Month: February 2021

  • Rusiyadan Azərbaycana gətirilən beş ton yararsız balıq aşkarlanıb

    Həştərxan vilayətinin “Astraxanski” baytar nəzarəti məntəqəsində dordurulmuş balıq partiyası saxlanılıb.

    “Astraxan 24” xəbər verir ki, buzlu sazan Azərbaycana ixrac üçün nəzərdə tutulub.

    Rusiya Baytar və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxnadzor) əməkdaşları tərəfindən “Merkuri” sistemi ilə yoxlanış zamanı müəyyən olunub ki, məhsul istehlak müddəti bitmiş xammaldan hazırlanıb.

    Bununla da, beş ton yararsız balıq məhsulunun ölkəmizə keçirilməsinin qarşısı alınıb.

    Qeyd olunur ki, dondurulmuş balığın istehsalçısı Həştərxan vilayətinin İkryaninski rayonunda yerləşən bir müəssisədir. Onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

    Bununla yanaşı, qanunvericiliyin tələblərinə əsasən, Rosselxnadzor ölkə ərazisində bu məhsulun istehsalını və sertifikatlaşdırılmasını dayandırıb.

  • “Azəriqaz” qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başladı

    “Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, Birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minə yaxın olanının mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

    Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş edirik ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərsinlər. Onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.

  • Erməni təxribatı nəticəsində Ağdamda zərər çəkən mülki obyektlərin sayı açıqlandı

    Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə dəymiş ziyan müəyyənləşib.

    Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib. O bildirib ki, ermənilərin dinc yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 1425 yaşayış evinə ziyan dəyib: “Həmin evlərdən 29-u təmamilə dağılıb, 1396 evə isə qismən ziyan dəyib. Bununla yanaşı, rayon ərazisində 39 qeyri-yaşayış obyektinə ziyan dəyib ki, onlardan 3-ü tam dağılıb. Hadisə nəticəsində 59 sahibkarlıq subyekti ziyan çəkib ki, onlardan 2-si tam dağılıb, 24 sosial obyekt, 1 inzibati bina zərər çəkib”.

    A.Əliyev bildirib ki, ermənilərin təcavüzü nəticəsində rayon ərazisində vətəndaşlara məxsus 28 nəqliyyat vasitəsinə ziyan dəyib, 6734 heyvan tələf olub.

  • Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinasiyadan sonra tibb işçiləri arasında virusa yoluxma halının olub-olmaması məsələsinə münasibət bildirib.

    TƏBİB-dən “Report”a bildirilib ki, qurum Sumqayıt və Abşeron daxil olmaqla, digər bölgələrdə vaksinasiya aparır.

    “Bölgələrdə olan səhiyyə müəssisələrində COVID-19 əleyhinə peyvənd vurduran tibb işçilərində sonradan virusa yoluxma faktı qeydə alınmayıb”.

    Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna aid olan səhiyyə işçilərinə vurulub.

  • Köçürülmə üçün müraciət edən tələbələrin sayı AÇIQLANDI

    Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, fevralın 1-dən transfer.edu.az portalından 969 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 198 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 5990 nəfər olub. Onlardan 2721 nəfəri öz sorğusunu təsdiq edib.

    Tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr mart ayında elan olunacaq.

  • Nazirlik “Aztelekom”a yeni baş direktor təyin edilməsi xəbərini təkzib etdi

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

    Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri heç bir rəsmi sənəd imzalamayıb.

    Qeyd edək ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.

  • Ombudsman iki azərbaycanlı yeniyetmənin nişanlanması ilə bağlı gürcü həmkarına müraciət edib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.

    Ombudsman Aparatından verilən məlumata görə, həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.

  • AzTV keçmiş əməkdaşının ittihamları ilə bağlı açıqlama yaydı

    Bu gün AzTV-nin qarşısında qurumun keçmiş əməkdaşı Səidə Vəliyevanın nümayiş etdirdiyi süni ajiotaj ucuz şoudan başqa bir şey deyil. Bu şəxs aylardır sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır. Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa. Təəssüf ki, prosesi yaxından izləyən jurnalistlərdən bir nəfər onun işdən azad olunmasının səbəbini soruşmur. Təbii ki, hətta bu sual verilsə belə, S.Vəliyevanın cavabı məlumdur – haqsızlıq, ədalətsizlik…

    Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında deyilir.

    Daha sonra açıqlamada bildirilir: “Əgər bir işçi 2007-ci ildən 2020-ci ilədək 1 ay belə olsa, işə müntəzəm şəkildə gəlməyibsə (bu barədə rəsmi qeydiyyat kitabçası var), əgər bir işçi 13 il ərzində cəmi 6 dəfə qonorar alıbsa (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir), əgər sədr bir işçini 2 dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edibsə, lakin bütün bunların xeyri olmayıbsa, başqa çıxış yolu varmı?

    Sonuncu dəfə isə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departamentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib. Lakin S.Vəliyeva “Məni heç olmazsa, xadimə vəzifəsinə keçirin, sadəcə adım AzTV-nin işçisi olaraq qalsın, stajım artsın. Maaş da istəmirəm” cavabını verib. Belə təfəkkürü olan fərdlə hər hansı qaydada işləmək mümkündürmü?
    Yuxarıda qeyd etdiyimiz kimi, bu fərd 13 il ərzində cəmi 6 dəfə qonorar alıb. Bununla belə bir dəfə də olsa, rəhbərliyə müraciət etməyib. Deməli, onun TV-də çalışmasının məqsədi də maaş və qonorar deyil, sadəcə adının bu qurumla yanaşı çəkilməsini istəməsidir. Bildirək ki, S.Vəliyeva ev alqı-satqısı (“makler”) ilə məşğuldur və görünən odur ki, bu “vəzifə”də ona TV-nin adından yararlanmaq daha səmərəli idi.

    Əlavə edək ki, S.Vəliyevanın ali təhsili belə yoxdur. Cəmi 2 illik kurs bitirib və illərdir, vəzifəsi “redaktor” kimi gedib. Gördüyü iş isə yox dərəcəsindədir.

    Çox təəssüf ki, teleməkanın ocağı sayılan AzTV-də bu və ya digər səbəblərdən belə fərdlər var və onlar illərdir, “ölü canlar” kimi işə gəlməyə-gəlməyə maaş və qonorar almağa çalışır. Lakin televiziya yaradıcılıq məbədidir, sosial müdafiə fondu deyil və qurum daxilində şəffaflığın təmin olunması, yaradıcı mühitin formalaşması və TV-də məhz yaradıcı, intellektual insanların çalışması üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

  • Cəbrayılda üç nəfərin minaya düşməsi ilə bağlı cinayət işi açılıb – RƏSMİ

    Cəbrayıl rayon Prokurorluğunda rayon ərazisində üç nəfərin minaya düşərək partlaması faktı ilə bağlı cinayət işi başlanılıb.

    Bununla bağlı Cəbrayıl rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, fevralın 7-də Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində olarkən İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99-NH-623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması faktı ilə bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılıb.

    Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti, başqa şəxslərə aid meyit fraqmentləri aşkar edilib, həmin fraqmentlərin İ.Məmmədova və M.Ələsgərova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

    Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

    Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

  • Вилаят Эйвазов повысил майора полиции в чине

    Приказом главы МВД Азербайджана генерал-полковника Вилаята Эйвазова начальнику отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции (ГУГДП) майору Намидану Пириеву присвоено звание полковник-лейтенанта.

    Отметим, что экс-начальник указанного отдела Кямран Алиев назначен замглавы ГУГДП, а также возглавляет Регистрационно-экзаменационное управление данной структуры.