Month: February 2021

  • Оштрафованы лица, праздновавшие “окончание карантинного режима” – ОФИЦИАЛЬНО

    В социальных сетях были распространены видеокадры праздничного мероприятия в ресторане Muğam ocağı, расположенного на территории Низаминского района Баку.

    Об этом говорится в сообщении МВД Азербайджана.

    Отмечается, что данные видеозаписи были изучены, установлены арендатор объекта, организаторы и участники мероприятия. Все они были вызваны в соответствующий орган полиции и привлечены к административной ответственности.

    Отметим, что 5 февраля группа сотрудников одной из парфюмерных компаний организовала мероприятие под предлогом празднования окончания карантина, грубо нарушив установленные в период пандемии правила и требования.

    С арендатором и обслуживающим персоналом ресторана были проведены профилактические беседы, они были проинформированы о важности соблюдения правил карантинного режима.

    В отношении 15 человек был составлен протокол в соответствии со статьей 211 Кодекса об административных правонарушениях АР.

    Арендатор объекта был оштрафован на 4 000 манатов, остальные нарушители – на 200 манатов каждый.

  • 155 ictimai iaşə müəssisəsində pandemiya tələbləri kobud şəkildə pozulub

    155 ictimai iaşə müəssisəsində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.

    Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4-8 fevral tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1 977 ictimai iaşə müəssisəsində 3 251 monitorinq həyata keçirilib.

    Monitorinq keçirilən 155 ictimai iaşə müəssisəsində qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

    Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə pandemiya dövrünün tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

  • Salyanda 38 yaşlı kişi itkin düşüb

    Salyan rayonunda 38 yaşlı kişi itkin düşüb.

    “Report”un Aran bürosunun məlumatına görə, rayonun Kürqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədov Niyaməddin Məzahim oğlu ötən il dekabrın 30-u saat 15:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.

    Yaxınlarının dediyinə görə, N.Məmmədov Salyanın avtovağzal ərazisində meyvə satmaqla məşğul olub. Həmin gün ona zəng gəlib, dükanda işləyən Rəşad adlı şəxsə satdığı meyvələri tapşırıb, mən getdim, ola bilsin, qayıtmadım deyib. Bu günə kimi ondan heç bir məlumat yoxdur. Bu barədə Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.

    N.Məmmədovu görənlərdən Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri və ya 055 623 69 76 nömrəli telefonla əlaqə saxlamaları xahiş edilir.

  • Salyanda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib – FOTO/VİDEO

    Salyan rayonunda yerləşən Şirvan kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib.

    “Report” xəbər verir ki, reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balıqçılar ittifaqı ilə birlikdə təşkil olunub.

    Aksiyanın məqsədi sintetik torlar vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir.

    3 saylı regional ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli bildirib ki, reydlər davam etdiriləcək:

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Balıqçılar İttifaqı ilə birgə Baş Şirvan kollektorunun Xəzər dənizinin mənsəbində brokonyerliyə qarşı kollektor hövzəsində quraşdırılmış qanunsuz balıqovlama alətlərinin demontaj edilməsi ilə bağlı tədbirlərə başlamışıq. Üzü Salyan yolu istiqamətində tədbirlərimiz davam etdiriləcək”.

    Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə deyib ki, yaz qabağı balıqların kürütökmə mövsümünə hazırlıq getdiyinə görə ETSN ilə birgə Şirvan kollektorunda qanunsuz balıq ovuyla məşğul olan, burada qurulan qanunsuz alətləri aşkarlanaraq məhv ediləcək:

    “Azərbaycanın təbiətini, dənizini qorumaq onun sərhəddini qorumaq kimidir. Bu işlər Azərbaycanın gələcəkdə bioresuslarının artmasına böyük yardım edək. Gələcək nəsillər də bunun səmərəsini görsün”.

    Qeyd edək ki, balıqçılar milli parkın yaxınlığından keçən baş Şirvan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə brokonyerliklə məşğul olurlar.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçildi – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.

    Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib.

    Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı ifadə edərək, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakına, ictimai nəzarətin təmin olunmasına xidmət edir. Qanunvericiliyə uyğun olaraq İctimai şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.

  • В Милли Меджлисе прошла встреча со спортсменами и участником Отечественной войны – ФОТО

    Сегодня в комитете по делам молодежи и спорта Милли Меджлиса состоялась встреча с участником Отечественной войны Юсифом Ахмедовым и группой спортсменов.

    В ходе встречи зампред парламента, председатель комитета по делам молодежи и спорта Адиль Алиев рассказал о великой Победе нашей доблестной армии под командованием победоносного Верховного Главнокомандующего Ильхама Алиева.

    Была отмечена важность успешных достижений также и в области спорта. Вице-спикер подчеркнул необходимость более тщательной подготовки наших спортсменов к соревнованиям, учитывая репутацию Азербайджана как организатора международных олимпиад.

    В завершение встречи участник Отечественной войны Юсиф Ахмедов и некоторые спортсмены, достойно представлявшие нашу страну на международных соревнованиях, были награждены Почетными дипломами Комитета по делам молодежи и спорта Милли Меджлиса.

  • Milli Məclisdə Vətən müharibəsinin qazisi və idmançılarla görüş keçirilib – FOTO

    Fevralın 9-da Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

    Görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizin yaddaşına qızıl hərflərlə düşməsi, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Vitse-spiker əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

    A.Əliyev döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, idmanın ölkəmizdə daim diqqət mərkəzində olmasını, Azərbaycanın dünyada idmana ən çox önəm verən ölkələrdən olduğunu bir daha qeyd edib. Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq idmançılarımızın da yarışlara daha əzmlə hazırlanmasının zəruriliyini bildirib.

    Görüşün sonunda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.

  • Bakıda sökülən yataqxananın sakinləri yeni binaya köçürüləcək

    Bakıda Məişət Kondisioneri Zavodunun yataqxanası sökülür, binada yaşayan sakinlər müvəqqəti olaraq kirayə evlər çıxarılıblar.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

    Qeyd olunub ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl sakinlər tərəfindən icra hakimiyyətinə müraciətlər daxil olub, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib və onun sökülməsinə qərar verilib:

    “Həmin binada siyahıyaalma işləri aparıldı və orada 146 ailənin yaşadığı məlum oldu. Onlara öncə 30 kvadratmetrə görə 30 min manat və əşyaların köçürülməsinə görə 500 manat, 30 kvadratmetrdən yuxarı olan mənzillərin hər kvadratına görə isə 1000 manat təklif olunmuşdu. Orada yaşayan sakinlər bu təkliflə razı olmadılar, bildirdilər ki, onlar bu qiymətə ev ala bilməyəcəklər. Bundan sonra icra hakimiyyəti podratçı şirkətlə müqavilə bağladı və orada yaşayan sakinlər binanın yerində tikiləcək yeni yaşayış binasına köçürüləcəklər”.

    Qeyd edək ki, yeni binanın 2022-ci ildə istifadəyə verilməsi gözlənilir.

  • Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb

    2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər olub.

    Muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artıb.

    Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

  • “Mançester Yunayted”in oyunu “Yuventus”un stadionunda

    Avropa Liqasının 1/16 final mərhələsində “Real Sosyedad” – “Mançester Yunayted” arasında ilk oyun İspaniyada keçirilməyəcək.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya rəhbərliyi İngiltərədə yayılan yeni bir koronavirus növünün yayılma riski səbəbindən ingilis komandasının ərazilərində olmasına icazə verməyəcək.

    “El Diario Vasko”nun verdiyi məlumata görə , görüş Turində, “Yuventus”un ev stadionunda keçiriləcək. Cavab oyunun da çox güman ki, neytral arenada da keçiriləcəyi bildirilir.

    Qeyd edək ki, “Real Sosyedad” – “Mançester Yunayted” matçı fevralın 18-də oynanılmalıdır. Cavab görüşünün 25 fevralda keçirilməsi planlaşdırılır.