Month: February 2021

  • ABŞ-da senator koronavirusdan ölüb

    ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ron Rayt koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə “The Hill” yazıb.

    “Konqres üzvü Ron Rayt 7 fevral 2021-ci ildə vəfat etdi”, – qanunvericinin nümayəndələri bildiriblər.

    Raytın 67 yaşı vardı. Onda koronavirus yanvarın sonunda aşkarlanıb.

    Bu, hazırkı Konqres üzvləri arasında koronavirusdan ilk ölümdür. Məlumata görə, senator xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

  • Vatsapda yeni funksiya yaradılacaq

    Vatsap messenceri video bölməsində yeni funksiyanı sınaqdan keçirir.

    Median.Az xəbər verir ki, bu barədə “WABetaInfo” bildirib.

    Portalın məlumatına görə, videoçarxların redaktəsi zamanı xüsusi nişan əks olunacaq. İstifadəçi ondan istifadə etməklə hər hansı videoçarxı kəsilmiş səslə göndərə biləcək.

    Funksiya hələ 2.21.3.13 beta versiyasında mövcuddur və sınaq mərhələsindədir. Portal eyni zamanda yeniləmə zamanı messencerə başqa stiker dəsti əlavə edəcəyini, eyni zamanda qrup söhbətində ad çəkmə funksiyasını da təkmilləşdirəcəyini qeyd edib.

  • В известной бакинской клинике вспыхнул пожар

    В клинике Baku Medical Plaza, расположенной на проспекте Бабека в Хатаинском районе столицы, вспыхнул пожар.

    Согласно полученным данным, на место происшествия привлечены сотрудники пожарной охраны и полиция.

    Информация об этом распространена в соцсетях.

  • Bakının məşhur klinikasında yanğın baş verib – YENİLƏNİB + FOTO

    Xəbər verdiyimiz kimi bu gün Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib.

    Hadisə ilə bağlı klinikanın “Instagram” səhifəsində məlumat paylaşılıb.

    Bildirilib ki, “Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş verib.

    “Hadisə qısa vaxt ərzində lokallaşdırılıb. Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə edilib. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb” – deyə, bildirilib.

    ***

    Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verilib.

    Verilən məlumata görə, əraziyə yanğınsöndürənlər və polis cəlb edilib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

  • Şəhid əsgərin atası: “Oğlumun tabutunu mənə verən polkovnik dedi ki…” FOTO

    44 günlük Vətən müharibəsində canını fəda edərək Azərbaycan gəncliyinə baş ucalığı gətirən qəhrəman döyüşçülərin sırasında Taleh Zamanov kimi əsgər balalarımızın da olması insanı həm kövrəldir və həm də qürurlandırır.

    Taleh Valeh oğlu Zamanov 7 aprel 2002-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində sadə kəndli ailəsində anadan olub. Atası Valeh kişi Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ailədə iki qardaş olublar. 17 yaşlı qardaşı Həsənağa da hərbi xidmətə yollanmağa hazırlaşır. Anası Səltənət xanım evdar qadındır.

    T.Zamanov 2018-ci ildə yaşadıqları qəsəbədə yerləşən şəhid Cəlal Məmmədov adına orta məktəbi bitirib. O, 2019-cu il may ayının 6-da hərbi xidmətə yollanıb. Xidmətinə cəbhə xəttinin Goranboy rayonunda yerləşən hərbi hissələrindən birində başlayıb. Taleh qısa vaxt ərzində yiyələndiyi sərrast atıcılıq bacarığına görə komandirlərinin diqqətini cəlb edib.


    “Kasıb ailə oldğumuzdan Taleh fəhləlik edib ailəmizin dolanışığına köməklik edirdi. Əsgər getdiyi ərəfədə alın təri ilə qazandığı puluna hərəmizə bir telefon alıb bağışlamışdı. Onun yoxluğuna heç cür inanmağım gəlmir, o qədər zirək uşaq idi ki… Elə bilirəm nə vaxtsa mütləq geri dönəcək”, – deyə anası Səltənət xanım kövrəlir.

    Atası Valeh kişi isə deyir ki, əsgər olduğu 8 ay müddətində bir dəfə də olsun onun yanına gedə bilməyiblər: “Pandemiya ilə bağlı məhdudiyyətlərə görə gedib Talehi görə bilmədik”.

    “Əsgər gedəndə elə sevinirdi ki… Sanki uçurdu uşaq. Kimi görürdüsə, deyirdi “əsgər gedirəm e, Vətənimizi qorumağa gedirəm”. Sentyabr ayının 30-da mənə zəng vurub hal-əhval tutdu. Dedim “bala, müharibəyə görə səndən nigaranam”. Gülüb cavab verdi ki, “müharibə-zad yoxdu, narahat olub-eləməyin, özünüzdən muğayat olun”. Bu bizim son danışığımız oldu”, – deyə anası Səltənət xanım xat

    Əsgər Taleh Zamanov döyüş meydanında şəhid olsa da, onun nəşi yalnız Kəlbəcər rayonunun işğaldan azad edildiyi gün, noyabr ayının 25-də tapılaraq ertəsi gün Yevlax rayonunda atasına verilib.

    “Balamın əmanət tabutunu mənə verən polkovnik rütbəli zabit dedi ki, “Oğlunuz əsl qəhrəmanlıq göstərdi. Siz onunla fəxr edin, biz də sizin qarşınızda baş əyirik ki, Vətən üçün belə igid əsgər böyütmüsünüz”, – deyə Valeh kişi də kövrəlir.

    “Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, canımdan artıq sevdiyim əziz balam cəmi 18 il yaşasa da, son mənzilə Azərbaycan bayrağına bükülərək yola salındı. Fəxr ediərm ki, əziz balam Vətənimiz və namusumuz uğrunda şəhid oldu, əvəzində Zəfər gününü xalqımıza yaşadanlar sırasında oldu… Ən böyük arzum isə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş əsgər balamın adının gələcəkdə də unudulmaması üçün əbədiləşdirilməsidir” – dedi sonda Səltənət xanım.

    Əsgər Taleh Zamanov ölümündən sonra “Vətən uğrunda” və Kəlbəcərin alınmasına görə” medalları ilə təltif olunub.// virtualaz.org

  • Gürcüstan Ombudsmanı azərbaycanlı yeniyetmə qızın nişanlanmasına münasibət bildirib

    Gürcüstanın Ombudsman Aparatı azərbaycanlı yeniyetmə qızın sosial şəbəkələrdə yayılan mümkün nişan mərasimi ilə bağlı araşdırmalara başlayıb.

    “Report” xəbər verir ki, bu barədə xalq müdafiəçisinin ofisindən bildirilib.

    Qeyd olunub ki, bu gün sosial şəbəkələrdə yeniyetmə qızın nişan mərasiminin yer aldığı videogörüntülər yayılıb. Ombudsmanın nümayəndələri məsələ ilə bağlı əlavə məlumatlar əldə edərək dərhal hüquq-mühafizə orqanlarına təqdim ediblər.

    “Təəssüf ki, erkən nikah və nişanlar Gürcüstanda hələ də yayılıb. Xalq müdafiəçisinin araşdırdığı faktlar göstərib ki, bu cür hallar əsasən nikaha məcbur etmə, azadlıqdan qanunsuz məhrum etmə və valideynlər arasında razılaşma forması daşıyır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi addımlar, həmçinin profilaktik tədbirlər ölkə qarşısında duran bu problemi adekvat həll etməyə imkan vermir”, – məlumatda vurğulanıb.

    Gürcüstan ombudsmanı hüquq-mühafizə və yeniyetmələrin işləri üzrə məşğul olan orqanları nikaha məcbur etmə hallarının qarşısını almaq məqsədilə fakta təxirə salınmadan reaksiya verməyə çağırıb: “Yeniyetmə və onun valideynləri ilə iş aparılmalıdır. Bu istiqamətdə yerli icma arasında erkən nikahlarla bağlı maarifləndirmənin davam etdirilməsi də vacibdir”.

  • Bakıda gözəllik salonunda arvadını öldürən şəxs: “Namus üstündə etmişəm”

    Gözəllik salonunda işləyən arvadını qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 47 yaşlı Rüstəm Qasımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Rahib Salamanovun sədrliyi ilə keçirilən məhkəmə iclasınının davamında R.Qasımov qətli namus üstündə törətdiyini, özünü qismən təqsirli bildiyini deyib.

    Xatırladaq ki, qətl hadisəsi mayın 28-də Ramana qəsəbəsində yerləşən gözəllik salonunda baş verib. 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimova işlədiyi salonda bıçaqlanaraq öldürülüb.

    Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli 1973-cü il təvəllüdlü Rüstəm Qasımovun törətdiyi müəyyən edilib.//musavat.com 

  • Təhsil naziri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

    Fevralın 8-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.

    Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.

  • 10 yaşlı Nərminin qətlinin gizli məqamları – VİDEO

    Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il 21 noyabr tarixində qaçırılıb. Hadisədən 45 gün sonra, yanvarın 6-da Nərminin cansız bədəni həmin kənddə yandırılmış vəziyyətdə tapılıb.

    Daha sonra 1973-cü il təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanıldı.

    Bir neçə gün öncə Nərmin Quliyevanın anası Aynurə İsmayılova Baku TV-yə müsahibəsi zamanı övladının ölümündə İlkinlə yanaşı Murad və Süleyman adlı şəxslərin də günahkar olduğunu bildirib.

    Təqsirli bilinən İlkin Süleymanovun qardaşı Adil Süleymanov və əmisi Süleyman Süleymanov Baku TV-yə açıqlama veriblər.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır – TƏBİB

    Vətəndaşların COVİD-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür.

    Median.Az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

    Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

    V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə – yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

    “Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”. (Trend)