производимый в России ракетный комплекс 9К720-Э “Искандер-Э” является лучшим в мире в своем классе. Это признается всеми”, – добавил представитель Минобороны РФ.

  • Rusiya müdafiə nazirliyi Paşinyanın “İsgəndər” haqda dediyini şərh etdi – VİDEO

    Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raket kompleksi haqqında dedikləri ona verilən yanlış məlumatların nəticəsi ola bilər.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Görünür, Ermənistan Respulikasının Baş naziri Nikol Paşinyana yanlış məlumat verilib və bunun nəticəsi olaraq, o, qeyri-dəqiq informasiyadan istifadə edib”, – deyə nazirliyin rəsmisi İqor Konaşenkov bildirib.

    Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Ermənistanın ixtiyarında olan “İsgəndər” raketlərindən heç biri istifadə olunmayıb və hazırda kompleksə aid olan bütün sursatlar Ermənistan Silahlı Qüvvələrinə aid anbarlarda saxlanılır.

  • Abşeronda avtomobil 41 yaşlı qadını vurdu

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Yolu keçən 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Mirzəşah qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü

    Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyon nəfəri ötüb.

    “Report” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

    Bakı vaxtı ilə saat 20:47-yə olan məlumata görə, dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.

    Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edildi

    ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam edir.

    “Report” xəbər verir ki, qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.

    O deyib ki, fevralın 26-da Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu ildönümünü qeyd edəcək.

    Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törədib: “Bu dəhşətli soyqırımı aktı nəticəsində yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır”.

    ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın Baş Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.

    A.Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.

    ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq A.Quliyev bildirib ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər.

  • Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə – 3-cü Qarabağ müharibəsi başlayır?

    Median.Az konkret.az-a istinadən, Ermənistanda elə bir vəziyyət yaranıb ki, 10 noyabr razılaşmasının altına imza atan şəxslərin hakimiyyətdə qalması artıq imkansız hala çevrilib. Bu Paşinyanın “İsgəndər” açıqlaması ilə bağlı bir məsələdir”.

    Bu fikirləri açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirb ki, Rusiyanın Ermənistandakı əsas gücü hərbçilərdir. Hərbçilərlə Paşinyan arasında toqquşmalar bu səbəbdən baş verir və məqsəd Nikolun hakimiyyətdən uzaqlaşdırılmasıdır: “Nəzərə alsaq ki, Ermənistanda müxalifət və ordu 10 noyabr razılaşmasının əleyhinə çıxış edir və Dağlıq Qarabağı geri qaytarmaq haqqında fikirlər səsləndirir. Belə olan halda isə 10 noyabr razılaşmasının hüquqi tərəfləri gündəmə gəlir. Təbii ki, bu razılaşmanın hüquqi qarantı Rusiyadır. Amma müqavilənin altında Paşinyanın imzası var. Onun hakimiyyətdən getməsi və yerinə müxalifətin gəlməsi, təbii olaraq 10 noyabr razılaşmasının hüquqi qüvvədən düşməsi ilə nəticələnəcək. Çünki onlar bu razılaşmanı qəbul etməyəcəklər. Belə olan halda isə Azərbaycanın əlində, Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan 25 faiz hissəsində öz suverenliyini bərpa etmək üçün unikal imkan yaranır. Söhbət ondan gedir ki, Ermənistanda hakimiyyət dəyişsə, onlar Azərbaycana qarşı hərbi əməliyyatları bərpa edəcəklər. Bu isə Azərbaycanın əməliyyatları qaldığı yerdən başlaması və torpaqları tamamilə azad etməsi anlamına gəlir”.

    Əziz Əlibəyli onu da əlavə edib ki, Paşinyan devrilsə, Vitali Balasanyan Qarabağın ermənilərin əlində olan hissəsində hakimiyyətə gətiriləcək. Ona görə də, Araik Arutyunyan hazırda Nikol Paşinyanın köməyinə gedib.