Month: February 2021

  • Prezident İlham Əliyev: “Bizim yeni planlarımız var”

    “Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini, həqiqətən də, nümayiş etdirir”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

    “Bizim yeni planlarımız var. Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik. Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır”, – dövlət başçısı vurğulayıb.

  • Путин и Пашинян обсудили по телефону ситуацию в Армении

    Президент России Владимир Путин и премьер-министр Армении Никол Пашинян обсудили по телефону ситуацию в республике.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил в четверг пресс-секретарь российского лидера Дмитрий Песков.

    Телефонный разговор состоялся по инициативе армянской стороны.

    “Была обсуждена ситуация в Армении… Путин высказался в пользу сохранения порядка и спокойствия в Армении, урегулирования ситуации в рамках закона”, – отметил пресс-секретарь.

    “Глава российского государства также призвал все стороны к сдержанности”, – добавил Песков.

  • Putinlə Paşinyan arasında telefon danışığı olub

    Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun verdiyi məlumata görə, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub və Ermənistandakı son vəziyyət müzakirə olunub:

    “Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb”.

  • AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır

    Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

    “Azərbaycan Hava Yolları” qeyd olunan marşrut üzrə həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar “Borispol” hava limanına həyata keçiriləcək. 
    Bu barədə AZAL-dan məlumat verilib. 

    Bildirilib ki, sərnişinlər biletləri www.azal.az saytı vasitəsilə əldə edə, habelə mövcud cədvəllə tanış ola bilərlər.
    Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

    – Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdu. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine
     
    – koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdu: https://www.azal.az/az/information/covid-clinics
    Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

    – Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;
    – koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

    Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaqdır.

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

    Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar.
    Eyni zamanda, pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

  • İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”

    İtaliyanın “ElectoMagazine” onlayn qəzetində Enrico Tosellinin müəllifliyi ilə “Xocalı qırğınından 29 il sonra, azərbaycanlılar ədalət istəyir” başlıqlı Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib.

    Bu barədə Azərbaycanın İtaliyadaki səfirliyi məlumat yayıb.

    Bildirilib ki, müəllif 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 63 uşaq, 106 qadın və 70 qoca olmaqla 613 mülki azərbaycanlıya qarşı amansız qətliam törədilmiş Xocalı faciəsinin hər il anıldığını, sözügedən qətliamı törədənlərin hələ də cəzasız qaldığını bildirib.

    Müəllif Xocalıda baş verənlərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İnsan Haqları Məhkəməsinin fikirlərinə yer verərək, bu kimi insanlıq əleyhinə amansız faciələrin beynəlxalq təşkilatlar tərəfindən qınanılmasının kifayət etmədiyini, bu faciələrin səbəbkarlarının cəzalandırılmasının vacibliyini vurğulayıb. Xocalı faciəsinin tanıdılması üçün beynəlxalq səviyyədə addımların davam etdirilməsinin vacibliyindən söz açan müəllif müxtəlif ölkələrin qanunverici orqanları tərəfindən Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə sənədlər qəbul edildiyini bildirib.

    Müəllif, həmçinin 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı müharibə cinayətlərinin törədildiyini, çoxsaylı mülki evlərin, məktəblərin, xəstəxanaların və digər strukturların hədəf alındığını qeyd edib.

    Məqalədə Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi və həmin ərazilərdə yenidən sülh və əmin-amanlıq içində birgəyaşayışa nail olmaq istədiyi, ancaq Xocalı qətliamının günahkarlarının nəhayət cəzalandırılmasını və qurbanların ailələrinə lazımi təzminatın ödənilməsini tələb etdiyi qeyd olunur.

    Məqaləyə aşağıdakı keçid vasitəsilə baxmaq mümkündür:

    https://electomagazine.it/a-29-anni-dalla-strage-di-khojaly-gli-azeri-chiedono-giustizia/

  • Türkiyəyə məxsus tarixi əsərlər Macarıstandan qaytarılacaq

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Macarıstana rəsmi səfəri zamanı ölkəsinə məxsus rəsm əsərlərini təhvil alıb.

    “Anadolu” agentliyi xəbər verir ki, altı il əvvəl həyata keçirilən əməliyyat nəticəsində Macarıstan sərhədində qədim Roma dövrünə aid 412 tarixi əsər ələ keçirilib.

    Çavuşoğlunun macarıstanlı həmkarı Peter Szijarto ilə görüşdə təhvil aldığı həmin əsərlər Türkiyədə Anadolu Mədəniyyətləri Muzeyində sərgilənəcək.

  • Xocalının uşaq qurbanlarının manikenləri İsveçrənin əsas meydanlarında

    Xocalı soyqırımının ildönümü ilə əlaqədar İsveçrə Konfederasiyasında məlumatlılığın artırılması və faciə ilə bağlı İsveçrə ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilməkdədir.

    Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyi məlumat yayıb.

    Bildirilib ki, bu məqsədlə səfirliyin dəstəyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Q. Nəsirovun təşkilatçılığı ilə İsveçrə Konfederasiyasının şəhərlərində “Xocalı Həftəsi” təşkil edilib.

    “Xocalı Həftəsi” çərçivəsində Xocalı soyqırımı nəticəsində qətlə yetirilən uşaqların şəkillərindən ibarət insan ölçüsündə olan qalın dayanacaqda hazırlanmış manikenlərdən ibarət sərginin İsveçrənin şəhərlərində göstərilməsinə başlanıb. Artıq ilk tədbir bu gün Cenevrə şəhərinin mərkəzi meydanında baş tutub.

    Qeyd olunur ki, maketlərin üzərində qətlə yetirilmiş uşaqların şəkilləri və maketlərin sinəsində Xocalı faciəsinin tarixini göstərən QR kodlar yerləşdirilib. Eyni zamanda, maketlərin üzərində broşurlar üçün xüsusi yer ayrılıb və bir tərəfində Xocalı soyqırımı ilə bağlı məlumat, digər tərəfində isə sülhü təmsil edən oriqami əks olunan broşurlar hazırlanıb. Burada da məqsəd bütün yaşdan olan sakinlərin, xüsusilə uşaqların diqqətini cəlb etməkdir. Broşurların üzərində “How much more evidence do you need to recognize Khojaly Genocide?” ifadəsi yer alıb.

    Cenevrədə baş tutan sərgi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Onlara Xocalı faciəsi ilə bağlı ətraflı məlumatı özündə ehtiva edən broşurlar təqdim edilərək erməni vandalizminin qınanılmasının vacibliyi qeyd olunub.

    Səfirlikdən verilən məlumata əsasən, eyni kontekstli sərgi Bern, Sürix və Bazel şəhərlərinin mərkəzi meydanlarında da keçiriləcək.

    Qeyd olunur ki, COVİD-19 pandemiyası ilə əlaqədar irimiqyaslı tədbirlərin həyata keçirilə bilmədiyi dönəmdə bu formatlı tədbirlərin keçirilməsinin məqsədəuyğunluğu nəzərə alınıb.

  • Martın 15-dən karantin rejimi sərtləşdirilir? – AÇIQLAMA

    Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu artım bir çoxlarında yenidən sərtləşmə ehtimalı ilə bağlı fikirlər ortaya çıxarıb. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramına kimi karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlıdır. Martın ikinci yarısından sonra Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

    Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son iki günün koronavirusa yoluxanların statistikası ürəkaçan olmadı:

    “Yoluxanların sayı sağalanlardan çox oldu. Ancaq vaksinasiya prosesi davam edir. Ümid edirik ki, vaksinasiya yoluxanların sayının artmasına imkan verməyəcək. 65 yaşdan yuxarı vətəndaşlarımız vaksinin iknci dozası da vurulub. Hazırda 50 yaşdan yuxarı insanların vaksinasiyasına başlanılıb. Ümid edək ki, gündəlik yoluxanların sayı azalmağa doğru getsin. Əgər yoluxanların sayı artmasa və stabil qalsa sərtləşmə olmayacaq. Ona görə də maskadan düzgün istifadə və qaydalara əməl etmək vacibdir. İnsanlarımız qaydalara əməl etməlidir ki, Novruz bayramına qədər yenidən sərtləşmələr olmasın”.

  • “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə sərəncam imzalayıb.

    Median.Az
    AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 263-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun 3-cü maddəsindən irəli gələrək, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılır:

    İşçi Qrupun rəhbəri

    Azərbaycan Respublikasının energetika naziri

    İşçi Qrupun üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.

    2. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

  • Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə

    III Avropa Oyunlarının Polşanın Krakuv şəhərində keçirilməsi hələ də rəsmi təsdiqini tapmayıb.

    Krakuv şəhər rəhbərliyi təşkilatçı ev sahibi kimi imzalamalı olan müqaviləyə qol çəkməyib.

    Şəhər meri Yatsek Mayxrovskinin sözçüsü Monika Xılaşek “Vıborça”ya açıqlamasında yerli hökumətdən hələ də lazımi maddi dəstək ala bilmədiklərini, dövlətin lazımi infrastruktur üçün subsidiyalar ayırmalı olduğunu qeyd edib.

    Polşa baş nazirinin müavini Yatsek Sasin isə RMF FM-ə açıqlamasında qarşı tərəfi günahlandırıb: “Oyunların təşkilatçısı Krakuvdur, hökumət deyil”.

    Avropa Olimpiya Komitəsi (AOK) isə “Inside the Games”ə göndərdiyi cavabda tezliklə müqavilə imzalanacağından əmin olduqlarını bildirib:

    “AOK heyəti martın əvvəlində Polşaya gedəcək və təşkilatçılar, yerli hakimiyyət orqanları və Milli Olimpiya Komitəsi ilə bir sıra vacib məsələlər müzakirə olunacaq”.

    “Vıborça”nın iddiasına görə, III Avropa Oyunlarının məkanı dəyişdirilərək Polşanın Sileziya (Şlonsk) regionuna (böyük ehtimalla, Vrotslav şəhərinə – S.M.) salına bilər. Lakin Sasin bildirib ki, şəhər rəhbərliyi lazımi müqavilə öhdəliyini yerinə yetirdikdən sonra hökumət maliyyəyə ehtiyac olub-olmadığını müəyyənləşdirəcək.

    Artıq bir dəfə oxşar hadisə yaşanıb. 2019-cu ildə gənclərin Avroviziya mahnı müsabiqəsi oxşar vəziyyətə görə Krakuvdan Sileziyadakı Qlivitse şəhərinə keçirilib.

    Onu da bildirək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “CBC Sport” telekanalına müsahibəsində yaranmış qalmaqalın şəhər merinin müxalifət partiya nümayəndəsi olması ilə bağlı olduğunu bildirib.

    Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə ilk dəfə Bakıda (o cümlədən Mingəçevirdə) keçirilib. İkinci belə yarış isə iki il əvvəl Belarusun paytaxtı Minskdə baş tutub.