Month: February 2021

  • ABŞ-da Trampa qarşı ikinci impiçment prosesi başlayıb

    ABŞ Senatında eks-prezident Donald Trampa qarşı sayca ikinci impiçment prosesi başlayıb.

    Keçmiş dövlət başçısı əhalini üsyana təhrik etməkdə günahlandırılır.

    Qeyd edək ki, yanvarın 6-da məhz Trampın çıxışından sonra onun tərəfdarları Konqres binasına hücum edib.

    Hadisə nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb və onlarla şəxs həbs olunub.

  • В Москве состоялась встреча заместителей министров иностранных дел Азербайджана и России

    В Москве состоялась встреча заместителей глав внешнеполитических ведомств Азербайджана и России, сообщает АЗЕРТАДЖ со ссылкой на пресс-службу МИД РФ.

    9 февраля заместитель министра иностранных дел Азербайджана Халаф Халафов встретился со своим российским коллегой Андреем Руденко.

    В ходе встречи обсуждены актуальные вопросы двусторонней, региональной и международной повестки дня. “Беседа прошла в традиционно конструктивной и дружественной атмосфере, характерной для отношений стратегического партнерства между нашими странами”, – говорится в сообщении МИД РФ.

  • Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü olub

    Fevralın 9-da Moskvada Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib.

    Rusiya XİN-dən verilən məlumata əsasən, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında baş tutan görüş ölkələr arasındakı strateji əməkdaşlıq münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv dialoq mühitində keçib.

    Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq miqyasda aktual olan məsələlər müzakirə olunub.

  • Elman Rüstəmov Prezidentin bu Fərmanını icra etmir

    Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti təxminən 2 dəfə azalıb. Belə ki, bankın gəlirləri 374.8 milyon manatdan 182.8 milyon manata enib. Bu azalmada həm gəlirlərin azalması, həm də xərclərin artımı rol oynayıb. Amma xərclərin artımının təsiri daha çox olub. Belə ki, bankın faiz və qeyri-faiz gəlirlərinin cəmi 55.7 (10.5%) milyon manat azaldığı halda, faiz və qeyri-faiz xərcləri ümumilikdə 64.5 milyon manat (24.5%) artıb. Göründüyü kimi, xərclər gəliri ən azı 2 dəfə üstələyir.

    Mənfəətin azalmasının digər bir səbəbi aktivlərin keyfiyyətinin pisləşməsindən qaynaqlanır. Belə ki, 2019-cu ildə aktivlərin keyfiyyətinin yaxşılaşması 53.3 milyon manat gəlir kimi mənfəətin artımına yönəltməyə imkan vermişdisə, 2020-ci ildə əks-proses baş verib. Aktivlərin keyfiyyətinin pisləşməsi 20.4 milyon manatı xərc qismində mənfəətdən zərərin azaldılmasına yönəldilməsinə səbəb olub. Nəticədə xalis mənfəət (vergidən sonrakı) daha çox (2.3 dəfə) azalıb – 302.3 milyon manatdan 129.4 milyon manata enib.

    ABB-nin gəlirlərinin birdən-birə bu qədər azalması xeyli sual doğurur. Çünki bu bank ölkə iqtisadiyyatına, ölkənin beynəlxalq imicinə və büdcəyə xeyli ziyan vurub. Məlum olduğu kimi, 2015-ci ildə baş verən qanunsuzluqlara, dövlət əmlakının talanmasına görə Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqallı proses başlandı.

    Bu prosesin sonucunda bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyev həbs olundu. Bundan sonra dövlət bankının sağlamlaşdırılması üçün müəyyən addımlar atıldı. İki il ərzində mərhələli şəkildə dövlət Beynəlxalq Banka 10 milyard dollar civarında vəsait verdi. Ancaq sonradan məlum oldu ki, bu da yetərli deyil. Növbəti addım kimi daxili resurslar hesabına daha 4 milyarda yaxın kredit silindi. Bunlar geri dönüşü mümkün olmayan kreditlər idi. Bütövlükdə Azərbaycan hökuməti Beynəlxalq Bankı ayağa qaldırmaq üçün 14 milyarda yaxın vəsait sərf etdi. Bu, təxminən o vaxtkı ölkə büdcəsinin yarısından çox məbləğ idi.

    Lakin dövlətin bütün cəhdləri müqabilində ABB əvvəlki nüfuzunu özünə qaytara bilmədi. Bankın normal müştəri tapmasında və dövlət büdcəsinə xeyir olacaq özəlləşdirməyə getməsində müəyyən çətinliklər ortaya çıxdı. Beynəlxalq Bank dövlətin nəzarətində olan ən güclü banklardan biri idi. Beynəlxalq Bank bu amildən istifadə edərək insanlarda bir güvən yaratmağa çalışırdı. Bu güvən sayəsində digər kommersiya bankları da xarici kreditlər əldə etmək imkanı əldə edirdi. Baş verən hadisədən sonra isə digər banklar da bu imkandan məhrum oldular. Bu isə ölkənin bank sektorunun iflas olunması ehtimalını da gücləndirdi. Çünki xaricdən ucuz vəsait cəlb edib, yüksək faizlə kredit vermək ölkənin bank sisteminin əsas prioriteti olub. Amma indi xaricdən borc almaq mümkünsüz və ya daha çətindir. Təsadüfi deyil ki, ABB-də baş verən xoşagəlməz olaydan sonra digər banklar ciddi itkilərlə üzləşdi. Son 5 ildə Azərbaycanda 20-dən artıq bank iflas etdi.

    Ümumilikdə, son 5 ildə bankların müflis olması səbəbindən Azərbaycan dövlət büdcəsi bu və ya digər şəkildə 20 milyard manata yaxın ziyan görüb. Çox təəssüf ki, bu qorxulu tendensiya bu gün də davam etməkdədir. İndi də Beynəlxalq Bankın başı üzərini yenidən qara buludlar alıb. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanı var. Çox təəssüf ki, bu fərman Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən lazımsız kağız parçası kimi bir kənara atılıb. Təsadüfi deyil ki, 10 gün əvvəl Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirdi ki, “Beynəlxalq Bankın özəlləşdirilməsiylə bağlı plan yoxdur”.

    Qəribədir niyə?

    Yoxsa cənab Rüstəmov ABB-ni digər müflis olan bankların gününə salmaq istəyir? Mənə elə gəlir ki, nə qədər ki, Beynəlxalq Bank ayaq üstədir, həmən özəlləşməyə gedilməlidir. Əks təqdirdə dövlət ağlagəlməyən ziyanlarla üz-üzə qala bilər.

    Amma neyləyəsən ki, bu istiqamətdə durğunluq davam etməkdədir. İstər Maliyyə Nazirliyindən, istərsə də Mərkəzi Bank tərəfindən hansısa təşəbbüsün olacağı gözlənilmir. Çünki bizim cəmiyyətdə proseslərə cərrahi müdaxilə daha məqbul sayılır. Baxmayaraq ki, terapiya ucuz başa gələn müalicə üsuludur. Cərrahiyyə isə müalicədən daha çox nəticəni aradan qaldıran bir yöntəmdir.
    Amma bəzi həkimlər üçün bu üsul daha sərfəlidir (xəstələr üçün yox). Bu gün bank-maliyyə sektorunda da Mərkəzi Bank cərrahiyyə üsuluna daha çox üstünlük verir. Son 5 ildə 20 bankın ləğv edilməsi (öldürülməsi) fikrimin əyani sübutudur. Ən pisi də odur ki, Mərkəzi Bank xəstə düşən bankı müalicə yolu (yəni maddi və hüquqi yardım yolu ilə) ilə sağaltmaq imkanı olan zamanlarda dayanıb-durur. Elə bil bankların qəsdən ölümcül vəziyyətə düşməsini istəyir. Gecikən müdaxilə isə heç də hər zaman uğurlu olmur. Çünki cərrahiyyə yolu çox zaman son ümid kimi qəbul edilir.

    Üstəlik gecikmiş müdaxilə digər orqanları da sıradan çıxarır. Necə ki, bağlanan banklar əhaliyə və sahibkarlara yüz milyonlarla manat ziyan vurdu. Nəticədə Mərkəzi Bankın bank-maliyyə sektoruna qarşı tutduğu cərrah mövqeyi həm ölkə iqtisadiyyatını çökdürür, həm də əhalini çətin duruma salır.

  • Sumqayıtda iki avtomobil toqquşdu

    Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Səməd Vurğun prospektində qeydə alınıb.

    Belə ki, “VAZ-31” markalı avtomobil sağa manevr edərkən BYD markalı avtomobilə çırpılıb.

    Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

  • Londona getmək istəyən azərbaycanlılara BƏD XƏBƏR

    Böyük Britaniya bu ölkəyə gələn bütün şəxslər üçün qaydaları sərtləşdirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib.

    “Xüsusi hotellərdə karantində qalmalı olan şəxslər də daxil olmaqla ölkəyə gələn bütün şəxslər səfərdən ən geci 72 saat əvvəl edilən testin nəticəsini təqdim etməlidirlər. İndi isə onlar karantinin ikinci və səkkizinci günləri PZR testləri verməli olacaqlar”, – deyə Henkok qeyd edib.
    Yeni sistem bazar ertəsi, fevralın 15-dən qüvvəyə minəcək. Britaniyada karantinin müddəti 10 gündür. İstəyənlər karantinin 5-ci günü test verə bilərlər. Əgər test neqativ çıxarsa, onlar özünütəcridi dayandıra bilərlər.

  • DİN Sumqayıtda avtobusu qaçıran və insanların həyatına təhlükə yaradan sürücü barədə

    Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə seqmentində Sumqayıt Polis İdarəsində vətəndaşın döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı yayılan iddialara cavab verib.

    DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır:

    “Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Ailə üzvləri ictimai təhlükəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayır.
    Daha böyük faciə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifəti sükana dəyib, burun çəpərinin zədələnməsi nəticəsində burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb”.

    Vətəndaşın zirzəmidə saxlanmasına toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib:

    “Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib”.

  • İdman zallarını açın və həftəsonu karantinini götürün: – Millət vəkili Qərargahı təcili qərar verməyə çağırdı

    Ölkəmizdə koronavirusa yoluxma sayı günü-gündən azalmaqdadır. Artıq gündəlik yoluxanların sayı yenə ikirəqəmli olub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər isə vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 231 198 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib, aktiv xəstə sayı 2689 nəfərdir.

    Ölkədə son sutka ərzində 3567, hazırkı dövrədək isə 2 456 650 test aparılıb.

    Məlumdur ki, pandemiya ilə əlaqədar tətbiq olunan bir sıra karantin tədbirləri vətəndaşların narazılığına səbəb olur.

    Yoluxma sayı kəskin azaldığı üçün tətbiq olunan məhdudiyyətlər yumşadıla bilərmi?

    Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, karantin qaydaları yumşadılmalıdır:

    “Həm də imkan verilməlidir ki, insanlar bir qədər fiziki immumitetlərini bərpa etsinlər. Bunun üçün idman zalları açılmalıdır. Harada ki, kütləvilik yoxdur, voleybol, basketbol zallarında idmanın bərpasına imkan verilməlidir. Çünki bu, olduqca vacibdir, insanlar idmansız qaldıqda daha çox immunitetlərini aşağı salırlar. Fikrimcə, təcili olaraq Operativ Qərargah meydançaların açılması ilə bağlı qərar verməlidir.

    Onsuz da açıq meydançalarda oynayanlar da qapalı məkanda soyunub-geyinirlər, yuyunurlar. Yoluxma riski onsuz da hər yerdə var. Bu cür qapalılıq həm idman infrastrukturunu dağıdır, onlar tamamilə müflisləşmiş vəziyyətdədir, həm də insanların idman vərdişlərini azaldır”.

    Həftəsonu sərt karantinin tətbiq olunması da vətəndaşlarda bir sıra narazılıqlar yaradır. Sanki həftənin beş günü pandemiya yayılmayacaq, yalnız şənbə və bazar günləri yayılacaq.

    Necə hesab edirsiniz, bu məsələdə də yumşalma olmalıdırmı? Millət vəkili bu suala cavabında bildirib ki, qaydalar da aradan qaldırılmalıdır:

    “Bəli, vətəndaş bundan da çox əziyyət çəkir. Həftəsonu karantini də aradan qaldırılmalıdır. Yoluxma artarsa, bunun saxlanmasını anlamaq olar. Amma indiki vəziyyətdə vətəndaşları bu cür sıxıntıda saxlamaq yalnışdır”.

  • “Məmurların villalarını bir yerə toplasan, Lüksenburq qədər ərazi yaranar”

    “Azərbaycanda bəzi deputatlar, məmurlar ölkədə olan kommunal xərcləri, ictimai nəqliyyatda gediş haqqını tez-tez Avropa ölkələri ilə müqayisə edərək, “görürsüz, bizdə ucuzluqdur” deyirlər. Amma heç biri Avropadakı maaşları, sosial yardımları, təqaüdləri yada belə salmırlar. Bu alma ilə armudu deyil, alma ilə süzməni müqayisə etmək kimi bir şeydir».

    N.Cəfərli bildirib ki, Azərbaycanda minimum əmək haqqı 250 manatdır: “Bugünkü məzənnə ilə 124 avro. Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda isə minimum əmək haqqı 332 avrodur, yəni 680 manat. Keçmiş SSRİ respublikalarından Litvada minimum əmək haqqı 642 avro (1315 manat), Estoniyada 584 avro (1197 manat), Latviyada isə 500 avrodur (1025 manat). Mən bilərəkdən Şərqi Avropa və keçmiş SSRİ-yə aid olan ölkələrdən misal çəkdim. Amma bizim bəzi qaltuklu müəllimlər Almaniyanı, Fransanı misal çəkirlər, Almaniyada minimum əmək haqqı 1614 avro (3308 manat), Fransada isə 1555 avro (3187 manat) təşkil edir. Minimum əmək haqqının ən yüksək olduğu ölkə isə Lüksenburqdur – 2202 avro (4500 manat), kiçicik bir ölkədir, bizim 20 məmurun villasını bir yerə toplasan, elə Lüksenburq qədər ərazi yaranar. Ağla-məntiqə ziyanlı olan müqayisələrlə bəzi məmurlar, deputatlar cəmiyyətdə olan narazılığı daha da artırdıqlarının fərqində belə deyillər…”

  • Nəsiminin “Sığmazam” qəzəli “Çukur” serialında (VİDEO)

    Nəsiminin “Sığmazam” qəzəli “Çukur” serialında (VİDEO)

    Türkiyənin məşhur serialında azərbaycanlı şairin qəzəli səsləndirilib.

    Artıq dörd sezondur izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Çukur” serialının 23-cü bölümündə İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri əsasında mahnı ifa olunub.