Month: February 2021

  • Hikmət Hacıyev: “Xarici diplomatlar vəziyyəti öz gözləri ilə görürlər”

    “Onlar vəziyyəti öz gözləri ilə görürlər. Diplomatik missiyada belə bir prosedur var ki, diplomatlar xidmət etdikləri ölkə barədə öz dövlətlərinə məlumat verirlər. Bu mənada onların Cəbrayılda dağıdılmış məzarlıqlarla tanışlığı əhəmiyyətlidir”, – deyə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    H.Hacıyev qeyd edib ki, xarici diplomatlar öz gözləri ilə Ermənistanın qəbirlərlə, cəsədlərlə mübarizə aparmasının əyani şahidi oldular.

    Oxu.Az-ın müxbiri xəbər verir ki, Xudafərin körpüsündə jurnalistlərə açıqlama verən Hikmət Hacıyev dünyanın müxtəlif qaynar bölgələrində olan jurnalistlərin və xarici diplomatların Cəbrayıl və Zəngilana səfərlərinin çox vacib olduğunu bildirib.

  • Bakıda satışda olan 108 ədəd ağac yanıb – VİDEO

    Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 160 m² olan ağac satışı üçün nəzərdə tutulmuş ərazidə 108 ədəd ağac və elektrik sayğacının giriş-çıxış kabelləri 6 m yanıb.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI

    İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib.

    Bu badərə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələri onların həyat və sağlamlıqları üçün ciddi təhlükədir. Buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.

    Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə noyabr ayından başlayaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntusuna yol vermiş 40 nəfər, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlərlə isə ümumilikdə 84 nəfər şəxs müəyyən edilib.

    Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

  • Moskvadan Amsterdama uçan təyyarə həyəcan siqnalı verdi

    Moskvadan Amsterdama uçan “Airbus A320” təyyarəsi həyəcan siqnalı verib.

    Bu barədə “Flightradar24.com” məlumat verib.

    Təyyarə saat 15:50-də Moskvanın Şeremetyevo hava limanından havaya qalxıb. Havaya qalxdıqdan 20 dəqiqə sonra həyəcan siqnalı verən təyyarənin geri qayıtdığı və 18:00-da enişə hazırlaşdığı qeyd olunur.

    Həyəcan siqnalına səbəb kimi isə təyyarənin radio əlaqə sistemində problem yaranması göstərilir.

  • В Азербайджане выявлены 115 новых случаев инфицирования коронавирусом, скончались три человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 115 новых случаев инфицирования коронавирусом, 201 пациент вылечился и был выписан домой, скончались три человека.

    Об этом 6 февраля сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 231 022 человека, 3 156 – скончались, 224 961 – вылечился, 2 905 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 446 300 тестов на COVID-19 (за последние 24 часа – 6 582).

  • Azərbaycanda koronovirusdan üç nəfər öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir.

    Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300 test aparılıb.

  • Cəbrayıldakı məzarlıqları görən səfir göz yaşlarına hakim ola bilmədi

    “Cəbrayılda qəbirlərin dağıdılması mənzərəsini görmək çox dəhşətli idi”.

    Bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Əmənullah Ceyhun bildirib.

    O söyləyib ki, Cəbrayılda məzarlığın məhv edildiyini görəndə emosiyalarına hakim ola bilməyib.

    “Mən orada ağladım. Gedib qəbirləri qazıb cəsədləri çıxarıblar”, – deyə o əlavə edib.

    Səfirin sözlərinə görə, Ermənistanın törətdikləri insanlığa sığmır.

  • Видеокадры из села Муганлы Губадлинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Муганлы Губадлинского района.

  • Qubadlının Muğanlı kəndindən görüntülər – VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonunun Muğanlı kəndindən videogörüntülər hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ötən il Azərbaycanda 11 şəxsin müəlliflik hüququ pozulub

    Ötən il Azərbaycanda dövlət qeydiyyatından keçirilən müəlliflik hüququ obyektlərinin sayı məlum olub.

    Əqli Mülkiyyət Agentliyindən “Report”a bildirilib ki, 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib.

    Qeyd olunub ki, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyata alınıb.

    Bundan əlavə, ötən il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən 11 yazılı müraciət daxil olub, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları isə aidiyyəti qurumlara göndərilib.