Month: February 2021

  • В Азербайджане началась вакцинация лиц старше 65 лет

    С сегодняшнего дня в Азербайджане начинается процесс вакцинации против COVID-19 лиц старше 65 лет.

    В стране около 700 000 граждан данной категории.

    Отметим, каждый гражданин старше 65 лет, зарегистрированный на сайте randevu.its.gov.az, будет приглашен на вакцинацию посредством отправки SMS-сообщения.

    Согласно “Стратегии вакцинации против COVID-19 в Азербайджанской Республике на 2021-2022 годы”, на первом этапе после работников здравоохранения предусматривается иммунизация лиц старше 65 лет и сотрудников правоохранительных органов, привлеченных к противоэпидемическим мерам.

  • Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı

    Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır.

    Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

    Qeyd edək ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

    Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk mərhələdə səhiyyə işçilərindən sonra 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyası nəzərdə tutulub.

  • Xırdalanda yolu keçən yeniyetməni avtomobil vurub

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü İbadlı Cəmil Samir oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda motosiklet qəza törətdi, sürücü yaralandı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Şamiyev Adəm Musaxan oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

    Nəticədə motosiklet əvvəlcə yol kənarındakı maneələrə çırpılıb, daha sonra aşıb.

    Bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • При падении снега с крыши здания в Алтайском крае погибли четыре человека

    Четыре человека погибли и трое пострадали в результате схода снежной массы в Алтайском крае РФ, сообщает пресс-служба правительства региона, пишет РИА Новости.

    Инцидент произошел в селе Смазнево Заринского района. Снег обрушился с крыши зернохранилища, всего под завалом оказались восемь человек, всех их извлекли спасатели.

    “Четверо из извлеченных погибли. Состояние одного пострадавшего требует оказания медицинской помощи”, – уточнили в правительстве.

  • Rusiyada binanın damından düşən qar dörd nəfərin ölümünə səbəb oldu

    Rusiya Federasiyasının Altay vilayətində qar kütləsinin binanın damından düşməsi nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.

    “RİA Novosti” xəbər verir ki, hadisə Zarinski rayonunun Smaznevo kəndində baş verib.

    Ümumilikdə səkkiz nəfər taxıl anbarının damından düşən qarın altında qalıb.

    Onların hamısı xilasedicilər tərəfindən çıxarılıb.

  • Sabirabad sakinindən odlu silah götürüldü

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Məhəmməd Vahidov Qaratuğay kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

    M. Vahidovdan üzərində gəzdirdiyi müvafiq qeydiyyatı olmayan bir ədəd tüfəng aşkar edilərək götürülüb.

    Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

  • Prezidentin xüsusi nümayəndəsi vəzifəsi ilə bağlı YENİLİKLƏR

    Azərbaycan Prezidentinin xüsusi nümayəndələri vəzifəsi dövlət qulluğu kateqoriyasına aid ediləcək.

    Bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsinə əlavələr təklif olunur.

    Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

    Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq.

    Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.

    Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

    Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

    Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.

  • Rusiyada azərbaycanlı direktor həbs olundu – VİDEO

    Rusiyanın Krasnoyarsk vilayətində yerləşən “Luç” bazarının milliyyətcə azərbaycanlı olan 60 yaşlı direktoru Akif Şixəliyev həbs edilib.

    Bu barədə hgs24.ru xəbər yayıb.

    Məlumata görə, bazarda baş verən atışma ilə əlaqədar saxlanılan A.Şıxəliyev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edilib ki, hadisə ilə bağlı “Silahdan istifadə edərək xuliqanlıq etmə” maddəsi ilə cinayət işi açıb. Buna görə A.Şıxəliyevə 7 il müddətinə həbs cəzası verilə bilər. Münaqişənin digər iştirakçıları da nəzarətə götürülüb.

    Xatırladaq ki, fevralın 5-də A.Şıxəliyev özünə məxsus bazarda ov tüfəngindən havaya atəş açıb. Xoşbəxtlikdən zərərçəkən olmayıb.

    Bununla bağlı yayılan videoda Şıxəliyevin qarşısındakı şəxsi ov tüfəngi ilə hədələyərək “Dizli üstə! Dizi üstə dedim!”, – deyə qışqırdığı görünür.

    Nəşrin araşdırmasına görə, bazarda vəziyyət adətən sakit olur. Əsasən yolun digər tərəfində olan “Yujnaya” tərəvəz bazarının rəhbərliyi ilə xırda münaqişələr baş verir.

    “Orada ərzaqlar nisbətən ucuzdur. Burada isə qiymət bir qədər yüksəkdir. Topdan satıcılar bu səbəbdən adətən “Luç” bazarını seçmirlər. Bu da yerli sahibkarları qıcıqlandırır”, – deyə bazar işçilərindən biri deyib.

  • Президент Ильхам Алиев принял участие в открытии нового комплекса административного здания Генпрокуратуры

    8 февраля Президент Азербайджана Ильхам Алиев принял участие в открытии нового комплекса административного здания Генеральной прокуратуры на территории Бинагадинского района Баку, сообщает АЗЕРТАДЖ.