Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Hadrutda ötən gün aparılan xilasetmə-axtarış işləri zamanı daha bir erməni hərbi qulluqçunun meyiti tapılıb.
Qeyd edilir ki, meyitin şəxsiyyəti tibbi məhkəmə ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bu gün axtarışlar Hadrut və Cəbrayılda davam etdirilib.
2020-ci ilin 13 noyabrından 2021-ci il fevralın 5-ə qədər Qarabağda ümumilikdə 1 365 meyit aşkarlanıb.
///Report
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilanın mərkəzindəki ermənilər tərəfindən dağıdılmış məsciddə çıxış edib.
H.Hacıyev Ermənistanın 30 il müddətində işğal etdiyi ərazilərdə infrastrukturu məhv etdiyini deyib. O qeyd edib ki, vəziyyətlə yerində tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanı var və hər şey açıqdır.
H.Hacıyev Mincivan ərazisindən keçən dəmir yolunun da dağıdıldığını diqqətə çatdırıb.
Türkiyənin bir çox ərazilərində kəskin hava şəraiti hökm sürsə də, Adana şəhərində əsl yaz havası yaşanır.
Bu barədə “Haber Global” məlumat yayıb.
Belə ki, bu gün qardaş ölkənin Adana şəhərində quraşdırılmış termometrlər 32 dərəcəni göstərib. Yerli sakinlər sözügedən hava şəraitinin fevral ayı üçün səciyyəvi olmadığını bildiriblər.
Dağıstanın Xunzax rayonunda əksəriyyəti uşaqlar olmaqla 64 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanalara müraciət edib.
Bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
Kəskin bağırsaq infeksiyası ilə müraciət edən xəstələrin əksəriyyəti Arani kəndinin məktəbli sakinləri olub. Zəhərlənmə şübhəsi olan şəxslərdən səkkizi xəstəxanaya yerləşdirilib.
Zəhərlənməyə səbəb kimi içməli su göstərilir.
Koronavirus infeksiyası keçirmiş insanlarda bu xəstəliyə qarşı aktiv toxunulmazlıq üç-beş ay davam edir.
Median.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun direktoru, akademik Vasiliy Akimkin ilkin araşdırma məlumatlarına istinadən bildirib ki, üçüncü aydan sonra Covid-19-dan sağalmışların toxunulmazlığı azalmağa başlayır.
O, elmi-tədqiqat institutunun, xəstələnmiş və izlənən çoxlu sayda işçisinin təcrübəsinə toxunub: “Xəstəlikdən qurtulduqdan sonra toxunulmazlıq üç-beş ay davam edir, sonra tədricən yox olmağa başlayır. Üçüncü aydan sonra da toxunulmazlıq səviyyəsində azalma görürük”.
Epidemioloq tədqiqat institutunun əməkdaşları arasında təkrarlanan xəstəlik hallarının olmamasını toxunulmazlıqların hüceyrə səviyyəsində formalaşmasında görür. Eyni zamanda, V. Akimkin antikorların hansı səviyyədə qoruyucu olduğunu təyin etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, peyvəndin vaxtını təyin etməyə kömək edəcək.
“Bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib”.
Bu sözləri öz “Telegram” hesabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan yazıb.
Onlar rəsmi şəkildə akkreditə olunub və Xankəndiyə yola düşüblər. Laçında onları sülhməramlılar saxlayıb və haraya getdiklərini soruşublar.
Jurnalistlər akkreditasiyalarını göstərib, Qarabağa getdiklərini söyləyəndə, sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər:
“Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”.
Edəcək bir şeyi qalmayan nümayəndə heyəti İrəvana qayıdır və Fransa səfirinə məsələni bildirir. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradır və nə baş verdiyini anlamağa çalışır. Cavabında isə Nikol yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirir və ümumiyyətlə bu məsələyə qarışmamağın daha yaxşı olacağını qeyd edir.
Conatan Lakotun isə susmaqdan başqa çarəsi qalmayıb.
Beləliklə, Azərbaycanın bütün müstəvilərdə Ermənistana göstərdiyi təzyiq və edilən sərt xəbərdarlıq, İrəvan üçün qorxu yaradan “dəmir yumruq” təhlükəsi erməni hökumətinin ağlını başına gətirib.
Tarixi ədaləti bərpa edən Azərbaycanın bundan sonra Ermənistanın hər hansı bir təxribatına göz yummasından söhbət belə gedə bilməz. Elə son aylar baş verənlər də, onu göstərir ki, Azərbaycan qarşı tərəfin bütün fəaliyyətini diqqətlə izləyir və zamanında müdaxilələr edir. Üstəlik, bütün hallarda şərtləri diqtə edən tərəf də Azərbaycandır.

Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) Kəpəz Rayon Polis İdarəsinə (RPİ) bir nəfər azyaşlı şəhər sakinindən ona məxsus mobil telefonu naməlum şəxsin danışmaq üçün alması və daha sonra qaçaraq uzaqlaşması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxsin, əvvəllər dəfələrlə məhkum olunmuş Əliağa Adıgözəlov olması və Bakı şəhəri istiqamətində hərəkətdə olması müəyyən edilib.
Ə. Adıgözəlov saxlanılaraq RPİ-nə gətirilib və üzərinə baxış keçirilən zaman 1.42 qram çəkitə narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək mənimsədiyi mobil telefonu satdığını bildirib. Saxlanılan şəxsin digər analoji cinayətlər törədib-törətməməsini müəyyən etmək üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağla Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Taekvondo millimiz uzun fasilədən sonra bu ay yarışa çıxa bilər.
20-21 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində ənənəvi “Turkish Open” turniri keçiriləcək. 22 fevralda 11-14 yaşlılar, 23 fevralda isə gənclər yarışacaq.
G-1 kateqoriyalı turnirdə millimizin də çıxış edəcəyi gözlənilir. Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev danışıb:
“Biz 7-8 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə kimi üç yarışda iştirak etməyi planlaşdırmışıq. Bu həftə Türkiyədən bizə məlumat verildi ki, “Turkish Open” turniri keçiriləcək.
Həftənin bazar ertəsi günü federasiya rəsmiləri məşqçilər heyəti ilə iclas keçirib, bu yarışda iştirakımızı müzakirə edəcəyik. Həmçinin, müzakirə edəcəyik ki, yaxın ölkələrdən daha hansında yarış varsa, onlarda iştirak edək”.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinədək olan yarışlar bunlardır:
“Ramus Sofia Open” (7 mart, Sofiya/Bolqarıstan), qadınların açıq dünya çempionatı (8-10 mart, Ər-Riyad/Səudiyyə Ərəbistanı), “Spanish Open” (14 mart, Alikante/İspaniya), “Böyük Dəbilqə” (mart, Usi/Çin), Avropa çempionatı (8-11 aprel, Sofiya/Bolqarıstan), “Beirut Open” (25 aprel, Beyrut/Livan).
Xatırladaq ki, Azərbaycandan taekvondoya lisenziya alan yeganə idmançı hələ ki Milad Beiqi Hərçəqanidir.