Month: February 2021

  • İran koronavirusa qarşı öz vaksinini təqdim etdi

    İran səlahiyyətliləri koronavirusa qarşı “Razi Cov Pars” adlı peyvənd layihəsini təqdim ediblər. Dərmanın klinik sınaqları yaxın günlərdə başlamalıdır.

    AFP-nin məlumatına görə, bu barədə İran Milli Peyvənd Komitəsinin üzvü Məsud Süleymani xəbər verib.

    Onun sözlərinə görə, vaksin “Razi” Peyvənd və Serum Araşdırma İnstitutunda hazırlanıb. Klinik sınaqların birinci mərhələsinin əvvəlində 18-55 yaş arası 13 könüllü peyvənd olunacaq.

    Qeyd edək ki, ümumilikdə İranda koronavirusa 1.4 milyondan artıq insan yoluxub, 58 mindən çox şəxs ölüb.

  • Обнародованы кадры села Гезьян Губадлинского района – ФОТО/ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало кадры села Гезьян Губадлинского района, освобожденного от армянской оккупации в ходе 44-дневной Отечественной войны.

  • Qubadlının Qəzyan kəndindən – VİDEO

    Müdafiə Nazirliyi Qubadlı rayonunun Qəzyan kəndinin videogörüntülərini yayıb.

    Median.Az həmin görüntüləri təqdim edir.

  • COVID-19 testini telefonla keçmək mümkün olacaq

    Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar.

    Zahirən flashcarda bənzəyən yeni cihaz telefona taxılandan sonra üzərinə yerləşdirilən birdəfəlik test zolağına burundan götürülən mayenin bir neçə damlası çəkilir.

    Tədqiqatın rəhbəri professor Sabin Szünerits adi tüpürcəklə testdən keçməyin mümkün olacağı cihaz üzərində çalışdıqlarını bildirib.

    Onun sözlərinə görə, koronavirusun ətrafındakı spayk proteinlər cihazdakı elektrik sahəyə təsir edərək elektrik siqnalının gücünü dəyişdirir.

    Yeni cihaz 10 dəqiqə ərzində nəticəni göstərir və 90 faizlik səmərəyə malikdir. Testin nəticəsi qrafik və rəqəmlərlə birgə telefonun ekranına gəlir.

    Hazırda müəlliflər tam klinik sınaqlardan keçmiş yeni cihazın istehsalı üçün sponsor axtarırlar.

    ///Report

  • Рашад Набиев произвел новое назначение

    В Министерстве транспорта, связи и высоких технологий произведено новое назначение.

    Как сообщает Report, приказом министра Рашада Набиева Асиф Исмаилов назначен заместителем главы Аппарата ведомства.

    Напомним, что занимавший указанную позицию Замин Нурахмедов был уволен на прошлой неделе.

    Отметим, что А. Исмаилов возглавлял отдел внедрения электронного правительства в Минсельхозе.

    Кроме того, приказом министра была освобождена от должности заведующая отделом финансов и отчетности Минсвязи Гюльру Гусейнова.

  • Rusiyada hərbi təyyarə qəza enişi edib – VİDEO

    Rusiyaya məxsus “An-12” hərbi təyyarəsi Kuril adaları ərazisində qəza enişi edib.

    “İnterfaks” agentliyi bu barədə hərbi mənbələrə istinadən xəbər verir.

    İlkin məlumata əsasən, sərt eniş əlverişsiz hava şəraiti səbəbindən baş verib.

  • Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Komitənin sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə dörd məsələ daxil edilib.

    Öncə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələni təqdim edən komitə sədri bildirib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərin bir çoxu nəzərə alınıb.

    Onlayn iclasda aparılan müzakirədə deputatlar qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılmasını, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olmasını (birinci oxunuşda hər litr üçün 220 manat idi) nəzərdə tutan dəyişikliklərə müsbət münasibət bildiriblər.

    Sonra “İşsizlikdən sığorta haqqında” Qanunda edilən dəyişikliklə bağlı (İkinci oxunuş) məlumat verilib ki, təklif olunan dəyişikliyə əsasən, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

    Komitə sədri bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişikliyə (ikinci oxunuş) görə, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.

    İclasda deputatların nəzərinə çatdırılıb ki, “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanunda edilən dəyişiklik (birinci oxunuş) Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

    Onlayn iclasda gündəlikdəki qanun layihələri ətraflı müzakirə olunub. Deputatlar Ziyad Səmədzadə, Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Anar Məmmədov, Mahir Abbaszadə, Rüfət Quliyev, İqbal Məmmədov, Ağalar Vəliyev, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Anar Məmmədov rəy və təkliflərini bildiriblər.

    Fikir mübadiləsinin yekununda komitədə baxılan bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

  • В Азербайджане выявлены 164 новых случая инфицирования коронавирусом, скончались двое человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 164 новых случая инфицирования коронавирусом, 330 человека вылечились и были выписаны домой.

    Об этом 9 февраля сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 231 362 человека, 3 163 из них скончались, 225 678 – вылечились, 2 521 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 463 610 тестов на COVID-19 (за последние 24 часа – 6 960).

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 164 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

    Ötən müddət ərzində 6960 nəfər koronavirus üçün testdən keçib.

    Hazırda ölkədə 2521 aktiv koronavirus xəstəsi var.

  • Bakı metropolitenindən yeni açıqlama – Fəaliyyətini bərpa etməyə hazırdır

    Bakı metropoliteni sərnişin qəbulunu dayandırmasına baxmayaraq, fəaliyyətini bərpa etməyə hazırdır.

    Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, sərnişindaşımadan asılı olmayaraq, metroda bütün infrastruktur işlək və saz vəziyyətdə qorunub saxlanılır: “Bakı metropoliteninin pandemiya dövründə sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi birbaşa olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Buna baxmayaraq, metronun infrastrukturu sərnişindaşıma fəaliyyətindən asılı olmayaraq texnoloji proseslərə söykənən amildir.

    Bu müvafiq normativ sənədlərə, o cümlədən texniki istismar qaydalarına uyğun həyata keçirilir. Pandemiya dövrünün şərtlərindən asılı olmayaraq, metropoliten fəaliyyətə başladığı müddətdən bu günə qədər bu proseslər normativ sənədlərə uyğun tənzimlənir. Hazırda da bu proses davam etdirilir”.

    B.Məmmədov deyib ki, metronun sərnişin qəbuluna icazə veriləcəyi təqdirdə bütün stansiyalar fəaliyyətə başlamağa hazır vəziyyətdədir.