Month: February 2021

  • Sabirabadda kişi üstünə benzin tökərək intihara cəhd etdi: DİN səbəbini AÇIQLADI

    Sabirabad şəhərində bir nəfər rayon sakini üzərinə benzin tökərək intihara cəhd edib.

    Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, yanvarın 4-də rayonun Qaratəpə kəndində aralarında yaranan mübahisə ilə bağlı Elgün İbrahimov qonşusu Asim Abdullayevdən polisə şikayət edib.

    Qonşular arasında yaranan mübahisə ilə bağlı Sabirabad RPŞ-in təhqiqat bölməsində müvafiq araşdırma aparılaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə A.Abdullayev 15 sutka inzibati qaydada həbs olunub .

    A.Abdullayevin inzibati xəta tərkibi yaradan əməlinin Cinayət Məcəlləsinə uyğun cəzalandırılmasını tələb edən E.İbrahimov buna etiraz olaraq, bu gün özünü yandırmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevik müdaxiləsi ilə intiharın qarşısı alınaraq, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənəatbəxşdir. Hazırda müalicəsi davam etdirilir.

  • Su polisindən əməliyyat: Xəzərin dibi ilə çəkilən kabelləri oğurlayanlar tutuldu – VİDEO

    Su polisi Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan və körpə nərə cinsli balıqları qanunsuz olaraq ovlayan şəxslərə qarşı əməliyyatlar keçirib.

    Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə həyata keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

    İdarənin əməkdaşları Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov və Mövla Dövlətovu saxlayıblar. Onlara məxsus mühərrikli qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları ümumi çəkisi 200 kiloqram olan müxtəlif ölçülü və təyinatlı naqillər aşkar olunaraq götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər əvvəlcə balıq tutmaq üçün müvafiq dövlət qurumlarında kvotalar əldə ediblər. Xəzər dənizinə balıq tutmaq adı ilə gedən dəstə üzvləri orada bunun əvəzində suyun altı ilə gedən naqilləri kəsərək ələ keçiriblər. Bu şəxslərə məxsus qayığa baxış zamanı heç bir balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı naqilləri oğurlamaq olduğunu deməyə əsas verir.

    Hazırda polis idarəsində dəstə üzvləri ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerliklə Mübarizə Bölməsinin əməkdaşlarının Xəzər dənizinin Sumqayıt şəhəri Corat qəsəbəsi istiqamətində keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovlamaqla məşğul olan Rafət Ayazov və Hikmət Səmədov saxlanılıblar.

    Onlara məxsus qayığa baxış zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə, eləcə də digər növ balıqlar aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin icazələri və kvotaları olmadan müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqları qanunsuz tutduqları məlum olub.

    Aşkar edilən nərə balıqları polis əməkdaşları tərəfindən təkrar Xəzər dənizinə buraxılıb. Qanunsuz balıq ovu ilə məşğul olan Rafət Ayazov və Hikmət Səmədov barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

    Su polisi tərəfindən həmçinin adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. İdarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, Xəzər dənizinin Siyəzən rayonu, eləcə də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

    Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • Səfir: “Cəbrayılda qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır”

    “Cəbrayılda dağıdılmış mənzərələri görmək çox ağrılıdır”.

    Bunu jurnalistlərə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.

    O bildirib ki, Cəbrayılda gördüyü səhnələr ona doğma ölkəsini xatırladır.

    “Cəbrayılda qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır. Bu kimi mənzərələr onu göstərir ki, belə münaqişələr olmamalıdır”, – deyə səfir qeyd edib.

  • Британский посол поделился фотографией из Джебраила

    Посол Великобритании в Азербайджане Джеймс Шарп посетил Джебраил.

    Об этом он написал в Twitter.

    “Сегодня я нахожусь на освобожденных от оккупации территориях. Это Джебраил”, – добавил посол.

  • Britaniya səfirindən Cəbrayılla bağlı PAYLAŞIM

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayıla səfər edib.

    O, bu barədə öz “Twitter” hesabında yazıb.

    “Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu Cəbrayıldır”, – deyə o əlavə edib.

  • Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır

    Əhalinin həssas qruplarına göstərilən sosial xidmətlərlə bağlı müasir əsasda idarəetmə forması kimi “Elektron keys menecment” sisteminin hazırlanması işləri artıq yekunlaşır.

    E-sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı müstəvisində yaradılır.

    Tezliklə hazır olacaq e-sistem Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya olunaraq, MEİS-in altsistemi kimi fəaliyyət göstərəcək. Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır.

    Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və sosial xidmətçiləri gündəlik fəaliyyətləri, çətin həyat şəraitində olan ailələrlə, şəxslərlə görüşləri və onlara göstərdikləri xidmətləri barədə bütün məlumatları, fəaliyyət planlarını e-sistemə daxil edəcəklər. Bu məlumatlar, həmin ailə və şəxslərə göstərilən xidmət və onların problemlərinin həlli prosesi vahid sistemdə Agentlik tərəfindən daimi müşahidə olunacaq.

    Bu cür ardıcıl nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı yaradacaq.

  • Pirallahıda kişi qadını qətlə yetirərək basdırıb

    Bakıda qətl hadisəsi baş verib.

    Cari il yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib.

    Bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadə 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

    Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, şübhəli şəxs Telman Mövsümzadənin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən Lalə Ramazanovanın meyiti aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib.

    Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

  • Sevil Əliyeva: “Vaqif Mustafayev istefa verməyib, mən çıxartdım”

    “Space” telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.

    Median.Az xəbər verir ki, o bu barədə “Haqqın.az” saytına danışıb. Qeyd edib ki, son zamanlar “Space” TV-nin fəaliyyəti onu da narahat edib. Və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib:

    “Həqiqət budur ki, “Space”in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm”.

    “Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır. Son illərdə kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm”.

    S. Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: “Bütün bunlar Vaqif Mustafayevin “Space”in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu.

    Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. “Prezident” sözünü dəyərdən sala bilməzsiniz”.

    Eyni zamanda, Sevil Əliyeva bu qərarla ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru V.Mustafayevin xidmətlərini kiçiltmədiyini qeyd edib.
     

    “Cənab Mustafayevə bir insan kimi hörmət edirəm və onu yaradıcı insan kimi qiymətləndirirəm. Çox təəssüf ki, Azərbaycan rəsmiləri onun atam haqqında çəkdiyi “İnsanları xilas edəcəm” adlı mükəmməl bədii filmini layiqincə qiymətləndirməyiblər.

    Ancaq məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi kimi, dövlət məmuru kimi deyil, şəxsiyyət kimi göstərib.

    Ümid edirəm ki, indi ölkənin ideoloji siyasətindən məsul olan məmurlar dəyişdikcə, geniş ictimaiyyət nəhayət bu əsərlə tanış olacaq.

    Yeri gəlmişkən, mən filmin müəlliflərinə bir sıra detallar barədə tövsiyələr vermişəm, Məsələn, Heydər Əliyevin yalnız mavi və boz rəngli kostyumlar geyindiyi və qara kostyumları sevmədiyi, evimizin içərisinin çox isti, rahat olduğu və s. Bu filmdə ən yaxşı rus aktyorları rol alıb.

    Əminəm ki, Vaqif Mustafayevin Heydər Əliyevlə bağlı əsərləri gələcək nəsillərə müstəqil Azərbaycanı yaradan şəxsin necə biri olduğunu bilməkdə kömək edir”,-deyə Sevil Əliyeva əlavə edib.

    “Space” kanalının rəhbəri vəzifəsinə artıq hansısa namizədin olub-olmadığı barədə suala telekanalın qurucusu həmin şəxsin artıq qərarlaşdırıldığını və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim ediləcəyini bildirib.

  • Цена азербайджанской нефти превысила 60 долларов

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке выросла на 1,12 доллара за баррель – до 60,51 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti 60 dollarlıq bariyeri aşdı

    Azərbaycan neftinin qiyməti bahalaşıb.

    “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,12 dollar artıb.

    Nəticədə Azərbaycan neftinin qiyməti 60,51 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.