Month: February 2021

  • Bakıda qazi olduğunu deyərək dilənçilik edən şəxs tutuldu – FOTO

    Paytaxtın Yasamal rayonunda qazi adı ilə dilənən şəxs saxlanılıb.

    APA-nın xəbərinə görə, Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyib və dələduzluqla məşğul olub.

    Polis tərəfindən keçirilən əməliyyatla həmin şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

  • Кадры из села Дилели Муcкенли Губадлинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Дилели Муcкенли Губадлинского района.

  • İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Qubadlı rayonunun Diləli Müskənli kəndindən video paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Koronavirus otaq şəraitində nə qədər qalır?

    Koronavirus otaq temperaturunda, müxtəlif növ obyektlərdə üç günə qədər qala bilir.

    Bu barədə Rusiya Səhiyyə Nazirliyinin COVID-19-un qarşısının alınması və müalicəsi üçün müvəqqəti təlimatlarının yeni versiyasında qeyd edilib.

    Eyni zamanda, bildirilir ki, otaq temperaturunda olan maye mühitdə koronavirus yeddi günə qədər qala bilir.

    “+4 dərəcə istilikdə virusun stabilliyi 14 gündən çox davam edir”, – deyə təlimatda bildirilir.

  • DİN dörd əməliyyat keçirdi: Külli miqdarda narkotik maddə aşkarlandı

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan narkotik maddə olan metamfetamin və heroin aşkar edilib.

    Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan bir kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülüb.

    Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan bir kiloqramdan artıq heroin, 495 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev Sabunçu rayonu ərazisində saxlanılıblar.

    Şəxsi axtarış zamanı onlardan ümumilikdə beş kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.

    Həmçinin Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayev saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan metamfetamin, yaşadığı evə baxış zamanı isə oradan bir kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

  • Обвиняемые в убийстве жители Баку предстанут перед судом

    Завершено расследование уголовного дела жителей Баку Рамиля Исрафилова, Турала Ширинова и Рауфа Ханифаева, обвиняемых в убийстве, передает Trend.

    Дело направлено в Бакинский суд по тяжким преступлениям и передано в производство судьи Ахмеда Гулиева

    Напомним, 17 июня прошлого года на улице Мирзы Аги Алиева на территории Ясамальского района столицы ударом ножа в область живота был убит Джалал Гусейнов (1985 г.р.).

    Было установлено, за два дня до убийства между Дж.Гусейновым и Т.Шириновым, которых связывало пристрастие к наркотикам, возник конфликт.

    17 июня Ширинов решил выяснить отношения со своим обидчиком и назначил ему встречу на улице М.Алиева. Мужчины пришли туда не одни, а с “друзьями”.

    Между сторонами завязалась драка, во время которой Р.Ханифаев нанес Дж.Гусейнову проникающее ножевое ранение в живот.

    Отметим, что Р.Ханифаев уже имеет судимость за покушение на умышленное убийство. Кроме того, он отбыл тюремный срок за грабеж и разбой. А Р.Исрафилов привлекался к уголовной ответственности за преступление, связанное с незаконным оборотом наркотиков.

  • Bakı sakinini küçədə qətlə yetirən mütəşəkkil dəstənin məhkəməsi başlayır

    Bakıda qətl hadisəsi törədən dəstənin işi üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

    Trend-in məlumatına görə, qətl hadisəsini törətməkdə təqsirləndirilən Bakı şəhər sakinləri – Ramil İsrafilov, Tural Şirinov və Rauf Hənifəyevin barəsində olan cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

    İttihama görə, ötən il iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.

    Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.

    İstintaq araşdırması zamanı məlum olub ki, hadisə həmin gün, saat 21:00-da Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində baş verib.

    Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.

    İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib.

    Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Ruaf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib.

    Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

    Qeyd edək ki, Rauf Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub.

    Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub.

    Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.

  • Sabirabadda nişan məclisi təşkil edənlər cərimələndi

    Sabirabad rayonunda karantin qaydalarını pozaraq nişan məclisi təşkil edən şəxslər müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini R. İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib. Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

  • В Гаджигабуле произошло землетрясение

    В Гаджигабульском районе Азербайджана произошло землетрясение магнитудой 4.

    Согласно данным Республиканского центра сейсмологической службы, подземные толчки были зафиксированы в 08:10 по местному времени в 32 км к северо-западу от сейсмостанции Али-Байрамлы.

    Очаг землетрясения залегал на глубине 3 км.

  • Hacıqabulda zəlzələ oldu

    Hacıqabul rayonunda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

    Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkanlar hiss olunmayıb.