Month: February 2021

  • Oğuzda qanunsuz ov edənlər saxlanılıb

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən iki ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

    Hər iki şəxs barəsində polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.

  • Ombudsman şəhid ailələrini ziyarət edib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Vətən Müharibəsində iştirak etmiş qazilər və şəhid ailələri ilə görüşləri davam edir, müalicə olunan hərbi qulluqçularımıza mütəmadi olaraq baş çəkilir.

    Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, Səbinə Əliyeva və Aparatın əməkdaşları bu dəfə Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər – polkovnik-leytenant Rəşad Quliyev, polkovnik-leytenant Qərib Baxşəliyev və polkovnik-leytenant Sədi Musayevin ailələrinə baş çəkiblər.

    Görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da iştirak edib.

    Ombudsman 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib. Səbinə Əliyeva qəhrəmanlıq salnaməsi yazaraq Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr arzulayıb.

    Ombudsman şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

    Sonda şəhid ailələrinə Ombudsmanın adından sovqatlar təqdim edilib.

  • 15 gün əvvəl iflic vəziyyətdə idim, indi isə yeriməyə başlamışam – Qazi

    Yeriməyimdə problemlər var idi, ancaq Əlillərin Reabilitasiya Mərkəzinə gəldikdən sonra hərəkət etməyə başlamışam.

    Bunu Trend-ə açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz İsmayılov Nicat deyib. Hərbçimizin sözlərinə görə, o döyüşlərdə ağır yaralanaraq iflic vəziyyətə düşmüşdü:

    “Döyüşlər başlayanda 13 ayın əsgəri idim. Torpaqlarımızı işğaldan azad etmək üçün hər kəs kimi mən də böyük fəxr hissi ilə vuruşdum və Talış kəndinin alınmasında iştirak etdim. Daha sonra Suqovuşana yollandım və orada yaralandım, iki qəlpə və bir güllə yarası aldım. Artıq 15 gündür YAŞAT Fondu tərəfindən mərkəzdə müalicə alıram və yeriməyə başlamışam, ancaq buna kimi iflic vəziyyətdə idim. Fürsətdən istifadə edib bütün həkim heyətinə öz minnətdarlığımı bildirmək istərdim”.

  • Ramiz Mehdiyevin yeni metodu: 1 ilə 4 təyinat…

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının (YTP) rəhbərini yenidən dəyişib.

    Median.Az xəbər verir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra YTP-nin Baş direktoru vəzifəsinə 4 dəfə təyinat olub.

    AMEA prezidenti əvvəlcə bu vəzifəyə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovu təyin edib. Ona qədər bu vəzifəni Samir Məmmədov daşıyıb. Qısa müddətdən sonra Elton Məmmədovu keçmiş rabitə naziri Əli Abbasov əvəzləyib. O da bu vəzifədə uzun müddət qala bilməyib. Bir neçə aydan sonra Əli Abbasovun yerinə Əməkdar mühəndis Vasif Abbasov təyinat alıb. Bu gün isə Vasif Abbasov texnika elmləri doktoru, professor Əbülfəz Babayevlə əvəzlənib.

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilməmişdən əvvəl də YTP-nin rəhbərliyi vaxtaşırı dəyişib.

    Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan parkın ilk rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev olub. 2018-ci ilin avqustunda Vüqar Babayev tutduğu vəzifədən azad edilib.

    YTP-nin ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub. Bir ay sonra yenidən dəyişiklik olub və Nazim Şükürov qurumun rəhbrəliyinə gətirlib
    .
    2019-cu ilin avqustunda Nazim Şükürov da bu vəzifədən gedib. Onun yerinə Samir Məmmədov təyinat alıb.//sfera.az

  • Abşeron milli parkında “açıq qapı” günü keçiriləcək – FOTO

    В связи с днем создания Абшеронского национального парка – 8 февраля, там состоится день открытых дверей, граждане смогут бесплатно посетить его.

    Отметим, что этот парк был создан на основании распоряжения Президента Азербайджана от 8 февраля 2005 года в целях защиты окружающей среды, сохранения редких и исчезающих видов флоры и фауны и развития экотуризма.

    Он расположен на юго-восточной оконечности Абшеронского полуострова, омываемой с трех сторон морем, там можно понаблюдать за красотами природы, увидеть фламинго.

  • В Абшеронском национальном парке состоится день открытых дверей – ФОТО

    Abşeron milli parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda “açıq qapı” günü və maarifləndirici tədbirlər keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

    Bura gələrək siz Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmə, flaminqoları müşahidə edə bilərsiniz.

    Qeyd edək ki, Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.

  • Merkel Rusiyanı hədələdi

    Almaniya və Avropa İttifaqı Rusiyada baş verən son hadisələrə görə bu ölkəyə qarşı sanksiyaları genişləndirmək hüququnu özündə saxlayır.

    Median.Az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

    Bununla yanaşı, kansler qeyd edib ki, Avropa və Rusiya bundan sonra da strateji məsələlərdə dialoqu davam etdirməlidir.

    Qeyd edək ki, Rusiya ölkədə keçirilən icazəsiz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatları arzuolunmaz şəxs elan edib.

  • Вагиф Мустафаев ушел с должности руководителя телеканала Space – ВИДЕО

    Президент телеканала Space Вагиф Мустафаев ушел с занимаемой должности.

    Как сообщает Unikal.org, он написал заявление об отставке.

    Отметим, что В.Мустафаев руководил телеканалом с 2006 года.

  • Su bahalaşandan sonra hesablanma belə aparılacaq – QAYDALAR

    Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən 01 fevral 2021-ci il tarixindən içməli su və tullantı su xidmətlərindən istifadəyə görə hesabatlar yeni tariflərlə aparılır.

    “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, yeni tariflərin tətbiq olunması mexaniki sayğacların oxunması və hesablamaların aparılması məsələsini də gündəmə gətirib.

    Abonentlərin diqqətinə çatdırılır ki, mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün “Azərsu” ASC tərəfindən xüsusi proqram təminatı hazırlanıb.

    Həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunmanın göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır.

    Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır. Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.

    Bununla belə bəzi hallarda vətəndaşlar tərəfindən sayğacların yerində oxunması və dəqiq göstəricilərin əldə edilməsi ilə bağlı müraciətlər daxil olur. Xüsusilə mənzillərin daxilində və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasında müəyyən çətinliklər yaranır.

    Abonentlərdən mənzillərdə və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasını təmin etmək üçün şərait yaratmaları xahiş olunur.

    Abonentlərin diqqətinə çatdırılır ki, sayğacların oxunması sosial izolyasiya tədbirlərinin tələblərinə (tibbi maska taxmaq, sosial məsafə gözlənilməklə) əməl etməklə həyata keçiriləcək.

    Abonentlər sayğacın faktiki göstəricilərini özləri də təqdim edə bilərlər. Bunun üçün “Azərsu” ASC tərəfindən alternativ imkanlar da yaradılıb.

    Belə ki, abonentlər Elektron Su Portalı (e-su.az), azersu.az saytının elektron xidmətlər bölməsindən “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” xidmətini seçməklə, həmçinin “Facebook” və “Teleqram” sosial şəbəkələrindən istifadə etməklə sayğac göstəricilərini təqdim edə bilərlər.

  • Bakıda avtomobil istehsalı artıb

    2020-ci ildə Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 274,5 milyon manatlıq məhsul istehsal edilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 28,5 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 0,8 faiz artıb.

    Əvvəlki ilin yanvar-dekabr aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 42,5 faiz, odsöndürənlərin istehsalı 72,1 faiz, fəvvarə armatur istehsalı 76,9 faiz, mancanaq dəzgahların istehsalı isə 62,9 faiz azalıb.