Month: February 2021

  • Vilayət Eyvazov polis mayorunun rütbəsini artırdı

    Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyevin rütbəsi artırılıb.

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, N.Piriyevə polkovnik-leytenant rütbəsi verilib.

    Qeyd edək ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

    Onun yerinə isə N.Piriyev təyinat almışdı.

  • Avropa dövləti yaşlı şəxslər üçün “AstraZeneca”dan imtina etdi

    İspaniya Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” tərəfindən istehsal olunan koronavirus peyvəndinin yaşlı şəxslər üçün istifadəsini rədd edib.

    “The Local” xəbər verir ki, yalnız 55 yaşınadək ispaniyalılar sözügedən peyvəndlə vaksinasiya olunacaqlar.

    Ölkənin Səhiyyə Nazirliyi digər Avropa ölkələrindən gələn həkimlərin tövsiyələri ilə razılaşıb. Onlar yaşlı xəstələrdə bu peyvəndin effektivliyi və təhlükəsizliyi ilə bağlı məlumatların yetərli olmadığını düşünürlər.

    Avropa İttifaqı dərman tənzimləyicisinin (European Medicines Agency) peyvəndi hər yaşda istifadə üçün təsdiqləməsinə baxmayaraq, Almaniya Səhiyyə Nazirliyi 65, İspaniya, Fransa, Avstriya, Belçika, Niderland və İsveç kimi ölkələr isə 55 yaşı bu peyvəndi qəbul etmək üçün maksimum hədd təyin ediblər.

    İspaniya Səhiyyə Nazirliyinin planlarına görə, yayın sonuna qədər ölkə əhalisinin 70 faizdən çoxu peyvənd olunmalıdır. Hazırda 46 milyon əhalidən yalnız iki milyonu vaksinasiya edilib.

    Xatırladaq ki, Cənubi Afrikada sözügedən vaksinin koronavirusun yeni ştammına təsirinin olmaması əsas gətirilərək, istifadəsi dayandırılıb.

  • Avtobus zolaqlarına daxil olan sürücülər cəzalandırılacaq – XƏBƏRDARLIQ

    Karantin rejiminin yumşaldılması, orta məktəblərin açılması və digər səbəblər ictimai nəqliyyatda və yollarda müəyyən problemlər yaradıb.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, yol polisi tərəfindən aparılan müvafiq təhlillər göstərir ki, avtobus zolaqları və dayanacaqların zəbt edilməsi ictimai nəqliyyatın hərəkətində müəyyən fasilələrlə səbəb olur:

    “Metronun bağlı olması avtobusların da yükünü artırır ki, bu da əlavə çətinliklər yaradır. İnsanların əsasən şəxsi nəqliyyat vasitələrinə üstünlük verməsi, texniki cəhətdən nasaz avtomobillərin yollarda məcburi dayanması da sıxlıq və tıxac yaranmasına gətirib çıxarır.

    Bütün bunları nəzərə alaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi problemin qarşısını müəyyən dərəcədə almaq üçün müvafiq addımlar atmağa başlayıb. İlk növbədə, təbliğat işi gücləndirilib, sürücülərin və piyadaların kütləvi informasiya vasitələrində, TV, radio və sosial şəbəkələrdə maarifləndirilməsi üçün addımlar atılır. İlk növbədə, avtobus zolağına daxil olan sürücülər aşkar olunaraq inzibati məsuliyyətə cəlb olunur. Bununla əlaqədar, həm də yerindəcə maarifləndirici tədbirlər keçirilir.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, avtobuslar üçün yaradılan xüsusi zolaqlar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulub”.

    V.Əsədov deyib ki, avtobus zolaqlarında hərəkətin fasiləsiz olması üçün yol polisi kameralar vasitəsilə nəzarət tədbirləri həyata keçirir:

    “Zolağa daxil olan və ya orada dayanan avtomobillər aşkar edildikdə dərhal ərazi üzrə xidmət aparan əməkdaşlar xəbərdar olunur. YPX əməkdaşları da həmin sürücüləri aşkar edərək barələrində tədbir görür və ya təbliğat xarakterli söhbətlər apardıqdan sonra maşının ərazidən götürülməsini təmin edirlər.

    Yol polisi sürücülərdən bu cür qayda pozuntusuna yol verməməyi tələb edir. Eyni zamanda xahiş olunur ki, nəqliyyatın hərəkətinin fasiləsiz olması üçün qaydalara ciddi əməl etsinlər.

    Digər tərəfdən, taksi sürücüləri və fərdi nəqliyyat vasitələrinin sahibləri avtomobili dayanacaq və ya onun yaxınlığında park edirlər ki, bununla avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilmir. Nəticədə yolun hərəkət hissəsində dayanmaqla digər nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olur, sərnişinlərin həyatını təhlükəyə atmaqla yolun hərəkət hissəsində sərnişin mindirib-düşürürlər”.

    Vaqif Əsədov bildirib ki, bütün bunların qarşısını almaq üçün yol polisi artıq müəyyən addımlar atmağa başlayıb: “

    Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla bu problemlərin həllinə nail olmaqdır. Lakin təəssüflər olsun ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması bəzi problemlər yaradır. Belə ki, bütün avtobus duracaqlarında avtobuslar üçün xüsusi ciblər olduqda və taksilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq yerlərin ayrılması mövcud problemin həllinə geniş imkanlar yarada bilər. Yəni, taksilər onlar üçün yaradılmış duracaqlardan istifadə etməlidir ki, əlavə problemlər yaranmasın.

    Sürücülər arasında aparılan təbliğat işləri müəyyən müsbət nəticələr verir. Artıq bir neçə gündür keçirilən tədbirlər bunu deməyə əsas verir. Lakin təəssüflər olsun ki, sürücülər də öz arqumentlərini ortaya qoyaraq narazılıqlarını bildirirlər ki, taksilərin dayanması üçün müvafiq yerlər yetərincə deyil. Sürücülər parklanma yerlərinin az olduğunu əsas gətirirlər. Lakin bu o demək deyil ki, kim harada istəsə, maşın saxlaya bilər.

    Hesab edirik ki, təbliğat işləri müsbət nəticələr verəcək”.

  • İlham Əliyev general-mayoru təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Yusif Yevgenyeviç Axund-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Yusif Yevgenyeviç Axund-zadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

    Qeyd edək ki, general-mayor Y.Axund-zadə Azərbaycanın hərbi – dirijoru və pedaqoqu, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisidir.

  • Zelenski Ukraynada koronavirusla bağlı vəziyyətdən danışdı: “Həftəlik yoluxma azalıb”

    Ukraynada koronavirusun yayılması ilə bağlı vəziyyət stabildir: həftəlik yoluxma nisbəti üç dəfə azalıb.

    TASS xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

    Onun sözlərinə görə, indi Ukrayna koronavirusla mübarizədə yeni problemlərlə üzləşir:

    “Birincisi peyvənd və onun yol xəritəsidir, hansı ki, vətəndaşlara peyvəndləri bərabər əldə etmək imkanının verilməsini nəzərdə tutur. Əsas məsələ 2021-ci il və 2022-ci ilin əvvəlləri ərzində əhalinin ən az yarısının peyvəndlə təmin olunmasıdır”.

    Ukrayna lideri ölkəsinin tibbi infrastrukturunun problemlərə hazır olmasını növbəti prioritet hesab edir.

  • Qarabağda regional radio açılacaq – RƏSMİ

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

    MTRŞ-dan bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.

    İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM – Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

    İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.

  • Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb

    Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.

    “Report”un əldə etdiyi məlumata görə, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.

    İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.

    Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.

  • Şagirdlərin NƏZƏRİNƏ: Fənn olimpiadalarının keçiriləcəyi tarix açıqlandı

    10-12 fevral tarixlərində 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçiriləcək.

    Təhsil nazirliyindən verilən məlumata görə, müvafiq fənlər üzrə olimpiadaların fərqli günlərdə təşkili nəzərdə tutulur. Bu, mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi məqsədi daşıyır.

    10 fevral 2021-ci il tarixində riyaziyyat və kimya fənləri üzrə, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci ildə isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

    Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçiriləcək.

    Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 000-dən çox şagird qeydiyyatdan keçib.

    IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.

    Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

  • IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək.

    İdarədən bildirilib ki, sınaq qiymətləndirmə fevralın 9-da mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunacaq.

    Sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçiriləcək.

    Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt veriləcək. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndəriləcək.

  • В Баку задержан “участник войны”, занимавшийся попрошайничеством – ФОТО

    На территории Ясамальского района Баку сотрудники полиции задержали попрошайку, выдававшего себя за участника войны, передает АПА.

    Мужчина, одевшись в военную форму и забинтовав руки, клянчил деньги.

    Он привлечен к уголовной ответственности.