Month: February 2021

  • ABŞ-da klinikada atəş açıldı: Ölən və yaralananlar var

    ABŞ-ın Minnesota ştatının Buffalo şəhərində bir nəfər “Allina Health” klinikasında odlu silahdan atəş açıb.

    “Star Tribune” qəzeti bu barədə hüquq-mühafizə orqanlarına istinadən məlumat yayır.

    Ən azı beş nəfərin yaralandığı bildirilir.

    Onlardan biri xəstəxanada həyatını itirib. Həmin şəxsin klinikanın işçisi və ya xəstəsi olduğu hələlik məlum deyil. Üç nəfərin vəziyyəti ağırdır.

    Buffalo Polis İdarəsinin rəisi Pat Budke mətbuat konfransında bildirib ki, silahlı şəxs 67 yaşlı yerli sakindir. O saxlanılıb.

    İlkin versiya görə, həmin şəxs klinikada xidmətlərdən narazı qaldığına görə belə addım atıb.

  • “Neftçi”də yeni şöbə yaradıldı

    “Neftçi” rəhbərliyinin qərarı ilə klubda seleksiya şöbəsi yaradılıb.

    Bu şöbə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli həyata keçirməkdən ötrü işlər görəcək.

    Seleksiya şöbəsində veteran futbolçular – İqor Getman və Vadar Nuriyev yer alıblar.

    Qeyd edək ki, Getmanla Nuriyev keçən ilin noyabrınadək “Neftçi”nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.

  • Teymur Rəcəbov qələbəni qoruya bilmədi

    Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayıb.

    “Report”un məlumatına görə, rəqib Niderlandı təmsil edən Aniş Giridir. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb – 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.

    Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.

    Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

  • Bakıda 48 yaşlı kişini avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, 1973-cü il təvəllüdlü İbayev Elbrus Məzahir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin çapılmış yarası, diz oynağının əziyi diaqnozları qoyulub.

  • Bakıda 48 yaşlı kişini avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, 1973-cü il təvəllüdlü İbayev Elbrus Məzahir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Ona alın nahiyəsinin çapılmış yarası, diz oynağının əziyi diaqnozları qoyulub.

  • Стрельба в США, ранены пять человек

    По меньшей мере пять человек получили ранения в результате стрельбы в клинике города Баффало (штат Миннесота).

    Как передает Median.Az, об этом сообщает местная газета Star Tribune со ссылкой полицию и данные службы по чрезвычайным ситуациям.

    По сведениям издания, спустя 30 минут после инцидента в клинике произошел взрыв. Медперсонал был эвакуирован.

    По данным агентства Associated Press, предполагаемый злоумышленник задержан.

  • ABŞ-da atışma olub, xəsarət alanlar var

    ABŞ-ın Minnesota ştatının Baffalo şəhərindəki klinikada atışma olub.

    Median.Az xəbər verir ki, bu barədə “Star Tribune” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

    Məlumata görə, hadisə zamanı azı 5 nəfər xəsarət alıb.

    Nəşr qeyd edib ki, insidentdən 30 dəqiqə sonra klinikada partlayış olub. Bu səbəbdən müəssisədəki heyət təxliyə edilib.

    “Associated Press” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

  • Qazaxda 69 yaşlı kişi intihar edib

    Qazaxda intihar hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, rayonun Xanlıqlar kəndində yaşayan, 1952-ci il təvəllüdlü Tofiq Xəlilov yaşadığı evin həyətində olan yarım tikilidə özünü asaraq intihar edib.

    Yaxınlarının verdiyi məlumata görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Состоялся очередной обмен пленными между Азербайджаном и Арменией

    Российские миротворцы доставили в Баку одного пленного и вернули в Ереван пятерых.

    Об этом сообщил во вторник журналистам командующий российским миротворческим контингентом генерал-лейтенант Рустам Мурадов, передает ТАСС.

    “Сегодня в целях реализации трехстороннего заявления лидеров России, Азербайджана и Армении от 9 ноября 2020 года осуществлен очередной обмен пленными”, – сказал Мурадов.

    По его словам, российские миротворцы будут и в дальнейшем способствовать реализации трехстороннего соглашения.

  • Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub

    Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.

    TASS məlumat yayıb ki, bunu Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov jurnalistlərə bildirib.

    Məlumata əsasən, Rusiya təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.

    R.Muradov qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bundan sonra da üçtərəfli sazişin icra olunması üçün vasitəçilik edəcək.