Month: February 2021

  • Vilayət Eyvazov daha bir idarəyə rəis müavini təyin etdi – FOTO

    Daxili İşlər orqanlarında yeni təyinat olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Elnur Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə xidmət üzrə rəis müavini təyin olunub.

    Qeyd edək ki, o, daha öncə DİN-in Baş cinayət axtarışı İdarəsində çalışıb.

  • В Мексике и Перу организована информационная акция “Справедливость к Ходжалы!”

    При поддержке Госкомитета Азербайджана по работе с диаспорой продолжается информационная акция, посвященная 29-й годовщине Ходжалинского геноцида.

    С целью привлечения внимания местной общественности к геноциду, учиненному против азербайджанского народа, 24 февраля в столицах Мексики и Перу Мехико и Лиме размещены плакаты с лозунгами “Справедливость к Ходжалы!”.

    Hа них размещена краткая информация о беспощадном акте геноцида, совершенном в ночь с 25 на 26 февраля 1992 года армянскими оккупантами против мирных жителей азербайджанского города Ходжалы.

    Жители Мехико и Лимы смогут получить подробную информацию об этом чудовищном бесчеловечном акте в течение недели, посетив официальный сайт кампании “Справедливость к Ходжалы” через QR-код, отображенный на плакате.

  • Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

    “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

    Adıçəkilən şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.

  • Объявлена последняя мировая статистика по коронавирусу

    По данным на утро 26 февраля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 113 550 202.

    Суточный прирост составил 449 505.

    За весь период пандемии скончались 2 519 328 человек, выздоровели – 89 134 277.

    Больше всего инфицированных в США – 29 052 262. На 2-м месте – Индия (11 063 491), 3-м – Бразилия (10 393 886). В первую пятерку также входят Россия (4 212 100) и Великобритания (4 154 562).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 520 785 и 19 435 453 соответственно.

    Турция (2 674 766 заболевших) занимает 9-е место, Иран (1 607 081) – 15-е.

    В Армении COVID-19 заболели 171 227 человек, в Грузии – 269 800.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России – 84 876 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 233 770 случаев инфицирования коронавирусом, 228 299 человек вылечились, 3 209 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 113 550 202 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 519 328 xəstə ölüb, 89 134 277 nəfər sağalıb.

    Avropada 33 722 637, Şimali Amerikada 33 324 149, Asiyada 24 793 793, Cənubi Amerikada 17 761 537, Afrikada isə 3 896 280 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 052 262 nəfər), Hindistan (11 063 491 nəfər), Braziliya (10 393 886), Rusiya (4 212 100 nəfər) və Böyük Britaniyadır (4 154 562 nəfər).

    Doqquzuncu sırada olan Türkiyədə 2 674 766, İranda 1 607 081, Gürcüstanda 269 800, Ermənistanda isə 171 227 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (84 876 nəfər), İranda (59 830 nəfər) və Türkiyədədir (28 358 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 233 770 nəfərin 3 209-u ölüb, 228 299-u sağalıb.

  • Пресс-конференция Президента Ильхама Алиева – ПРЯМОЙ ЭФИР

    Проходит пресс-конференция Президента Азербайджанской Республики Ильхама Алиева.

  • İlham Əliyev mətbuat konfransı keçirir – CANLI YAYIM

    Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir.

    Həmin konfransın görüntülərini təqdim edirik:

  • Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib

    Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib.

    “Anadolu Agentliyi”nin yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 126.527 COVID-19 testi həyata keçirilib və 9572 yeni yoluxma faktı aşkarlanıb.

    Sağalanlara gəlincə, 6210 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb ki, bununla da, indiyədək virusdan sağalanların sayı 2.546.503 nəfərə yüksəlib.

    Bütövlükdə, Türkiyə üzrə bugünədək 32.811.274 test həyata keçirilib ki, onların 2.674.766-ı pozitiv çıxıb. Ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı isə 28.358-ə çatıb.

    Hazırda 1192 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

  • Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib

    Niderland – Belçika Azərbaycanlıları Koordinasiya Şurası Niderland parlamentini (Tweedekamer) və Senatını Xocalı soyqırımını tanımağa çağırıb.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Koordinasiya Şurasına daxil olan diaspor təşkilatları adından Niderland parlamentinə ünvanlanan bəyanatda bildirilib ki, XX əsrin sonunda erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində etnik və nifrət zəminində törətdikləri dəhşətli soyqırıma indiyədək Niderland parlamentində hüquqi-siyasi qiymət verilməməsi təəssüf doğurur:

    “Niderland Krallığı dünyada demokratiya, ədalət və insan hüquqları üzrə aparıcı dövlət olduğundan ölkə parlamentinin Xocalı soyqırımını müzakirəyə çıxarmasını tələb edirik. Ümid edirik ki, parlamentin səlahiyyət müddətinin başa çatmasına qədər ədalət naminə bu müzakirələr gerçəkləşdirilə bilər”.

    Xocalı soyqırımı barədə susmağın yeni cinayətlərin törədilməsinə zəmin yaratdığına diqqəti cəlb edən soydaşlarımız niderlandlı deputatları insanlıq naminə susmamağa, günahsız insanlara qarşı törədilən soyqırımın tanınması haqda məsələni parlamentin iclasında müzakirə etməyə çağırıblar.

  • Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya

    Bakının Qaradağ rayonunda məcburi köçkünlərin yaşadığı “Qobu Park” yaşayış kompleksində Xocalı faciəsinin qurbanları anılıb.

    “Report” xəbər verir ki, yaşayış kompleksinin binalarının sakinləri soyqırım qurbanlarının xatirəsini işıqlı kompozisiya ilə anıblar.

    Sakinlər gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

    Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi – 26.02.1992, soyqırımı qurbanlarının sayını – 613, faciədən ötən müddəti ifadə edən – 29 rəqəmləri əks olunub.

    Qeyd edək ki, kompozisiya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.