“Report”un məlumatına görə, hadisə Fikrət Əmirov parkının yaxınlığında qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Oğuz rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Rəsulova və onun azyaşlı övladı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti normal, qadının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qaydalar aşağıdakı kimidir.
I.ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili Təhsil forması: əyani Təhsil müddəti: 4 il Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
II. SƏNƏDLƏRİN QƏBULU:
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış; – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə); – tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış); – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda); – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda); – oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə; – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış; – rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə; – 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; – elektrokardioqramma; – qanın ümumi analizi, qan qrupu və rezus-faktor; – qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; – qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri; – sidiyin ümumi analizi; – psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir. Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər. Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir. Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər. Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479 78-40). Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16). Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək. Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin internet saytında yerləşdiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edib.
“Anadolu” agentliyinin məlumatına görə, bu barədə qərar “Resmi Gazete”də yayımlanıb.
Qeyd edək ki, Attar 2019-cu ildə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib.
Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib, 2012-ci ildə Türkiyənin Girəsun Universitetində rektor olub (2016-cı ilə kimi), 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.
Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.
Hərbi Tarix Komissiyası, Avstriya-Türk Elm Forumu və Dünya Türkləri Konqresi üzvü olan Attar evlidir, üç övladı var.
Так как село Джоджуг Марджанлы до апрельских боев 2016 года находилось под контролем ВС Армении, мы не могли проводить здесь восстановительные работы.
Когда мы вместе с представителями дипкорпуса посетили село в феврале 2017 года, оно было полностью разрушено. Аналогичную картину мы увидели и в других освобожденных от оккупации районах. Мы еще раз убедимся в этом с вами во время поездки.
Об этом сказал помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев, выступая в селе Джоджуг Марджанлы в рамках поездки в освобожденные Джебраильский и Зангиланский районы, передает Oxu.Az.
Он сообщил, что по поручению Президента Ильхама Алиева на освобожденных территориях будут проводиться последовательные и планомерные восстановительные работы.
“Работы будут осуществлены для того, чтобы вынужденные переселенцы смогли вернуться в родные места. В селе Джоджуг Марджанлы созданы условия для занятия сельским хозяйством”, – отметил Гаджиев.
Он поблагодарил партнерские, дружественные и братские страны, отметив, что они также создали дополнительные возможности для трудоустройства жителей этого села.
“2016-cı ilin Aprel döyüşlərinə qədər Cocuq Mərcanlı işğalçı erməni silahlı qüvvələrinin nəzarətində olduğu üçün burada tikinti-quruculuq işləri həyata keçirə bilmirdik.
2017-ci ilin fevralında diplomatik korpusun nümayəndələri ilə Cocuq Mərcanlıya səfər edəndə bura tamamilə dağılmış vəziyyətdə idi. Biz eyni dağıntıları işğaldan azad edilmiş digər ərazilərdə də görürük. Bunu sizinlə səfərdə bir daha görəcəyik”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cocuq Mərcanlıda çıxış edərkən deyib.
O bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə ardıcıl və planlı şəkildə quruculuq işləri aparılacaq.
“Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər. Cocuq Mərcanlıda yaşayan yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb”, – deyə H.Hacıyev bildirib.
O, tərəfdaş, dost, qardaş ölkələrə təşəkkür edərək deyib: “Onlar da bu kənddə olan mülki əhalinin məşğulluğu üçün əlavə imkanlar yaradıblar”.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
В Гяндже 24-летняя женщина получила ножевые ранения.
Как сообщает Report, инцидент произошел в поселке Ени Гянджа.
Жительница города А.Меджидли (1997 г.р.) получила многочисленные ножевые ранения во время семейного конфликта. Женщину госпитализировали, ее состояние оценивается как удовлетворительное.
В ходе разбирательства была установлена личность подозреваемого. Им оказался муж пострадавшей Б.Меджидли. Злоумышленник был задержан.
По данному факту возбуждено уголовное дело, ведется расследование.
“Report”un məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Məcidli ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Məcidlinin həyat yoldaşı B.Məcidli olduğu müəyyənləşib. Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, fevralın 5-də Gəncə şəhərində daha bir qadın bıçaqlanmışdı. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədovanın keçmiş əri tərəfindən bıçaqlandığı bildirilir.
Задержан гражданин Ирана, который под видом соли пытался провезти на территорию Грузии крупную партию наркотиков.
Об этом сообщает МВД Грузии.
Во время досмотра у мужчины 1987 года рождения, проживающего в Тбилиси, было обнаружено 195 таблеток метадона.
В результате поисковой операции на грузинской территории в мешках с солью также было обнаружено наркотическое средство метадон. Подозреваемый был задержан.
Gürcüstana duz adı ilə küllü miqdarda narkotik maddə gətirən İran İslam Respublikasının vətəndaşı saxlanıb.
Bu barədə Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tbilisidə yaşayan 1987-ci il təvəllüdlü İran vətəndaşı narkotik vasitələrin satışında şübhəli bilinib. Həmin şəxsdən gizli video çəkiliş vasitəsi ilə 195 ədəd metadon həbi aşkarlanıb. Şübhəli şəxs Gürcüstana küllü miqdarda narkotik maddələrin gətirilməsini planlaşdırıb.
Axtarış-əməliyyatı nəticəsində Gürcüstan ərazisində yük maşınında duzla dolu kisələrdə külli miqdarda metadon narkotik maddəsi aşkar edilib.