Month: February 2021

  • Ombudsman şəhid ailələrini ziyarət edib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Vətən Müharibəsində iştirak etmiş qazilər və şəhid ailələri ilə görüşləri davam edir, müalicə olunan hərbi qulluqçularımıza mütəmadi olaraq baş çəkilir.

    Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, Səbinə Əliyeva və Aparatın əməkdaşları bu dəfə Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər – polkovnik-leytenant Rəşad Quliyev, polkovnik-leytenant Qərib Baxşəliyev və polkovnik-leytenant Sədi Musayevin ailələrinə baş çəkiblər.

    Görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da iştirak edib.

    Ombudsman 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib. Səbinə Əliyeva qəhrəmanlıq salnaməsi yazaraq Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr arzulayıb.

    Ombudsman şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

    Sonda şəhid ailələrinə Ombudsmanın adından sovqatlar təqdim edilib.

  • Gürcüstanda azərbaycanlı yeniyetmələrin nişanı ilə bağlı istintaqa başlanıldı

    Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) azərbaycanlı yeniyetmələrin nişanlanması faktı ilə bağlı istintaqa başlanılıb.

    Bu bardə DİN-dən bildirilib.

    Məlumata əsasən, bu gün sosial şəbəkələrdə 11 yaşlı qızın mümkün nişanlanmasını əks etdirən videogörüntülər yayılıb.

    Nazirliyin Tbilisi İdarəsinin Yeniyetmələrin işləri üzrə departamentinin rəhbəri məsələyə dərhal reaksiya verib və Cinayət Məcəlləsinin yeniyetmənin nikaha məcbur edilməsi maddəsi üzrə araşdırmalara başlayıb.

    DİN-dən qeyd olunub ki, videogörüntülərdə yer alan halların müyyənləşdirilməsi üçün cinayət əməli üzrə bütün zəruri istintaq və prosesual hərəkətlər həyata keçirilir.

    ///Report

  • В Азербайджане выявлены 44 новых случая инфицирования коронавирусом, скончались трое человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 44 новых случая инфицирования коронавирусом, 102 человека вылечились и были выписаны домой.

    Об этом 8 февраля сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще три пациента

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 231 198 человек, 3 161 из них скончался, 225 348 – вылечились, 2 689 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 456 650 тестов на COVID-19 (за последние 24 часа – 3 567).

  • Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı məlum oldu – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

  • Gürcüstanda azərbaycanlı yeniyetmələrin nişanı ilə bağlı istintaq başlayıb

    Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) azərbaycanlı yeniyetmələrin nişanlanması faktı ilə bağlı istintaqa başlanılıb.

    “Report”un xəbər verir ki, bu bardə DİN-dən bildirilib.

    Məlumata əsasən, bu gün sosial şəbəkələrdə 11 yaşlı qızın mümkün nişanlanmasını əks etdirən videogörüntülər yayılıb.

    Nazirliyin Tbilisi İdarəsinin Yeniyetmələrin işləri üzrə departamentinin rəhbəri məsələyə dərhal reaksiya verib və Cinayət Məcəlləsinin yeniyetmənin nikaha məcbur edilməsi maddəsi üzrə araşdırmalara başlayıb.

    DİN-dən qeyd olunub ki, videogörüntülərdə yer alan halların müyyənləşdirilməsi üçün cinayət əməli üzrə bütün zəruri istintaq və prosesual hərəkətlər həyata keçirilir.

  • “Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlanıb

    Türkiyənin “Qalatasaray” futbol klubu oyunçuların, texniki, tibbi və idarəetmə heyətlərində çalışan əməkdaşların koronavirus testlərinin nəticələri haqqında məlumat verib.

    Klubun rəsmi saytında dərc olunan məlumata əsasən, “Medical Park” və “Liv Hospital” sponsor xəstəxanalarında təşkil olunan COVİD-19 PCR testləri nəticəsində yalnız bir futbolçunun cavabı pozitiv çıxıb.

    Adı açıqlanmayan oyunçu üçün müalicə protokoluna əsasən karantin müddəti artıq başlanıb.

  • Qayınatanın törətdiyi dəhşətli qətlin təfərrüatı: Gəlini doğrayıb, çuvallara yığaraq…

    Yanvarın 27-də, gecə saat 01:00 radələrində, Bakının Nəsimi rayonu Əliskəndər İskəndərov küçəsindəki zibil qutusundan 5 ədəd torbada doğranmış qadın cəsədi tapılıb. Aparılan araşdırma zamanı 33 yaşlı Banu Məhərrəmovanın 75 yaşlı qayınatası İdris Məhərrəmov tərəfindən amansızcasına qətlə yetirildiyi, daha sonra parçalara bölünərək, zibil qutusuna atıldığı müəyyən olunub. O, dərhal həbs olunub.

    Məhərrəmova Banu Xudayar qızının qətli barədə yeni detallar bəlli olub.

    75 yaşlı qayınata İdris Məhərrəmovun vəkili Rəhim Əmrəliyev hadisənin bilinməyən tərəfləri barədə News24.az-a danışıb.

    O bildirib ki, İdris Məhərrəmov cinayəti törətdiyini etiraf edib:

    “Hələ ki, istintaq gedir. İstintaq orqanı bu hadisənin bütün detallarını araşdırır.

    İdris Məhərrəmovun bildirdiyinə görə, meyiti hissələrə bölməsində əsas məqsədi qətlə yetirdiyi şəxsin cəsədinin mənzildən daha asan yolla çıxarmaq olub. Meyiti hissələrə bölərkən isə bıçaq və baltadan istifadə edib. İdris Məhərrəmovun dediyinə görə, cinayəti törətməsinə səbəb gəlininin vaxtaşırı ona cavab qaytarması, onu saya almaması, bir qayınata kimi ona hörmət etməməsi olub”.

    Vəkil qeyd edib ki, cinayət törədən İ.Məhərrəmovun kifayət qədər normal ailəsi var:

    “Öldürülən Banu Məhərrəmovanın həyat yoldaşı keçən ilin yanvar ayında Azərbaycandan gedib və Kanadada yaşayır. Onların qanuni nikahları və iki övladı var. Övladları azyaşlıdır.

    Cinayət axşamüstü olub. Özü də dedi ki, heç kimin bilməsini istəməyib. İ.Məhərrəmovun sözlərinə görə, əvvəllər gəlini ilə qayınanası və özü arasında ailədaxili xırda məişət zəminində mübahisələri olub”.

    Rəhim Əmrəliyev hadisənin təfərrüatını belə izah edib:

    “İdris Məhərrəmov aralarında olan mübahisədən sonra Banu Məhərrəmovanın gözləmədiyi halda əlində olan çəkiclə arxadan yaxınlaşaraq, başından iki zərbə vurub. Daha sonra gəlin huşunu itirərək, yerə yıxılıb. Daha sonra onu sürüyərək, həyətə aparıb. Həyətdə isə su axan kanalizasiya xəttinin yanında cinayəti davam etdirib. Qarın nahiyəsinə bir neçə yerdən bıçaq vurub, sonra isə hissələrə doğrayıb, çuvallara yığaraq, zibil yeşiklərinə atıb.

    İstintaq orqanının təyin etdiyi ekspertizanın rəyindən sonra bu adamın həqiqətən də psixoloji probleminin olub-olmadığı aydın olacaq. Ekspertizanın rəyindən sonra istintaq orqanının həmin şəxsə verdiyi ittihamlar ola bilsin ki, daha yüngül maddə ilə əvəz edilsin. Yaxud da gələcəkdə məhkəmə mərhələsində bu şəxsin əməli başqa maddəyə tövsif oluna bilər”.

  • Koronavirus bitməmiş yeni virus yayılır?

    Dünya koronavirusla mübarizə apararkən Tanzaniyada yeni virus ortaya çıxıb.

    NTV xəbər verir ki, ölkədə naməlum xəstəlik səbəbindən 15 nəfər həyatını itirib.

    Ürəkbulanma və başgicəllənmə ilə müşayiət olunan xəstəliyə yoluxanların vəziyyəti qəfil pisləşir və qan qusaraq ölürlər.

    Ölkənin qərbində Mbeya şəhərində 50 nəfər xəstəxanaya yerləşdirilib.

    Tanzaniyalı həkimlər xəstəliyin səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Ancaq yoluxanların çoxu mədə xorası və ya qaraciyər xəstəliyi olanlardır.

    Tanzaniya Səhiyyə Nazirliyi bölgəyə araşdırma qrupu göndərib. Mbeya bölgəsində 2018-ci ildə oxşar şikayətlərə görə bir çox insanın xəstəxanaya yerləşdirildiyi bildirilir.

  • ”Tesla”nın açıqlamasından sonra “Bitcoin”in dəyəri sürətlə artır – YENİLƏNİB

    Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” bugünkü ticarət sessiyasında tarixi maksimumunu yeniləyib. “CoinDesk” portalının məlumatlarına görə, Bakı vaxtı ilə 17:26-da kriptovalyutanın dəyəri 44.9 min ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Bitkoin” ”Tesla” şirkətinin bu kriptovalyutaya 1.5 milyard dollar dəyərində yatırım etməsi xəbərindən sonra “Bitcoin”in dəyəri artmağa başlayıb.

    * * * * *

    Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” ticarət sessiyasında 11,8% artaraq, 43,8 min dollara yüksəlib.

    “CoinDesk” portalının məlumatlarına görə, Bakı vaxtı ilə 17:00-da kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

  • Azərbaycanda intiharlar niyə artıb? – SƏBƏBLƏR

    Ötən il Azərbaycanda 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur. Yəni həmin il 565 intihar hadisəsi qeydə alınıb. 18 yaşdan aşağı olan 37 nəfər intihar edib. Bu, 2019-cu illə müqayisədə 17 nəfər (iki dəfəyə yaxın) çoxdur. Yəni həmin il 18 yaşdan aşağı olan 20 nəfərin intiharı qeydə alınıb.

    Son günlərdə də artan intihar hadisələri ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, sosial şəbəkələrdə intihar videolarının olduğu kimi paylaşılması hadisələrin çoxalmasına səbəb olub:

    “Pandemiya ilə əlaqədar olaraq keçən il martdan başlayaraq sərt karantin rejimi tətbiq olundu. Hələ də bu proses davam edir. Karantin dövründə intihar, ailədaxili zorakılıq, depressiya və digər psixoloji problemlər daha az olur. Çünki insan düşüncəsi yalnız sağ qalmaq uğrunda mübarizəyə yönəlir. Həmin vaxtı konkret olaraq bir düşmənə “COVID- 19”-a qarşı mübarizə aparılırdı. Keçən il bunun fonunda intihar və digər psixoloji problemlər az oldu. Artıq bu il karantinlə bağlı müəyyən yumşaldılmalar olan kimi intihar hadisələrinin artması müşahidə olundu. Amma hər bir intihar hadisəsinin müəyyən səbəbləri var. Hesab edirəm ki, bununla əlaqədar olaraq profilaktik işlər aparılmalıdır. İntihar xəbərləri həm sosial şəbəkələrdə, həm də sosial mediada xəbər kimi paylaşılmasa çox yaxşı olardı.

    Məsələn, ilk olaraq intihar hadisəsi olan yüksəkmərtəbəli binadan özünü atan insanın videosunu çəkib paylaşdılar. Qısa müddətdən sonra məhz hündürmərtəbəli binadan özünü atanların sayı xeyli artdı. Bu cür videoların birbaşa şəkildə sosial şəbəkələrdə yayılması düzgün deyil. Bu çox təhlükəli tendensiyadır. Hər bir vətəndaş bundan qorunmağı bacarmalıdır. Ən azı bunun travma faktoru olmasına diqqət etməlidir. Həmin şəxsə kömək edə bilməsə də, hadisəni çəkib olduğu kimi yerləşdirmək doğru deyil. Mətbuatda bunu hansısa formada tənzimləmək olar. Amma sosial şəbəkələrdə bu prosesi idarə etmək çox çətindir. Paylaşılan videolar vasitəsi ilə də sosial mediada məlumatlar verilir. Ona görə də əsas məsələ vətəndaş məsuliyyətinin olmasıdır.

    Məsələn, tanımadığın birinin intahar anının görüntülərini paylaşdıqdan sonra o videonun nə vaxtsa öz yaxın insanıva psixoloji travma verəcəyini öncədən bilmək olmaz. Ona görə də intihar videolarını çəkib paylaşmayın. Onunla problem həll olunmur. Əksinə olaraq intihar hadisələri çoxalır”. Psixoloq qeyd edib ki, dünyada da aparılan tədqiqatlar da intihar və digər hadisələrlə bağlı videoların paylaşıldığı zaman çoxalmaların baş verdiyini sübuta yetirib. Elnur Rüstəmov onu da əlavə edib ki, psixi sağlamlıq və psixi təhlükəsizliklə bağlı maarifləndirmə işləri aparılmalıdır: “Hazırda o istiqamətdə tədbirlər görülür”.