Month: February 2021

  • Чем отличаются смарт и механико-электронные газовые счетчики? – ВИДЕО

    В принципе и методе измерения расхода газа у счетчика с предоплатой (иначе называемого “смарт”) и механико-электронного устройства нет никакой разницы, процесс замера одинаковый. Строение внутренней части у обоих приборов также идентичное. Основное отличие у этих счетчиков – принцип оплаты и использования.

    Об этом сообщили в пресс-службе Производственного объединения (ПО) “Азеригаз”.

    Так, в одном случае, абонент заранее загружает на карту стоимость газа по счетчикам с предоплатой и получает заранее определенное количество голубого топлива, а затем использует полученный объем. В механико-электронном счетчике, наоборот, абонент использует природный газ заранее, а платит за него по факту. В смарт-счетчиках возможна предоплата посредством терминалов, а в механико-электронном аппарате оплата осуществляется в течение 30 дней через те же терминалы, банковские и интернет-ресурсы, пластиковые карты и мобильные приложения.

    Когда в счетчике с предоплатой заканчивается газ, подача его автоматически прекращается в любое время суток с помощью находящегося внутри клапана, что не происходит в обычном механико-электронном приборе. При установлении компактного передающего устройство (датчика) на него подача газа может быть прекращена, если абонент не произвел оплату в течение 30 дней.

    В отличие от счетчика с предоплатой, абонент может легко определить количество использованного газа в любое время с помощью механико-электронного устройства. В целом следует отметить, что в большинстве европейских стран смарт-счетчики очень редко используются.

    ПО “Азериагз” представило видео об этом:

  • İstifadədə olan qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərqlənir? – VİDEO

    “Öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir”.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

    “Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.

    Mexaniki-elektron sayğacda isə əksinə, abonent təbii qazdan öncədən istifadə edir və istifadə etdiyi qazın dəyərini sonradan ödəyir. Öncədən ödəniş tipli sayğacda ödəniş edilməsi karta məbləği yükləməklə terminallar vasitəsi ilə mümkün olur, mexaniki-elektron sayğacda isə ödəniş 30 gün müddətində terminallar, bank və internet resursları, bank kartı, mobil tədbiqlər vasitəsi ilə həyata keçirilir. Öncədən ödəniş tipli sayğacda vəsait bitdikdə qaz təchizatı sayğacın daxilindəki klapan vasitəsi ilə günün hər hansı bir vaxtında avtomatik rejimdə dayandırılır, adi mexaniki-elektron sayğacda isə qaz təchizatı dayandırılmır. Mexaniki-elektron sayğacın üzərinə kompakt ötürücü qurğu (sensor) quraşdırıldıqda isə abonent tərəfindən 30 gün müddətində qazın dəyəri ödənilməzsə, qaz təchizatı həmin qurğu vasitəsi ilə dayandırıla bilir.

    Öncədən ödəniş tipli sayğacla müqayisədə mexaniki-elektron sayğac vasitəsi ilə hansısa bir zaman kəsiyində istifadə edilmiş qazın həcmini abonent asan müəyyən edə bilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Avropanın əksər ölkələrində öncədən ödəniş tipli sayğacdan istifadə çox azdır”, – C.Səfərov bildirib.//oxu.az

  • “Ramiz Mehdiyev deyib ki, Baydenin 78 yaşında hakimiyyətə gəldiyini gördünüz, biz də gəlirik”

    “Ramiz Mehdiyevin fəallaşması onu deməyə əsas verir ki, suda batdığı üçün saman çöpündən yapışır. Ramiz Mehdiyev görür ki, xəyanətlərinin hamısı üzə çıxıb. Onun vaxtilə əlillik kağızı verdiyi Cəmil Həsənova müəyyən faktların ötürülməsi üzə çıxıb. O cümlədən özünü ana müxalifət adlandıranlarla əlaqəsi aşkarlanıb. Bu cinayətlərin hamısı ortadadır, ona görə də Mehdiyev çox isterik vəziyyətdədir”.

    “Ramiz Mehdiyev istər hakimiyyətdən, istər daxildə Azərbaycan xalqına xəyanət edən digər qüvvələrdən özünə dəstək yığıb. Bir neçə gün bundan əvvəl, “Baydenin 78 yaşında hakimiyyətə gəldiyini gördünüz, biz də gəlirik”,-deyib. Ona görə Mehdiyev çox ciddi fəallaşıb. Ona söz verənlər var”.

  • Azərbaycanda qanlı hadisə: Yaralılar var

    Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib.

    Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb.

    Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Erməni hərbçisi müəmmalı şəraitdə öldü

    Ermənistanda hərbçi müəmmalı şəraitdə dünyasını dəyişib.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki hərbi hissələrdən birində baş verib. Belə ki, müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə ölüb.

    Fakt üzrə təhqiqat aparılır.

  • Хабиб Нурмагомедов не планирует возобновлять карьеру

    Чемпион Абсолютного бойцовского чемпионата (UFC) в легком весе Хабиб Нурмагомедов заявил, что не намерен возобновлять карьеру.

    Как передает Median.Az, об этом сказал он в эфире “Матч ТВ”.

    “Я уже как бы отошел от дела, пусть ребята дерутся за титул. Не хочу, чтобы из-за меня дивизион застаивался. Может быть, оставлю в покое парня уже, пусть другие дерутся за титул”, – сказал боец.

    После победы над американцем Джастином Гэтжи на турнире UFC 254 на “Бойцовском острове” в Абу-Даби россиянин объявил о завершении карьеры. Всего действующий чемпион промоушена провел 29 поединков, в которых не потерпел ни одного поражения.

  • Həbib Nurməhəmmədovdan karyerası ilə bağlı açıqlama

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını bərpa edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, dağıstanlı döyüşçü “Matç TV”nin efirində yenidən peşəkar rinqə qayıtmayacağını açıqlayıb.

    O, artıq təqaüdə çıxdığını bildirib: “Mənə görə idmanın bu sahəsində durğunluq olmasını istəmirəm. Qoy, titul uğrunda gənclər mübarizə aparsınlar. Ümid edirəm ki, UFC-nin prezidenti Deyna Uayt bu sözlərimi eşidəcək və məni rahat buraxacaq”.

    Qeyd edək ki, 32 yaşlı idmançı karyerasını 2020-ci il oktyabrın 25-də ABŞ təmsilçisi Castin Getji ilə görüşdən sonra başa vurub. Onun irlandiyalı Konor Makqreqoru yenən amerikalı Dastin Porye ilə döyüşməkdən ötrü karyerasını bərpa edə biləcəyinə dair xəbərlər yayılıb. Nurməhəmmədov əvvəllər hər iki döyüşçü ilə üz-üzə gəlib və onları məğlubiyyətə uğradıb. Ümumilikdə o, 29 görüşün hamısında qələbə qazanaraq rekord göstəriciyə imza atıb.

  • Şirvanda yaşlı kişi iki bacını bıçaqladı

    Şirvanda iki qadın bıçaqlı hücuma məruz qalıb.

    “Qafqazinfo”nun məlumatına görə, Şirvan şəhər sakinləri – 1994-cü il təvəllüdlü İlahə Qasımova və onun bacısı, 1993-cü il təvəllüdlü Şəhla Qasımova qonşuları 1956-cı il təvəllüdlü Nəzərov Eyvaz Mehdi oğlu tərəfindən bıçaqlanıblar.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Граница между Россией и Азербайджаном может открыться для легковых авто

    Обсуждается возможность возобновления легкового транспортного сообщения между Азербайджаном и Россией через Республику Дагестан. Об этом sputnik.az  сообщил глава Исполнительной власти Магарамкентского района Фарид Ахмедов.

    С большой вероятностью эти планы могут быть реализованы в марте 2021 года. Однако более точно об этом станет известно чуть позже, предупредил глава администрации района.

    В частности, изучается возможность возобновления запуска передвижения через таможенный пропускной пункт “Ново-Филя”, который на территории Азербайджана состыкован с пропускным таможенным постом “Ширвановка”. Планы в этом направлении откладывались не раз, признался чиновник.

    В случае открытия границ для легкового транспорта больше не будет необходимости в создании дополнительного сухопутного коридора для граждан Азербайджана, желающих вернуться на родину в условиях закрытых в связи с пандемией COVID-19 границ.

    Из-за угрозы распространения коронавируса в апреле 2020 года Азербайджану и России пришлось временно закрыть границы между двумя странами, разрешив лишь транспортировку грузов через пост “Самур”.

    Тогда на российской стороне осталось немало граждан Азербайджана. Еще до сентября 2020 года власти республики раз в неделю вывозили своих граждан из Дагестана через специальный сухопутный коридор, организованный министерством иностранных дел и курируемый сразу несколькими государственными органами страны. После обострения эпидемиологической обстановки сухопутная граница между Россией и Азербайджаном полностью закрылась. В результате несколько сотен азербайджанцев остались на российской стороне, а впоследствии большинство их них разъехались по России.

    “Людей на дагестанской стороне уже не так много, как прежде. Еще две недели назад тут насчитывалось 32 человека. Все остальные уехали. Остались в основном мужчины. Они расположились в турбазе на территории Каякентского района. Живут за счет средств, выделяемых местной администрацией. Они выезжают, работают, зарабатывают. Живут достаточно нормально”, – пояснил чиновник.

    По его словам, также рассматривается вероятность открытия таможенных пропускных пунктов “Тагиркент-Казмаляр” в Дагестане и “Ханоба” в Азербайджане, через которые начнет курсировать грузовой транспорт.

    Напомним, ранее в Государственном таможенном комитете Азербайджане анонсировали строительство и открытие таможенного поста “Ханоба”, который должен устранить длинные очереди на таможенно-пропускных пунктах в северном направлении. Это поможет разгрузить таможенно-пропускной пункт “Самур”, который работает в усиленном режиме. Ежедневно по линии контроля экспорта ТПП “Самур” проходит в среднем около 250 единиц грузового транспорта.

  • “Karantin rejiminin bitməsi bayramı”nı qeyd edənlər cərimələndilər – RƏSMİ

    Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən “Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb.

    Bununla bağlı DİN-dən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq, obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

    Fevralın 5-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.

    Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

    Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib.

    Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.