9 февраля Президент Азербайджана Ильхам Алиев принял государственного министра Великобритании по делам европейского соседства и Америки Венди Мортон.
Об этом сообщает АЗЕРТАДЖ.
Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.
Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb.
Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılıb, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.
Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılmışdır.
Neftçala rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək, məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək, döyüş hazırlığı ilə məşğul olur”.
“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
Onun sözlərinə görə, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur:
“Qoşunların şəxsi heyətinə yüksək texnoloji silahlar praktiki şəkildə öyrədilir”.
Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Orucov Elşad İlham oğlu bu gün evdən çıxaraq geri qayıtmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə E.Orucovun atası Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
Qeyd edək ki, E.Orucov bu gün atası ilə telefonla danışaraq atasına borcunu olduğunu bildirib və borcu verilməsə, özünü öldürəcəyini bildirib.
Onu da qeyd edək ki, E.Orucovun avtomobili Qarabağ kanalının Bərdə rayon Mirzəlbəyli kəndindən keçən hissəsindən tapılıb.
Hazırda Bərdə rayon polis şöbəsi tərəfindən E.Orucovun axtarışı davam etdirilir.
Koronavirusu olan hamilə qadınlarda infarkt riski 25 dəfə, venoz tromboembolizm isə ikiqat artıb.
Median.Az xəbər verir ki, bu barədə Amerikanın Brigham və Qadın Xəstəxanasının mütəxəssisləri məlumat verib. Bildirilib ki, araşdırmalarının nəticələri “JAMA” Daxili Xəstəliklər portalında dərc edilib.
Rus tədqiqatçılar qərbdəki həmkarlarının bu fikrini təsdiqləyib. Rusiyalı ginekoloq Nadejda Stuleva bildirib ki, kovid xəstəliyi olan gələcək anaların ürək-damar ağırlaşmaları riski artmaqdadır.
“Hamiləlik dövründə qan laxtalanması 10 qat artır. Bir qadın hamiləliyini və müalicəsini davam etdirmək üçün xəstəxanaya müraciət edərsə, bu, laxtalanmanı 18 qat artırır”, – ekspert bildirib.
COVID-19-un hemostatik sistemi güclü şəkildə işə saldığı, damarlarda mikrosirkulyasiyanın pozulmasına səbəb olduğu qeyd olunur. Təhlükəli simptomlar inkişafının qarşısını almaq üçün kovidli hamilə xəstələr mümkün qədər diqqətli olmalıdırlar. (publika.az)
Həkimlər bu qənaətə gəlib ki, koronavirusa yenidən yoluxma halları immunitetin azalması fonunda və ya orqanizmdə patogenin aktivləşməsi nəticəsində baş verir.
Median.Az xəbər verir ki, tədqiqatın nəticələri “BMJ Case Reports” jurnalında dərc edilib. Bir insanın yenidən koronavirus xəstəliyinə tutulması halları olduqca nadirdir, bu səbəbdən də alimlər həqiqətən xəstəliyin təkrarlanması və ya virusun uzun müddət mövcud olması ilə əlaqəli birmənalı nəticəyə gəlməmişdi. Yale Universitetinin tibb fakültəsinin mütəxəssisləri 40 yaşlı kişinin ilk yoluxmadan dörd ay sonra yenidən virusa yoluxma səbəblərini araşdırıb.
Xəstə ilk dəfə xəstəxanaya 2020-ci ilin aprelində müraciət edib. Nəfəs almaqda çətinlik çəkib, eyni zamanda şəkərli diabeti, tiroid funksiyası çatışmazlığı olub. Müalicə zamanı xəstədə ağırlaşmalar baş verib, mədə qanaması, sətəlcəm və böyrək çatışmazlığı ortaya çıxıb. Müalicələrdən sonra kişi sağalıb və evə buraxılıb.
Lakin onda dörd ay sonra yenidən koronavirus aşkarlanıb və boğulma hücumları başlayıb, bununla da yenidən klinikaya yerləşdirilib. İkinci dəfə xəstəlik daha yüngül keçib və bir həftə sonra xəstə evə buraxılıb.
Tədqiqatçılar xəstədə iki ayrı infeksiya yoluxmasının olduğu qənaətinə gəlib. Belə ki, pasiyent ikinci yoluxmanı ilk yoluxmadan qazandığı immunitet fonunda daha asan keçirib. (publika.az)
ABŞ-ın “Apple” və Cənubi Koreyanın “Hyundai” şirkətləri arasında elektromobillərin istehsalı üzrə aparılan danışıqlar uğursuz olub.
“The Wall Street Journal” nəşri bildirib ki, bu bərədə “Hyundai” şirkəti və qismən ona məxsus olan “Kia Motor” məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı tərəflər arasında danışıqların getdiyini və 2024-cü ildə elektrik avtomobillərinin birgə istehsalına başlanılacağını bəyan edib. Elektromobillərin ABŞ-ın Corciya ştatının Vest Point şəhərindəki Kia zavodunda istehsal ediləcəyi bildirilib.
Член Палаты представителей США Рон Райт от штата Техас скончался от осложнений коронавирусной инфекции.
Как передает Median.Az со ссылкой на CNN, Райт стал первым конгрессменом США, который умер от коронавируса.
Ему было 67 лет. Депутат получил положительный тест 21 января. Сам Райт отмечал, что имел легкие симптомы болезни. Также заболела его жена.
Его пресс-служба сообщила, что у Райта также был рак легких, его диагностировали летом 2019 года.
“В течение последних нескольких лет конгрессмен Райт при лечении рака придерживался строгого рабочего графика в Палате представителей США и дома, в округе № 6 в Техасе”, — отметили там.